“Hansısa məmurun fahişə qızını almaq daha şərəfli işdir, nəinki...” – Elşən Musayev

21:01 / 14.09.2014

Zənnim məni aldatmırsa bir dəfə də bu barədə qısaca yazmışdım: Demək toydayam. Özü də son dərəcə kasıb və halal (kasıbın zatən haram olma şansı yox) bir qohumun övladının toyunda. Oturmuşuq. Çox da gözəl məclis gedir. Hamı Allah verəndən yeyir-içir, ardınca da əylənir, oynayır... Üstəgəl, ortalıqda nə 200 manatlıq viski var, nə 20 min manatlıq musiqi, nə də vəzifə və pul ışığına yığışan saxta dost-tanış. Əlqərəz, meydanda olan hər şey səmimidir. Və... elə bu gözəlliyin havasına yenicə girmişdik, anidən musiqini kəsdilər. Ortalığa qərib bir sükut çökdü. Hamı çaşqın şəkildə gözü qapıya dikəli qaldı. Vallah,  bir anlıq elə bildik nəsə ciddi bir problem var. Amma, demə problem yox, HADİSƏ varmış! – Təxminən nazir statusunda olan hörmətsiz bir məmurumuzun elə özü kimi də “hörmətli” bacısı oğlu məclisə təşrif buyururmuş. Keçmiş qonşuluq münasibətlərini dəyərləndirmək və içindəki təvazökarlıq fontanı ilə hamını islatmaq üçün...

 
Öz də “gədə”ni oturdublar bizim masaya. Görürəm vurnuxur e... rahatlaşmır adam. İlk öncə sürücünü çağırdı ki, get tamadaya denən filankəs müəllim gəlib. Elan eləsin. Amma dayının adı çəkilməmək şərtilə. Üzərindən 2 dəqiqə keçməmiş “administrator”u gətirdib danladı ki, kondinsioner niyə zəif soyudur. (demə “kişi qırığı” tərləyirmiş) Və nəhayət... adamın (təbii, əgər ona adam demək mümkünsə) ən sonda elədiyi hərəkət lap rəzalət idi. Ofisantı bərk və ləhcəli şivə ilə səslədi. Öz də hamının eşidəcəyi (nümayişkəranə) tərzdə. Ki, bəs bu nə stoldu, bu nə menyudur, bu nə araqdır? Tez dəyiş bunu. Pulu nədirsə verəcəm...
 
İnanın, bu vicdansızın, binamusun hərəkətlərini görənə qədər həmişə belə bir qənaətdə olmuşdum ki, toy, onun menyusu, təmtərağı kimsənin qarışa biləcəyi ya da qarışmalı olduğu məsələ deyil. Hətta dövlətin belə. Və ya kim necə istər, balasına o cür də məclis düzənləyər. Amma...indi fikrim tam dəyişib. Təm səmimi deyirəm.  İndi heç bir məkanda təmtəraq, dəbdəbə görmək istəmirəm. İstəmirəm, indicə haqqında danışdığım haramzadələr getdikləri toyda masa müqayisəsi, istehzası edə bilsin. İstəmirəm - kasıb öz balasına toy edərkən kompleksə girib kimdənsə əksik olduğunu düşünsün. İstəmirəm övladı böyüdükcə, evlənmə, ərə getmə yaşına çatdıqca yüz fikrə, min dərdə girən insanlar qonşunun 2000 manatlıq menyusu  ilə özünün 20 manatlıq menyusu arasındakı fərqin burulğanında, bataqlığında ilişib qalsın, boğulub qalsın, karıxıb qalsın...  
 
***
Bu ölkədə kimsə öz övladı ilə bir başqasının xoşbəxtliyini, təhsilini, tərbiyəsini müqayisə etməz. Vur-öldür - etməz! Amma gəlin paltarının, gəlin maşınının, cer-cehizin, vəzifənin, maşının, pulun müqayisəsini edər. Həm də böyük mümnuniyyətlə! Baxmayaraq ki, bir dəfə yaşadığımız həyatda hər şey, amma HƏR ŞEY həmin  o xoşbəxtliyin fövqündə qalır!
Bu ölkədə namuslu qadın, vicdanlı ər axtarışına çıxanlar sanballı vəzifə, varlı qohum axtarışına çıxanlara əhəmiyyətli dərəcədə uduzur. Nonsensdir - amma bu belədir! Və ya insanlar hansısa nazirin gey oğluna qız verməyi ya da hansısa məmurun fahişə qızını gəlin etməyi  özlərinə daha çox şərəf bilirlər, nəinki doğru-dürüst biri ilə izdivaca girməyi, ailə qurmağı, ömür-gün yoldaşı olmağı... Yəqin elə bu səbəbdəndir ki, evlənənlərlə boşananlar arasındakı fərq az qala itib. Əlli - əlliyə olub. Başa baş qalıb...Niyə? Çünki, bünövrədən sonuca qədər hər kəs və hər şey “TOY” havasına köklənib...
 
Əvvəlcə TOY etmək, ardınca isə TOY TUTMAQ havasına!
 
***
Hamı qızlar haqqda danışır, amma inanın indi ən çox zibili çıxan oğlanlardır. Üstəgəl, nəzərə alsaq ki, istehsal bazarında olduğu kimi həyatda, ailədə, məişətdə də “tələb - təklif” zərurəti var. Oğlanlar necə arzulayırsa, qızlar da o cür olmağa çalışır. Və ya, sevmir oğlanlar – normal qızları. İstəmirlər onları. Maraqsızdırlar. Çox başı aşağıdırlar. Ya da öz təbirlərincə desək – duzsuzdurlar! Hətta, indi söyləyəcəyim ifadəyə görə hər kəsdən dönə-dönə üzr istəyirəm, amma... bəzi oğlanlarımız var ki, evlənəcəyi gözəl qadına belə – övladlarına tərbiyə verəcək qadından çox pulsuz “bazlıq” subyekti kimi baxırlar...
 
Yaxşı bəs dünya, həyat bu insanların eyninə bu şəkildə girirsə, o zaman həmin bambılıların toy menyusuna - bildirçin dabanı, göyərçin qoltuğu ya da canım sizə desin lap ördək bəbəyi niyə girməsin ki?
 
***
Biz yeganə millətik ki, yasımız gülməli, toylarımız ağlamalıdır. Həqiqətən. Həm də sırf ruh etibarilə. Vallah ciddi deyirəm və bilmirəm bu məclislərin havasındandır yoxsa nə, amma son zamanlar hansı yasa getmişəm qarşımda oturanlar yalnız lətifə danışıblar. Eyni zamanda ayaq basdigim bütün toyların kontingent əhli sanki yasdaymış kimi oturub mürgü vurublar...
 
Bizim toylar – yeyib-içən olmağımızın göstərgisi ilə bərabər həm də manıssevərliyimizin sübutu və bariz  nümunəsidir. Və ya biz övladımızın xoşbəxtliyi üçün -  onun toyunda hansısa yoldan keçən müğənniyə 30- 40 min manat verməyi özümüzə “zapadlo” bilmərik. Amma bununla bərabər həmin 30 – 40 min ilə ən az 30-40 xəstəni həyata qaytarmağın mümkünlüyünü də bilmərik. Anlamarıq!  Edə bilsək, bəlkə də elə yalnız bu savabın hesabına övladlarımızın xoşbəxt olma şansını, ehtimalını, perspektivini dərk etmərik!
 
Biz çöldə - bayırda olduğu kimi toyda da ceyran, maral ölüsüyük...
Maral kimi qızların, maral baxışların, ”maral-maral” mahnısının, Maral Tahirqızıların ölüsüyük....
 
P.S  Odur ki, lap tutaq yas və toy menyusunu dəyişdik. Bəs özümüz, beynimizdəki proqram, menyu nə zaman dəyişəcək?
....Gecikmirikmi?
Aktual.az

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM