Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı ən yüksək səviyyədədir

11:05 / 18.12.2019

Dekabrın 18-də blokada vəziyyətində yaşayan və ölkəmiz üçün mühüm geostrateji əhəmiyyətə malik Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının 6-cı ildönümü tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılması qədim Naxçıvanın müdafiə qabiliyyətini daha da artırıb, bir mərkəzdən idarəetmə təkmilləşdirilib, nəticədə, daha effektiv müdafiə sistemi qurulub. Bu gün doğma Naxçıvanımız güclü müdafiə qüdrətinə və müzəffər Əlahiddə Ümumqoşun Orduya malikdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim diyarda Əlahiddə Ümumqoşun Ordunun yaradılması barədə danışarkən deyib: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.

Naxçıvanda yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ordu, birləşmə və hissələrdə müasir əsgər yataqxanaları, əsgəri-məişət kompleksləri, təlim-tədris mərkəzləri, qərargah binaları, xəstəxanalar tikilib, sıra meydanı, idman şəhərcikləri salınıb.

Həyata keçirilən tədbirlər dislokasiya yerləri daimi yaşayış məntəqələri olan hərbi hissələrlə bərabər ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir. Hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu “Günnüt əməliyyatı” nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə qısa zaman kəsiyində müasir əsgəri-məişət komplekslərinin inşa olunması Naxçıvanda ordu quruculuğunun qətiyyətlə aparıldığını göstərir.

2019-cu il ərzində Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 5 mərtəbəli, 44 mənzilli yaşayış binasının və istirahət parkının istifadəyə verilməsi muxtar respublikamızda ordu, birləşmə və hissələrin döyüş qabiliyyətinin və maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının da diqqət mərkəzində saxlanıldığının əyani göstəricisidir. Bu il dekabrın 7-də Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binasının istifadəyə verilməsi muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır.

Bu ilin ötən dövründə Naxçıvan şəhərindəki hərbi şəhərciyin yaşayış binalarında yenidənqurma işləri aparılıb, qarnizon uşaq bağçası və tam orta məktəbin binası təmir olunub, 220 yerlik zabit yataqxanasında müasir sosial-məişət şəraiti yaradılıb və yeni istirahət parkları salınıb. Hazırda Naxçıvan şəhərindəki 2 qərargah binasında son tamamlama işləri aparılır, hər biri üçmərtəbəli 2 yataqxana binasının, hərbi zavodun, Naxçıvan Muxtar Respublikası Mərkəzi Hərbi Hospitalının, hərbi hava qüvvələri üçün yeni hərbi hissənin tikintisi davam etdirilir. Hərbi hissələr üçün 5 anqar, ön mövqelərdə 2 əsgəri-məişət kompleksi tikilərək istifadəyə verilib, 2 tabor mərkəzi əsaslı təmir olunub.

Düşmənlə sərhəddə ucalan tabor mərkəzləri göz oxşayır

Ötən günlərdə Sədərək rayonunda yerləşən hərbi hissənin tabor mərkəzi də əsaslı təmirdən sonra şəxsi heyətin istifadəsinə verilib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev və Sədərək rayonu İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov tabor mərkəzində yaradılan şəraitlə tanış olublar. Üçmərtəbəli binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait yaradılıb.

Binadakı şəraitlə tanış olduqdan sonra şəxsi heyətlə görüşən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müdafiə qüdrəti durmadan artan muxtar respublikamızda yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tez-tez hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin xidmət şəraiti ilə maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə bərabər hərbi qulluqçularda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur. Bu gün tabor mərkəzində yaradılan şərait də növbəti qayğının ifadəsidir.

Tədbirdə əsgər Məmməd Vəliyev şəxsi heyət adından minnətdarlıq edib.

Şahbuz rayonunun Şada kəndində yerləşən hərbi hissənin tabor mərkəzi də əsaslı təmir olunub. 2009-cu ildə inşa edilmiş 2 mərtəbəli bina əsaslı təmirdən sonra şəxsi heyətin istifadəsinə verilib.

Əsgər yataqxanasının istifadəyə verilməsi münasibətilə şəxsi heyətlə görüşən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev bildirib ki, bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. General-leytenant Kərəm Mustafayev yaradılan şəraitə və göstərilən qayğıya görə Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti, eləcə də zabit-gizir ailələri adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlıq edib.

Tədbirdə əsgər Mətin Hüseynov şəxsi heyət adından minnətdarlıq edərək bundan sonra da məsuliyyətlə və şərəflə xidmət edəcəklərinə söz verib.

Təmas xətti boyu bütün mövqelərdə təmir-bərpa işləri aparılaraq möhkəm müdafiə potensialı yaradılıb

Başa çatmaqda olan 2019-cu il ərzində də təmas xətti boyu mövqelərini gücləndirən Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitdə yerləşən bölmələrində, dayaq məntəqələri və mövqelərində əsaslı təmir-bərpa işləri aparılaraq möhkəm müdafiə potensialı yaradılıb.

Ön xətdə xidmətin rahat və etibarlı təşkili məqsədi ilə inşa olunan binalarda əsgər və zabitlər üçün yataq yerləri, komandir heyəti üçün xidməti otaqlar, müxtəlif təyinatlı siniflər, idman zalları, tibb otağı, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları var. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Mövqelərdə düşmən təxribatlarının qarşısını almağa hesablanmış tədbirlər görülərək müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb.

Soyuq qış aylarında Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bütün mövqelərində əsgərlərimiz müasir kazarmalarda yaşayır, isti geyim və keyfiyyətli ərzaqla təmin olunurlar. Ən əsası odur ki, burada xidmət edən qəhrəmanların ürəkləri Vətənə, xalqa, doğma torpaqlarımıza sevgi və sədaqətlə doludur.

Peşəkar komandirlər şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığına ciddi diqqət yetirirlər

Əlahiddə Ümumqoşun Ordunun peşəkar komandirləri bütün imkanlardan istifadə edərək şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığı ilə məşğuldurlar. Zabitlərimiz öz bilik və bacarıqlarını döyüşçülərdən əsirgəmir, daim hərbi vətənpərvərlik tərbiyəsi aşılayırlar. Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə keçirilən məşğələlər zamanı şəxsi heyətə müxtəlif silah, texnika və qurğuların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları ilə yanaşı, yüksək dözümlülük, ərazinin relyef və iqlim xüsusiyyətlərini bilmək, təhlükəsizlik qaydalarına əməl etmək kimi mühüm amillər də öyrədilir.

Naxçıvan Qarnizonunun çörək zavodu müasir avadanlıqlarla təmin olunub

Bu il ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davamı kimi Naxçıvan Qarnizonunun çörək zavodunda yenilənmə aparılaraq ən müasir avadanlıqlar quraşdırılıb. 2009-cu ildən bəri hərbi hissələri əla və birinci növ buğda unundan hazırlanmış keyfiyyətli çörək məhsulu ilə təmin edən çörək zavodu bu il qardaş Türkiyənin istehsalı olan daha müasir avtomatlaşdırılmış sistemlərlə yenilənib. Kəmiyyət və keyfiyyət baxımından yenilənən müəssisədə dönər arabalı sobalar, buxar otaqları, xəmir yoğuran mikserlər, kündə kəsən və xəmir yuvarlayan maşınlar, xəmir tavaları, tava arabaları və çörək səbətləri görülən işi daha da asanlaşdırır.

Şəxsi heyətin gündəlik təzə çörəklə təmin olunduğu bu istehsal sahəsində çalışan insanlar aldıqları əmək haqqı ilə öz ailələrinin yaşayış səviyyəsini də yaxşılaşdırırlar.

Xalq-ordu birliyi

Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublika əhalisinin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin əlamətdar və bayram günlərində hərbi hissələrə sovqat aparmaları, mədəniyyət kollektivlərinin əsgərlər qarşısında konsert proqramları ilə çıxış etmələri şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Onu da qeyd edək ki, muxtar respublikadakı hərbi hissələrin şəxsi heyəti hərtərəfli təminata malikdir. Əsgərlərin qidalanması və sağlamlıqlarının qorunması sahəsində kompleks tədbirlər görülüb, ən müasir xidmət və yaşayış şəraiti yaradılıb. Ancaq muxtar respublika sakinlərinin əsgərlərlə həmrəylik nümayiş etdirməsi, ayrı-ayrı ailə təsərrüfatları sahibləri tərəfindən onlara sovqatların aparılması xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsidir. Azərbaycan əsgəri də fəxr edir ki, onun arxasında qüdrətli Azərbaycan dövləti və xalqı dayanıb.

Hər zaman dövlət qayğısını hiss edən və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək intizama və döyüş qabiliyyətinə malikdirlər. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması nəticəsində qələbə əzmi daha da artan Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanır, müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ordumuzu güclü ordular sırasına çıxarmışdır. O ordu güclüdür ki, onun müasir silahları, texnikaları var, əsgəri-məişət kompleksləri müasir tələblər səviyyəsindədir və şəxsi heyətinin yüksək döyüş ruhu vardır. Bunları Azərbaycan ordusunun, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə, hissə və bölmələrinin timsalında görmək mümkündür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələri həm müasir silah və sursata, həm də peşəkar və yüksək döyüş ruhu olan şəxsi heyətə malikdir”.

AZƏRTAC-ın Naxçıvan bürosu


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM