ARB TV-nin “Rezonans” proqramında bu dəfə 1958-ci il təvəllüdlü, Şabran rayon sakini Musayev Atakişi Ramazan oğlu öz həyat hekayəsini danışıb.
Musayev Atakişi Ramazan oğlu – Məhkum (6 il): “İki oğlum, bir qızım, iki də nəvəm var. Balaca oğlum 3 gün bundan öncə hərbi xidmətə yollanıb, Goranboyda xidmətdədir.
20 illik dostum məndən xahiş etdi ki, onu Gəndaba aparım. Gəndəbda körpüyə qalxan yerdə, yolayırıcında gördüm böyük bir maşın vurdu məni. Özümü itirdim, “Ay Allah” deyib əlimi qaldırdım. Mənim "VAZ 21011" markalı maşınımı qapı tərəfdən vurdu, qapı girdi ayağıma, ayağım 3 yerdən sındı, qarnım cırıldı, qolum 3 yerdən sındı, başım deşildi. Əslində orda ölməli mən idim. Qəza zamanı yanımdakı sərnişinləri maşından çıxarıblar, onlar da sağ-salamat deyiblər ki, biz yaxşıyıq, müəllimin vəziyyəti pisdir, onu çıxardın. Maşını doğrayıb məni çıxarıblar, aparıblar xəstəxanaya. Sağ olsun həkimlər, gecəni səhərə qədər 8 nəfər həkim məni ölümün əlindən alıb sağaldıblar. Amma yanımda oturan, 20 illik dostum Dəvəçidə xəstəxanada, 3 gündən sonra öldü. Daxili qanaxmadan ölüb, amma onun təkcə burnu yaralanmışdı.
2017-ci ilin avqust ayının ortaları idi, mən ölüm ayağında idim deyə cinayət işi açıb-bağlayırdılar. Sonra bir müstəntiq gəldi polis maşınında, dedi ki, sənə 4 il ev dustaqlığı ilə məhkum ediblər, bu sənədlərə imza at. 10 gündən sonra isə mənə Bakı Ağır Cinayətlər məhkəməsindən zəng gəlir ki, durum gəlin məhkəməyə. Mən də ağır vəziyyətdə, taksiyə 40 manat verdim getdim məhkəməyə, orada məlum oldu ki, günahkar mənəm. Onda gördüm polis nədir, məhkəmə nədir. Məhkəmə prosesi 5 ay çəkdi, 5 aydan sonra mənə hökm oxundu, götürüb məni gətirdilər cəzaçəkmə müəssisəsinə.
Mənim vəfat edən dostumun yoldaşı şikayətçi deyildi, qalxdım ayağa, dedim gedim üzrhaqlıq edim. Dedim ki, başımıza belə hadisə gəlib, sizə nə cür lazımdı köməklik edəcəm, dedim bir camış, bir inək, min manat da pul verəcəm. Qadın mənə dedi ki, bizə nə sənin malın, nə də pulun lazım deyil. Sonra arvad dedi ki, bizə üzrhaqlığa gec gəldilər, ondan sonra şikayətçi oldu.
Mən hara, cinayət hara? Mən heç siqaret çəkən adam deyiləm, içki belə içmirəm. 1986-cı ildə səhhətimlə bağlı problem yarandı, həkim dedi ki, yaşamaq istəyirsənsə içki ilə siqaretdən uzaq durmalısan. Ondan sonra nə içki, nə də siqaretə yaxın durmuram.
Həmişə xeyirxah biri olmuşam, bundan sonra da belə olacam, heç kim məni dəyişə bilməz. Azadlıqda olanda mən tərəvəzçiliklə məşğul olmuşam, əkdiyimi heç vaxt tək yeməmişəm, kimin ehtiyacı olubsa ona da vermişəm. Mədəniyyət evində də işləyirəm, QAZ-31-i satandan sonra "VAZ 21011" aldım ki, işə gedim gəlim. Eyni zamanda da bərbər işləmişəm. 20 il təcrübəm var bu sahədə.
Fevralın 26-sı Xocalı hadisəsinin ildönümünə hazırlaşırdıq, 19-u həbs olundum. Aktyor kimi şəhid atası rolunu canlandırırdım. Şəhid atası rolunu canlandırıb məşqdən çıxıb məhkəməyə gəldim, məni həbs etdilər. Onlara xahiş etdim ki, 1 həftə möhlət versinlər 26-sı iştirak edim teatrda sonra nə edirlər etsinlər, imkan vermədilər. 1997-ci ildən həbs olunana qədər bütün tədbirlərdə aktyorluq etmişəm. Şəhid atası rolunda idim, yaralı uşaqla dialoqu mən elə canlandırdım ki, bütün zal ağlayırdı. Mənim özümün dərnəklərim var, 8 musiqi alətində ifa etməyi bacarıram.
Həyatda hamıya arzulayardım ki, ümumiyyətlə heç vaxt həbsxanaya düşməsinlər. Hamımız bir-birimizlə mehriban olmalıyıq, nəinki cinayət törətmək. Qəsdən cinayət törədənlərə yaxşı baxmıram, amma həbsdə olan bütün insanlara azadlıq arzulayıram, Allah qapılarını açsın, ailələrinə qovuşub bir də cinayət törətməsinlər.
Uzun illər dostluq edirdim rəhmətlik ilə. Hərəmizin öz yolu var idi, amma heç vaxt bir-birimizə yalan satmırdıq. Dürüst idik, münasibətimiz tuturdu. Hörmətimi saxlayırdı, müəllim deyirdi mənə. Yaxşı insan idi, yaxşı işlər görürdü.
Allah bizə gözəl nemətlər verib, o gözəl nemətlərdən biri də azadlıqdır. Allahı çox sevirəm, Allah da məni sevir ki, o qəzadan məni sağ çıxartdı. Namaz qılmıram, oruc tutmuram, amma bura da özümlə gətirmişəm, Quran oxuyuram”.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM