Azvision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə təklifi “Ar Namıs” partiyasının lideri Feliks Kulov irəli sürüb.
“Biz 2015-ci ildə parlament seçkiləri ilə bərabər ölkənin adının dəyişməsi haqqında referendum keçirilməsini təklif edirik” – deyə, Kulov bildirib.
Onun sözlərinə görə, ölkənin adının dəyişdirilməsi haqqında təklifi ictimai xadimlər də təsdiqləyib.
İrəli sürülən təklifə əsasən Qırğızıstan Respublikasının adının Qırğız El Respublikası ilə əvəzlənməsi təklif olunur.