Biz istəyirik ki, SOCAR şirkətinin Ukraynada fəaliyyəti genişlənsin.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə iştirak etdiyi Azərbaycan-Ukrayna biznes forumunda çıxışı zamanı deyib.
Vladimir Zelenski qeyd edib: "Sizi və forumun bütün iştirakçılarını salamlamaq istəyirəm. Bu, həm Ukrayna, həm də Azərbaycan üçün çox mühüm hadisədir. Bilirəm ki, burada 90-dan çox Ukrayna şirkəti və 100-dən artıq Azərbaycan şirkəti iştirak edir. Bu gün bizim birlikdə olmağımız çox vacibdir. Təəssüf ki, bir neçə il ərzində belə forum keçirilməyib. Aydındır ki, əgər biz görüşməsək, dialoqa başlamasaq, normal investisiya mühiti ola bilməz. Əgər biz real işlər, real rəqəmlər barədə danışmasaq, biznes Ukraynaya gəlməyəcək və əksinə. Cənab Prezident çox mühüm iradını bildirdi. Bu, qarşılıqlı etimad məsələsidir.
Bu gün mən Sizin gözəl paytaxtınızda ilk dəfə rəsmi səfərdəyəm. Azərbaycan Prezidenti cənab İlham Heydər oğlu ilə ilk dəfə görüşdüm. Mən hiss edirəm ki, bizdə dialoq başlandı. Bundan sonra konkret addımlar atılmalıdır. Ona görə ki, insanlar nəyisə vəd edəndə onlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Belə hallar olub və öhdəliklər yerinə yetiriləndə biz etimad qazanırıq. Biz artıq razılaşdıq ki, gələn ay böyük hökumət nümayəndə heyəti Ukraynaya səfər edəcək və danışıqlar çərçivəsində iqtisadi sahədə ikitərəfli əməkdaşlığın mühüm məsələləri – infrastruktur, özəlləşdirmə məsələləri müzakirə olunacaq. Ukraynanın 400-dən çox müəssisəsi özəlləşdirmə üçün hazırdır. Biz real investisiyalar görmək istəyirik və hamını görməyə şadıq.
Ukrayna nümayəndə heyətinin tərkibində İnfrastruktur naziri gəlib. Biz çoxlu infrastruktur layihələrini həyata keçirmək niyyətindəyik, 16 min kilometr yol inşa etməyə hazırıq. Biz bunun marağındayıq ki, Azərbaycan şirkətləri Ukraynada yollar tiksinlər. Bilirik ki, onlar başqa ölkələrdə uğurla işləyirlər. Hamıya məlumdur ki, Azərbaycanın "Bakcell" mobil operatoru Ukrayna bazarına daxil olub və onun investisiyaları 700 milyon dollara yaxındır. Ukrayna dövləti olaraq bizim vəzifəmiz bu investisiyaları qorumaqdır. Əlbəttə, bütün bunlar qarşılıqlı etimad səviyyəsində həyata keçirilir. Biz çox istəyirik ki, Azərbaycan Ukraynaya sərmayə yatırsın. Biz, həmçinin istəyirik ki, Ukrayna da Azərbaycanda təmsil olunsun. Bizim güclü iqtisadi münasibətlərimiz, həmçinin tarixi münasibətlərimiz var.
Daha bir investisiya sahəsi turizm sferasıdır. Məsələn, Xerson vilayətinin rəhbəri burada iştirak edir. Cənab Qusev Xerson vilayətini təmsil etməyə hazırdır. Bu vilayət Ukraynada turizm üçün ən cəlbedici yerlərdən biridir. O, bu fəaliyyətə hazırdır, lakin infrastruktur çatışmazlığını hiss edir. Buna görə biz bu sahədə də investisiya layihələrinə dair təklifi nəzərdən keçirməyə hazırıq.
SOCAR şirkəti ilə bizim çox səmimi tərəfdaşlıq, dostluq münasibətlərimiz var. Ukrayna-Azərbaycan əməkdaşlığından söz düşəndə dərhal SOCAR-ı xatırlayırıq. Biz istəyirik ki, SOCAR şirkətinin Ukraynada fəaliyyəti genişlənsin. Biz SOCAR şirkətinin köməyi ilə sərhədin ayrı-ayrı hissələrində xidmətlər təqdim edilməsi üzrə bütöv komplekslər tikmişik və gələcəkdə bu fəaliyyəti genişləndirməyə hazırıq. Əminəm ki, bu, bizim ən maraqlı infrastruktur layihələrindən biri olacaq. Mənim bir ideyam var. Siz bir neçə dəfə rəqəmlər səsləndirdiniz – Azərbaycanda dövlət borcu azdır, son 15 ildə ümumi daxili məhsul 300 faizdən çox artıb. Bütün bunlar sizdə var, istərdik ki, bizdə də belə olsun".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM