Tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək əhaliyə qarşı qeyri-insani hərəkətlər ediblər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb və ermənilərin digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməyib.
Buna baxmayaraq, son illərdə uydurma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarları, sadəcə, Ermənistan və erməni lobbisi deyil, eyni zamanda, regionla bağlı imperialist maraqları olan güclərdir. O güclər ki, vaxtilə Anadoluya və Cənubi Qafqaza dair maraqlarını reallaşdırmaq üçün milli münaqişələrin alovlanmasına və kütləvi köçlərə səbəb olub, erməniləri Osmanlı Türkiyəsinə qarşı təşkilatlanmağa, silahlanmağa, terror və qətliamlar törətməyə təşviq ediblər.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov ABŞ Senatının qondarma “erməni soyqırımı”nın tanınmasına dair “qətnamə”sinə münasibət bildirərkən deyib.
E.Əhmədov bildirib ki, bu “qətnamə” də bundan bir qədər əvvəl ABŞ Nümayəndələr Palatasının bu ilin oktyabr ayında qəbul etdiyi qondarma “erməni soyqırımı” haqqında 296 saylı “qətnamə” kimi qərəzli, sifariş xarakterli və əsassızdır. Çünki bu “sənədlər”in heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur, eləcə də Türkiyəyə qarşı uzun illərdir həyata keçirilən siyasi təzyiq vasitəsindən başqa bir şey deyil.
Son 40 ilin tarixinə nəzər salsaq, XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar. Bu dövrdə - 1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun iclasının gündəliyinə daxil edilmişdi. Eyni zamanda, ermənilərin Türkiyəyə qarşı saxta iddiaları da Qərbin bəzi dairələri tərəfindən müdafiə olunurdu. Bunun davamı olaraq, 1987-ci il iyulun 18-də Avropa Parlamenti saxta “erməni soyqırımı” iddialarını tanıdı və “soyqırımı qurbanları”na xatirə günü təsis etdi.
Bununla yanaşı, 1988-ci ildə Dağlıq Qarabağı Ermənistana birləşdirmək tələbi ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ermənilər o dövrdə təkcə SSRİ hakim dairələrinin deyil, Qərb ölkələrinin dövlət və hökumət orqanlarının himayədarlığına da arxalanırdılar. Bu məsələdə Qərb ölkələrinin hakimiyyət orqanlarına müəyyən təsir gücünə malik xaricdəki erməni lobbisinin də əsas rolu olmuşdur. Faktlar göstərir ki, hadisələrin inkişafının əvvəlində də, sonrakı mərhələlərində də bu amillər güclü rol oynamışdır. Xaricdəki erməni lobbisi bunu SSRİ-nin rəhbər orqanlarına kobudcasına müdaxilə və zorakılıqla təzyiq göstərmək mövqeyindən edirdilər. Erməni lobbisinin təzyiqi və yardımı ilə dünyanın bir sıra ölkələrində SSRİ-nin rəsmi nümayəndəlikləri və beynəlxalq təşkilatlar qarşısında keçirilən saysız-hesabsız nümayiş, yığıncaq və mitinqlər təşkil edilirdi.
Qərb dövlətlərinin hakimiyyət orqanlarında ermənilərin təmsil olunmaları və onların dövlətin yüksək vəzifəli şəxslərinə müəyyən təsiri, ilk növbədə, ABŞ-da özünü daha qabarıq şəkildə göstərirdi. 1988-1991-ci illərdə Dağlıq Qarabağ problemi ilə əlaqədar ABŞ-da bir sıra sənədlərin qəbul edilməsində erməni icması tərəfindən 1971-ci ildə yaradılan Amerika Ermənilərinin Milli Komitəsinin (ANCA) böyük rolu olmuşdur. Bununla yanaşı, Amerikanın erməni icmasına rəhbərlik edən komitə erməni millətinin mənafeyini tam təmsil etmək məqsədilə ABŞ-ın hökumət dairələri, senatorları, konqresmenləri ilə sıx əlaqə saxlayırdı. 1989-cu il oktyabrın axırında ABŞ Senatı Hüquq Komitəsinin qəbul etdiyi qərar layihəsində aprelin 24-ü saxta “erməni soyqırımı”nın 75 illiyinin qeyd edilməsi göstərilirdi. Bu layihəyə Respublikaçılar Partiyasının Senatdakı lideri, ermənipərəst senator Robert Doul rəhbərlik etmiş və qərarı 54 senator imzalamışdı.
Son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-Azərbaycan və antitürk meyillərin son dövrlərdə güclənməsinin təzahürüdür. 2015-ci il martın 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar müraciət edib. Həmin il aprelin 15-də isə Avropa Parlamenti bunun davamı olaraq 12 maddəlik “erməni soyqırımı” qətnaməsini qəbul etdi. Bununla da Avropa Parlamenti növbəti addımı atmaqla anti-Azərbaycan və antitürk mövqeyini bir daha ortaya qoydu. Həmin sənədin mahiyyəti ondan ibarət idi ki, Avropa İttifaqına daxil olan ölkələr 24 aprel tarixini “erməni soyqırımı günü” kimi qeyd etsinlər.
Bu prosesin davamı olaraq, 2019-cu il aprelin 24-də Kolorado ştatı Senatın 35 üzvünün imzası ilə qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib. Subyektiv mülahizələrə söykənən, eləcə də siyasi sifariş xarakterli “qətnamə”də Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış və dünyanın heç bir dövləti tərəfindən tanınmayan Dağlıq Qarabağdakı qondarma, cinayətkar rejimin guya Türkiyə və Azərbaycan tərəfindən “blokada”ya alınması qeyd olunur. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsi”nin mədəni soyqırımının törədildiyi iddia edilir.
Baş verməyən bir hadisəni siyasiləşdirib Türkiyəyə qarşı təzyiq vasitəsinə çevirən Qərbdəki dairələrə başa salmaq lazımdır ki, SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min, Ermənistandan isə 250 min azərbaycanlını soyqırımı və təcavüzə məruz qoyub tarixən yaşadığı torpaqlardan zorakılıqla didərgin salıb. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb və hazırda Azərbaycan ərazisinin 20 faizindən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub, nəticədə 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Eləcə də hazırda Ermənistan terrorizmi bir dövlət siyasətinə çevirərək bundan Azərbaycana qarşı istifadə edir.
Həmçinin qeyd etmək yerinə düşər ki, ermənilərin uzun illərdir hazırlıq gördükləri uydurma “erməni soyqırımı”nın 2015-ci ildə “100-cü ildönümü” tədbirlərində yalnız dörd dövlətin prezidentinin iştirak etməsi Ermənistan üçün ağır zərbə idi. Halbuki qısa vaxt ərzində elan edilməsinə baxmayaraq, həmin il Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə 20-dən çox dövlətin prezidenti, 4 dövlətin Baş Naziri və bir sıra beynəlxalq təşkilatın rəhbərləri, parlament sədrləri və nazirlər iştirak ediblər.
Uydurma “erməni soyqırımı” iddiaları ilə bağlı səylərin yaxın vaxtlarda tam bitəcəyi inandırıcı deyil. Çünki bu məsələdə təkcə Ermənistan tərəfi maraqlı deyil, işin içində erməni lobbisi, regionda maraqları olan güclər də var. Həmin güclər artıq siyasiləşmiş bir problemə çevrilən qondarma “soyqırımı” silahından hər zaman Türkiyəyə qarşı istifadə etməyə çalışacaqlar. Çox təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürür. Bu siyasətin Qərbə nə verəcəyini zaman özü göstərəcək. Buna görə hazırda bir qrup siyasətçinin, deputatın tarixi reallığı təhrif edərək, heç bir fakta istinad etmədən və o dövrün arxiv materiallarını araşdırmadan ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi tamamilə yanlışdır. “Erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, antimüsəlman və antitürk meyillərin güclənməsinin təzahürüdür.
Halbuki yaxın tariximizdə, yəni, 1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Eyni zamanda, məqalədə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Eyni zamanda, ABŞ Senatının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi “sənəd” həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir. Bu baxımdan, hələ də yarası sağalmayan Xocalı soyqırımını unudan dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM