“Azəri-Çıraq-Günəşli – 25” kitabı ictimaiyyətə təqdim olunub

14:38 / 16.12.2019

BP və onun “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsindəki tərəfdaşları dekabrın 16-da Azərbaycanın yeni neft dövrünün 25 illik tarixinin əsaslı tədqiqatını özündə əks etdirən kitabın təqdimatını keçirib. Kitab 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə dərc edilib və AÇG səhmdarlarının Azərbaycanın yeni tarixindəki bu əlamətdar hadisənin qeyd olunmasına töhfəsidir.

Kitabın təqdimat mərasimində çıxış edən “BP Azerbaijan” şirktətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azəri-Çıraq-Günəşli” layihəsinin əhəmiyyətindən və onun Azərbaycanın iqtisadi inkişafındakı rolundan söz açıb. Qeyd edib ki, 25 il əvvəl “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanan müqavilə sonradan “Əsrin müqaviləsi” adını alıb. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub.

B.Aslanbəyli diqqətə çatdırıb ki, bu vaxtadək AÇG yataqlar blokundan 3,6 milyard barrel neft hasil olunub. “Azəri-Çıraq-Günəşli” blokunda ilk neftin çıxarıldığı gündən ötən müddətdə həyata keçirilən kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan verib. Belə ki, son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artaraq iqtisadiyyatın bütün sahələrində böyük canlanmaya səbəb olub, yeni iş yerləri yaradılıb, respublikaya investisiya axını güclənib.

BP-nin rəsmisi kitabla bağlı fikirlərini də bölüşüb. Qeyd edib ki, jurnalist İlham Şabanın müəllifi olduğu “Azəri-Çıraq-Günəşli – 25” kitabı AÇG yataqları haqqında etibarlı informasiya mənbəyi olacaq: “Ötən 25 il ərzində AÇG haqqında məlumatlar Azərbaycanda və xaricdə dərc edilib, neft sənayesi ilə bağlı, demək olar ki, bütün nəşrlərdə öz əksini tapıb, amma ilk dəfədir ki, bu möhtəşəm uğur hekayəsinin bütün aspektləri bir kitabda toplanıb. 1994-cü ildən bu vaxtadək əldə olunmuş nailiyyətlər ölkəmiz, Azərbaycan xalqı və regiondakı digər dövlətlər, BP və AÇG müqaviləsindəki digər tərəfdaş şirkətlər üçün, layihədə işləmiş və işləməyə davam edən minlərlə yerli əməkdaş, eləcə də layihəyə cəlb edilmiş yüzlərlə Azərbaycan şirkəti üçün müstəsna əhəmiyyət kəsb edib. Bu nəşri dəstəkləməklə biz - BP və AÇG-dəki tərəfdaşlarımız həmin müqavilənin bizim həyatımızda və bütün ölkənin inkişafına gətirib çıxarmış hər bir sahədə oynadığı mühüm rolu bir daha vurğulamaq istəmişik”.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycana verdiyi töhfələrdən danışıb. Vurğulayıb ki, Azərbaycanın sosial-iqtisadi inkişafı “Əsrin müqaviləsi”nin imzalanmasından başlayıb. Həmin dövrdən etibarən Bakıda, o cümlədən respublikanın bütün regionlarında böyük dəyişikliklər baş verib, şəhər və kəndlərimiz gözəlləşib, işsizlik minimuma endirilib.

O, kitabın Azərbaycan icitimaiyyəti üçün əhəmiyyətini xüsusi qeyd edib.

Məlumat verilib ki, kitab 500 nüsxədə dərc edilib və bu nüsxələrin hamısı universitetlərə, tədqiqatçılara, kitabxanalara və biznes icmasının üzvlərinə təqdim olunacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM