“ABŞ-ın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilən siyahı Pensilvaniya Universitetinin “BAV Group and Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilib. Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan cari ildə əldə etdiyi uğurlara görə Avropa İttifaqının Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliya kimi ölkələrini geridə qoyub”.
Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında deyib.
Vüqar Rəhimzadə bildirib ki, reytinq məlumatına görə, Azərbaycan nəinki Cənubi Qafqazın lider ölkəsi statusunu qoruyub saxlayır, eyni zamanda, Avropa İttifaqı ölkələrinin bir çoxunu müxtəlif sahələrdə üstələməkdədir: “Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Sirr deyil ki, Azərbaycan hazırda nəinki regionda həyata keçirilən layihələrin əsas iştirakçısı, hətta qitələri birləşdirən nəqliyyat, Avropa qitəsinin enerji təhlükəsizliyini nəzərdə tutan təbii qaz layihələrinin təşəbbüskarı və aparıcı tərəfi kimi çıxış edir”.
“Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət, siyasi sabitlik, investisiya imkanlarının geniş olması Azərbaycanı dünyanın sayılıb-seçilən ölkələri sırasına çıxarıb. Üstəlik, zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqe ölkəmizə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirməyə imkan verib” deyən Vüqar Rəhimzadə əlavə edib ki, 1994-cü ildə bir sıra dünya səviyyəli transmilli şirkətlərlə imzalanmış möhtəşəm neft sazişi - "Əsrin müqaviləsi” ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bir çox beynəlxalq, regional təşkilatlarla, dünya ölkələri ilə uzunmüddətli dostluq və əməkdaşlıq üçün möhkəm təməl yarandı: “Ərazisinin 20 faizinin işğal olunması, regiondakı kataklizmlər Azərbaycanın davamlı inkişafına mane ola bilmədi. 1990-cı illərin ortalarında əldə edilmiş siyasi sabitlikdən sonra ölkə davamlı iqtisadi islahatlara və iqtisadiyyatın şaxələndirilməsinə önəm verərək neft-qaz və qeyri-neft-qaz sektorlarının inkişafına nail oldu. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının inam və uğurla həyata keçirilməsi o dövrdə dərin iqtisadi və siyasi uçuruma yuvarlanmış ölkənin qəddini düzəltdi. Qısa müddətdə nəhəng layihələr gerçəkləşdi, tamamilə yeni neft-qaz infrastrukturu quruldu. "Əsrin müqaviləsi” imzalanandan cəmi üç il sonra layihə çərçivəsində ilkin neft əldə olundu. Çox keçmədən Ulu Öndərin və dünyanın müxtəlif yerlərindən gəlmiş mötəbər qonaqların iştirakı ilə üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin təməli qoyuldu. "Şahdəniz” kəşf olundu, böyük perspektivə malik bu qaz-kondensat yatağının işlənməsinə qərar verildi.
BTC-dən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu çəkildi. Azərbaycan eləcə də dünyanın mühüm nəqliyyat layihələrinin iştirakçısı oldu, nəticədə "Şərq-Qərb”, "Şimal-Cənub” marşrutu üzrə önəmli qovşağa çevrildi. Ölkəmiz Xəzərin sahillərindən Adriatik dənizinin sahillərinədək 3500 kilometrlik qaz dəhlizi açdı. Hətta dünyada baş verən maliyyə böhranı Azərbaycan iqtisadiyyatının inkişaf tempinə təsir edə bilmədi. Xam neftin qiymətlərində müşahidə edilən dalğalanma ilə bağlı çağırışlara cavab olaraq Azərbaycan dövləti strateji islahatlar üçün yeni hədəflər, ölkənin gələcək dayanıqlı inkişafına töhfə vermək məqsədilə yeni inkişaf modeli müəyyənləşdirdi. Təsadüfi deyil ki, Azərbaycan Dünya Bankının "Doing Business” hesabatında 2015-ci ildəki 80-ci yerdən 2019-cu ildə 25-ci yerə qədər irəliləyib dünyanın ən yaxşı islahatçı ölkələri sırasına daxil oldu.
Bütün sahələrdə infrastruktur layihələri həyata keçirilib. Vaxtilə insanları ən çox narahat edən məsələlərdən biri qazın olmaması idi. İndi ölkədə qazlaşdırılmayan cəmi 3-4 faiz yaşayış məntəqəsi qalıb. Elektrik enerjisi sarıdan heç bir problem yoxdur. Azərbaycan indi işıqla nəinki əhalini, sosial, istehsal, xidmət təyinatlı obyektləri təmin edir, hətta onu xaricə də ixrac edir. 15 min kilometrdən çox avtomobil yolunun bölgələrdə həyatın canlanmasına səbəb olan əsas amillərdən biridir. Bu, həm də turizmin inkişafına təkan verir. İldən-ilə daha yüksək göstəricilər əldə edən aqrar sektor üçün də yolların əhəmiyyəti böyükdür. Ölkənin sənaye xəritəsində iri müəssisələrin sayı ildən-ilə çoxalır”.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan dünya siyasətində nüfuzu, təşəbbüsləri ilə fərqlənən, sayılıb-seçilən sabit ölkədir: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatın Sammiti üçün Azərbaycanın seçilməsi ölkəmizin dəstəklənən müstəqil xarici siyasətinə olan inam və hörmətin göstəricisidir”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM