İnam Kərimov: 2020-ci ildə ən azı 105 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur

07:48 / 20.12.2019

2020-ci ildə ən azı 105 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur.

Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

İ.Kərimov bildirib:

"Bu gün aqrar sektorun bütün sahələri kimi, pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər verdiyiniz tapşırıqlar və qərarlar, təsdiq etdiyiniz müvafiq dövlət proqramı öz nəticəsini verməkdədir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu pambıqçılıq ənənələri son illər yüksək templə inkişaf etdirilərək əvvəlki şöhrətini bərpa etməkdədir. 2015-ci ildən sonrakı dövr ərzində pambıq istehsalı 8,2 dəfə artıb. Bu günədək 100 min hektar sahədən 294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib. Əkin sahəsinin ötən ilə nisbətən 32 min hektar azalmasına baxmayaraq, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb.

Builki yüksək nəticələr, ilk növbədə, Sizin bu sahəyə diqqətiniz və dövlət tərəfindən göstərilən dəstəklə bağlıdır. Belə ki, 2018-ci ildə xam pambığın fermerlərdən alış qiyməti hər ton üçün 150 manat artırılaraq 650 manata çatıb. Fermer satdığı hər ton xam pambığa görə dövlətdən 100 manat subsidiya alır. İstehsalçıların texnikaya və avadanlığa olan ehtiyaclarını ödəmək məqsədilə son üç ildə 529 milyon manat dəyərində 15 min 700 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 403 pambıqyığan kombayn alınıb.

Fermerlərə satılan pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 5 dəfə artırılaraq hər hektara görə 50 manata, mineral gübrələrin dəyərinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi isə 50 faiz artırılaraq hər hektara görə 150 manata çatdırılıb. "Aqrolizinq" ASC-nin balansında olan 768 texnika vasitəsilə fermerlərə güzəştli şərtlərlə dəstək göstərilib, gübrələrin səyyar formada yerlərdə və sahələrdə satışı həyata keçirilib. Bütünlükdə kənd təsərrüfatı texnikalarının alınmasına 40 faiz güzəşt tətbiq olunub. Ümumiyyətlə, ölkəmiz pambıqçılığın inkişafına göstərdiyi dəstəyə görə dünya üzrə aparıcı dövlətlərdən biridir.

Eyni zamanda, Sizin pambıqçılığın inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin qarşısında qoyduğunuz vəzifələrin icrası baxımından əməli tədbirlər həyata keçirilib, yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq qurulub. O cümlədən pambıqçılıqla məşğul olan şirkət və fermerlərlə yerlərdə və sahələrdə 10-a yaxın iclas keçirilib, mövcud problemlər və onların aradan qaldırılması yolları müzakirə edilərək qərarlar qəbul olunub, tədbirlər planı hazırlanaraq icra edilib.

Cari ildə artımın yalnız yüksək məhsuldarlıq hesabına əldə olunması hədəf seçilib, pambığın yalnız əkinəyararlı torpaq sahələrində əkilməsi qərara alınıb. Səpin vaxtında aparılıb, aqrotexniki tədbirlər vaxtında və düzgün icra edilib, fermerlərin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün bütün rayonlarda preventiv tədbirlər görülüb. Texnikaların ərazilər üzrə səmərəli dislokasiyası təmin edilib, toxum, gübrə, su və dərman təminatında çatışmazlıqlar əsasən aradan qaldırılıb.

Şirkətlər tərəfindən pambığın qəbulu prosesində şəffaflığın və obyektivliyin qorunması üçün Aqrar İnkişaf mərkəzlərində xüsusi komissiyalar təşkil edilib, tədarük olunmuş pambığa görə fermerlərə vəsaitin vaxtında ödənilməsi təmin olunub. Pambığın kombaynla yığılmasına üstünlük verilib. Belə ki, yığılan pambığın 87 faizi texnika ilə həyata keçirilib.

2018-ci ildə Ağdam, Beyləqan və Zərdab rayonlarında əlavə üç, cari ildə Bərdə rayonunda bir pambıq qəbulu məntəqəsi tikilib, müvafiq avadanlıqlarla təchiz edilib. Mövsüm ərzində bu məntəqələr tərəfindən 8 min ton xam pambıq qəbul olunub. Ucar rayonunda illik istehsal gücü 40 min ton olan pambıq emalı zavodu, saatda 1,5 ton lifsiz pambıq toxum istehsalı gücünə malik zavod istifadəyə verilib, gündəlik 200 ton pambıq çiyidini emal etmək gücünə malik zavodda tamamlanma işləri getməkdədir.

Tərəfinizdən verilən tapşırıqların icrasını təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi və əməkdaşları daim fermerlərin yanında olublar.

Möhtərəm cənab Prezident, Sizin qarşımızda qoyduğunuz əsas hədəf məhz məhsuldarlığın yüksəldilməsi hesabına istehsalın artırılması olub. Aparılan təhlillər göstərir ki, 2018-ci ildə 30 sentnerdən çox məhsul götürən 3096 fermer vardısa, 2019-cu ildə bu rəqəm iki dəfədən çox artaraq 7110 fermer təşkil edib. 7110 fermer tərəfindən yığılmış pambıq ümumi istehsalın 39 faizini təşkil edir. Bu məhsulun 29,5 min hektar sahədən yığıldığını nəzərə alsaq, hektardan orta məhsuldarlıq 39 sentnerdir. 2019-cu ildə 50 sentnerdən artıq məhsul götürən fermerlərin sayı 953 olub. 2018-ci illə müqayisədə hesabat ilində fermerlərin əldə etdikləri gəlirlərin ümumi həcmi 45 milyon manatdan çox artıb.

Bu rəqəmlər bir daha sübut edir ki, torpaq sahələri düzgün seçildiyi, aqrotexniki tədbirlərə vaxtında və düzgün əməl olunduğu təqdirdə ölkədə orta hesabla hər hektardan 30 sentnerdən çox pambığın istehsalı üçün potensial imkan mövcuddur.

Eyni zamanda, innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə nümunəvi təsərrüfatların yaradılmasına başlanılıb. Ucar rayonunda Çin texnologiyası və Beyləqan rayonunda türk texnologiyası əsasında pambıq istehsalı üzrə pilot layihələr həyata keçirilib. Çin texnologiyası ilə hər hektardan 60 sentner, türk texnologiyası ilə isə 58 sentner xam pambıq istehsal olunub.

Gələn il pambıqçılıqla məşğul olan bütün şirkətlər yeni texnologiyaların tətbiqini Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə genişləndirəcəklər.

Məruzə edirəm ki, 2019-cu ildə istehsal olunmuş 294 min ton xam pambıqdan respublikanın pambıq emalı zavodları tərəfindən 114 min ton mahlıc istehsalı gözlənilir.

Qlobal çağırışlara uyğun olaraq, dəyər zənciri üzrə daha çox əlavə dəyərin yaradılmasına nail olmaq və daxili tələbatı yerli istehsal hesabına təmin etmək məqsədilə yeni iplik fabriklərinin və toxuculuq kombinatlarının tikilməsinin dəstəklənməsinə, pambıqçılıq sahəsində son məhsulun ixracının stimullaşdırılmasına ehtiyac vardır.

Pambıqçılığın inkişafı istiqamətində kadr potensialının gücləndirilməsi də diqqət mərkəzindədir və növbəti illərdə də bu tədbirlər davam etdiriləcək.

Yeni subsidiya mexanizminə əsasən, 2020-ci ildə hər hektara 220 manat, hər ton məhsula 100 manat subsidiya verilməsi nəzərdə tutulur. Belə olduqda, 30 sentner məhsul götürmüş fermerin dövlətdən əldə etdiyi vəsait 520 manat olmaqla, çəkdiyi xərcin 55 faizini təşkil edəcəkdir.

Subsidiyaların Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə fermerlərə verilməsi xidmət prosesini daha çevik və asan edəcək, xidmətin keyfiyyətini yüksəldəcək.

2020-ci ildə ən azı 105 min hektar sahədə pambıq əkilməsi və daha yüksək məhsuldarlıq əldə edilməsi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, pambıqçılığın davamlı inkişafına göstərdiyiniz diqqət və qayğıya görə bütün kənd zəhmətkeşləri adından Sizə dərin təşəkkürümüzü və yüksək ehtiramımızı bildiririk. Sizi əmin edirik ki, nazirliyin kollektivi etimadınızı doğrultmaq üçün qəbul etdiyiniz bütün qərarları və verdiyiniz tapşırıqları vaxtında və keyfiyyətlə icra edəcək".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM