“Artıq bezmişdim, millidə qala bilməzdim”

09:22 / 13.09.2014

MİRHÜSEYN SEYİDOV: “BAŞ MƏŞQÇİ LİPPERT MƏNDƏN ŞÜBHƏLƏNİRDİ”


"Neftçi" klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi

- Çempionatda yaranan fasilədən necə istifadə etdiniz?

- Biz demək olar ki, fasilə etmədik. Müntəzəm olaraq məşq edirdik. Qarşıdan gələn oyunun məsuliyyətini dərk etdiyimiz üçün bütün futbolçular gününün çox hissəsini klubun bazasında, keçirib. Baş məşqçimiz də yeni olduğundan bir yerdə çox məşq etməliyik.

- Arif Əsədovun rəhbərliyi altında məşqləriniz necə keçir? 

- Hər şey qaydasındadır. Biz futbolçular əsgər kimiyik. Bizim üçün baş məşqçi vəzifəsini kimin icra etməsinin fərqi yoxdur. Yeni baş məşqçi gələndə hər halda futbolçular daha istəkli olur, özlərini məşqçiyə göstərməyə çalışırlar.  

- Məşqlərdə "Neftçi"nin oyun sistemində dəyişiklik olacağını hiss edirsiniz?

- Hər bir məşqçinin öz futbol fəlsəfəsi var. Yəqin ki, müəyyən dəyişikliklər olacaq. Hər halda məşqlərimiz pis keçmir. Ola bilər ki, hazırda yenilik olmasın. Ancaq bir müddət sonra Arif müəllimin də oyun üslubu hiss olunacaq. 

- Premyer Liqamızın növbəti turunda sabah "Xəzər Lənkəran"la qarşılaşacaqsınızr. Əvvəllər olduğu kimi prinsipial bir matçın şahidi ola biləcəyik? 

- Əvvəllər "Xəzər Lənkəran"la matçlarımıza "böyük oyun" demək olardı. Ancaq indi belə deyil. Artıq əvvəlki azarkeşlər yoxdur. "Xəzər Lənkəran"la oyunlarımızı alçaltmaq istəmirəm. Ancaq bizim üçün adi bir çempionat oyunu olacaq. Öz meydanımızda oynadığımız üçün qələbəni təmin etməliyik. Bizi ancaq üç xal qane edir.

- Prinsipiallığın azalmasını həm də  rəqibinizin zəifləməsi ilə əlaqələndirmək olar?

- Bəli, son dövrlər "Xəzər Lənkəran" əvvəlki gücünü qaytara bilmir. Ancaq hazırda onlar yaxşı heyət qurublar. Məncə, "Xəzər Lənkəran" ilin sonunda mükafatçılar sırasında olacaq. Çünki heyətlərində Əfran İsmayılov, Rauf Əliyev, Rəşad Sadiqov, Rahid Əmirquliyev və başqa səviyyəli futbolçular var. Hazırda "Xəzər Lənkəran"a zəif demək olmaz.

- Rəqibiniz cəzalı durumda olduğundan səfərdə azarkeşlərsiz oynayacaq. Bu, üstünlüyünüz sayıla bilər?

- Bəzi komandalar azarkeşsiz zəif çıxış edir. Bəziləri üçün isə bunun fərqi olmur. Biz futbolçular üçün azarkeş qarşısında oynamaq daha xoşdur.

- Kapitanı olduğun U-21 millimizin son toplanışına dəvət almadın. Bunu sənin özünün istədiyin deyilir. Millidən getməyinin əsas səbəbi nə oldu?

- Norveçlə oyunda baş məşqçi mənə şans vermədi. Mənim o yaşım deyil ki, şansımı gözləyim. Həmin görüşdən sonra qrupda iki oyunumuz qalırdı. Ona görə də məşqçilər korpusu ilə söhbətimdə bildirdim ki, mən meydana çıxmayacamsa, gənclərə şans vermək daha yaxşı olar. Fikrimi necə qarşıladıqlarını bilmirəm. Ancaq istədim ki, gənclərə şans verilsin. Bundan əlavə son vaxtlar xoşagəlməz söhbətlər yayılırdı. Meydana çıxmadığım oyunda belə, məğlubiyyətdə məni günahlandırırdılar. Baş məşqçi Bernhard Lippert məndən şübhələnirdi. Guya futbolçuların zəif çıxış etməsini mən istəmişəm. Bu söz-söhbətlərdən bezdiyim üçün belə addım atdım. Millimiz heç kimin atasının komandası deyil. Azərbaycan millisində oynayırsansa, əlindən gələni etməlisən. Əgər məşqçim mənə şübhə ilə yanaşırsa, oynamadığım oyunda da uğursuzluğu mənim üzərimə atırsa, milli komandada qala bilməzdim.

- Yəqin ki, indi əsas millimizin baş məşqçisi Berti Foqtsdan dəvət gözləyirsən.

- Bu, çempionatdakı çıxışımdan asılıdır. Yəqin mənə də əsas millimizdə oynamaq qismət olar. Bunun üçün çox çalışıram. "Neftçi"də öz işimin öhdəsindən maksimum gəlməliyəm ki, məşqçilərin etimadını doğruldum. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM