Əsas vəzifəmiz qeyri-neft sənayesi və kənd təsərrüfatı hesabına iqtisadiyyatı şaxələndirməkdir.
Bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə yekun çıxışında deyib.
"Beləliklə, bir daha demək istəyirəm ki, bu ilin nəticələri məni çox sevindirir. Əsas məsələ ondadır ki, biz pambıqçılıqda da düzgün müəyyən edilmiş hədəflərin həyatda reallığa çevrildiyini görürük. Pambıqçılıq yenə də gəlirli, əməktutumlu sahəyə çevrilib və ölkə iqtisadiyyatına, o cümlədən makroiqtisadi vəziyyətin sabit qalmasına, manatın məzənnəsinin möhkəmlənməsinə və sabit qalmasına müsbət təsir göstərir.
Çünki sirr deyil ki, bizim əsas valyuta gətirən sahəmiz neft-qaz sektorudur. Əlbəttə ki, bu sektorun inkişafı daim diqqət mərkəzindədir və böyük uğurlar əldə edilib. Ancaq əsas vəzifəmiz qeyri-neft sənayesi və kənd təsərrüfatı hesabına iqtisadiyyatı şaxələndirməkdir. Bu il həm qeyri-neft sənayesi, həm də kənd təsərrüfatı əhəmiyyətli dərəcədə artıb. Qeyri-neft sənayesi 14, kənd təsərrüfatı isə 7 faizdən çox artıbdır. Əminəm ki, bu meyillər bundan sonra da davam etdiriləcək və beləliklə, biz kənd təsərrüfatını ən müasir standartlara uyğun şəkildə inkişaf etdirəcəyik.
Bir daha demək istəyirəm ki, biz gərək pambıqçılıqla bağlı məsələlər arasında mütərəqqi texnologiyalara daha böyük meydan verək. Çünki pilot layihələr icra edildi və məhsuldarlıq da çox yüksəkdir – təqribən 60 sentner. Ona görə hesab edirəm ki, gələn il biz bu pilot layihələrin sahəsini artırmalıyıq və Kənd Təsərrüfatı Nazirliyi bu məsələ ilə bağlı öz təkliflərini verməlidir.
Eyni zamanda, bu gün bir məsələ o qədər də diqqətdə olmadı, amma bu da çox vacib məsələdir, bu, toxum istehsalı məsələsidir. Biz lifsiz pambıq toxumu istehsalı zavodu işə salmalıyıq. İndi belə layihə var və hesab edirəm ki, işlərə gələn il start verilməlidir. Hər halda zavodun tikintisi bir il, bəlkə də il yarım çəkər ki, biz özümüzü bu keyfiyyətli toxumlarla təmin edək.
Tədarükçü şirkətlər bu il fermerlərə ödənilən vəsaiti çox operativ qaydada çatdırıblar. Əminəm ki, gələn il də belə olacaq. Yəni, indi hər gün, bəziləri bir neçə gündən bir öz əməkhaqqını alır. Hesablaşmalar dəqiq və ləngitmədən aparılmalıdır.
Pambıq istehsalı sahəsinə daha çox güzəştli kreditlər ayrılmalıdır. İqtisadiyyat Nazirliyinə göstəriş verilir ki, bu məsələlər təhlil edilsin. Gələn il təqribən 200 milyon manata yaxın güzəştli kreditlər nəzərdə tutulur və pambıqçılıq sahəsinə kifayət qədər vəsait ayrılmalıdır.
Bizim pambıq emalı zavodlarının fəaliyyəti bir daha nəzərdən keçirilməlidir. Çünki bu zavodların böyük hissəsi sovet vaxtında tikilib. Orada həm səmərəlilik aşağıdır, həm də keyfiyyət o qədər də lazımi səviyyədə deyil. Ona görə zavodların istehsal gücü dəqiqliklə hesablanmalıdır. Çünki indi bəyan edilən istehsal gücləri reallığı əks etdirmir. Pambıqtəmizləmə zavodlarının istehsal gücü pambığın artan həcmi ilə uzlaşmalıdır. Çünki əminəm ki, biz məhsuldarlığı, artıracağıq və indi rəqəm demək istəmirəm, amma hər halda gələn il 30 sentnerdən çox pambıq tədarükü gözlənilir. Belə olan halda 300 min tondan çox pambıq yığılacaq və bizim pambıqtəmizləmə zavodları bu həcmi götürə biləcək, yoxsa yox? Bu, birincisi. İkincisi, zavodlarda modernləşdirmə aparılmalıdır. Əgər lazım olarsa, dövlət maliyyə dəstəyi də göstərə bilər. Bu il Ucarda yeni pambıqtəmizləmə zavodu istifadəyə verilib. Mənə verilən məlumata görə, yüksək standartlara cavab verir. Özü də bu, özəl sektor tərəfindən inşa edilibdir. Bu, çox müsbət haldır. Hesab edirəm ki, özəl qurumlar bu sahəyə diqqət yetirməlidirlər. Bütövlükdə araşdırılmalıdır ki, prinsipcə, bizə yeni pambıqtəmizləmə zavodlarının tikintisi lazımdır, yoxsa yox? Əgər lazımdırsa, hansı həcmdə ki, dövlət tərəfindən veriləcək dəstək də bəri başdan hesablansın. Yeni iplik fabrikləri yaradılmalıdır. Çünki hələ ki, yığılan pambığın 40 faizi emal olunur. Bu, pis göstərici deyil. Ancaq çalışmalıyıq ki, mahlıc 100 faiz emal olunsun. Çünki bu, əlavə dəyər zənciri, iş yerləri yaradır. Sənaye istehsalı da artacaq. Ona görə yenə də özəl sektora müraciət edirəm ki, bu məsələyə diqqət yetirsin. Kifayət qədər pambığımız var. Ona görə iplik fabriklərinin tikintisi çox gəlirli sahəyə çevriləcək. Lazım olarsa, dövlət öz tərəfindən güzəştli kreditlərlə bu layihələri dəstəkləyə bilər. Ancaq iplik fabriklərinin tikintisi də bizim son hədəfimiz deyil. Son hədəf hazır məhsul istehsal etməkdir. Bu məqsədlə yeni toxuculuq, trikotaj fabrikləri tikilməlidir, yem, yağ fabrikləri yaradılmalıdır. Bütün bunlar bizim iqtisadiyyatımızı gücləndirəcək və əlavə minlərlə iş yeri yaradacaqdır.
Biz daxili tələbatı daxili resurslar hesabına təmin etməliyik. Biz indi pambığı tədarük edirik, onun böyük hissəsi - 60 faizi mahlıc, 40 faizi iplik kimi ixrac olunur. Sonra bu iplikdən istehsal edilən hazır məhsullar bizə idxal olunur və buna milyonlarla, on milyonlarla pul gedir. Ona görə bu sahədə daxili istehsal inkişaf etməlidir və zəncir tipli bir tədarük-istehsal kompleksi yaradılmalıdır. Dövlət-özəl tərəfdaşlığı burada əsas rol oynayacaqdır.
Bütövlükdə bu işlərin mütəşəkkil şəkildə həyata keçirilməsi üçün Prezident Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və tədarükçü şirkətlər və digər şirkətlər, - hansılar ki, bu gün burada iştirak etmir, - birlikdə fəaliyyət planı tərtib etməlidirlər. 2020-ci il üçün çox geniş və müfəssəl yol xəritəsi tərtib edilib icra olunmalıdır. Belə olan halda pambıqçılıq Azərbaycanda daha sürətlə inkişaf edəcək, həm bu sahədə məşğul olan insanlara, həm də ki, dövlətə xeyir gətirəcəkdir. Sağ olun".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM