Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 96- cı ildönümü münasibəti ilə Gəncə şəhərində möhtəşəm tədbir keçirildi
Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 96-cı ildönümü münasibəti ilə "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi Gəncə şəhərində tədbir keçirib. Bu barədə Birlikdən verilən məlumata görə tədbir çərçivəsində Azərbaycan- Türkiyə qardaşlığına həsr olunan ədəbi- bədii gecə təşkil olunub. Gecədə İstanbul- Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 18 nəfərlik nümayəndə heyəti və Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov başda olmaqla bir qrup Kəlbəcər ziyalısı iştirak ediblər. Tədbirin təşkilatçıları “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul- Türkiyə Azərbaycan Dərnəyi olub.
İlk öncə Kəlbəcər rayon icra Hakimiyyətinin başçısı Aqil Məmmədov qonaqları salamlayaraq tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, Qafqaz İslam Ordusu Azərbaycan- Türkiyə hərbi əməkdaşlığının təməlini qoyub: " Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi bizim üçün böyük tarixi və xüsusi əhəmiyyət kəsb edir. 15 Sentyabrda Bakının düşmənlərdən azad edilməsinin Azərbaycanın müstəqilliyi qədər böyük tarixi əhəmiyyəti vardır. Biz inanırıq ki, Türkiyə- Azərbaycan birliyi bundan sonra daha da möhkəmlənəcək və bu münasibətlər əbədi olacaqdır. Bu gün Azərbaycan-Türkiyə dostluğu yüksələn xətlə inkişaf edir. Türkiyə Respublikasının Prezidenti cənab R.T.Ərdoğanın Azərbaycana səfəri çərçivəsində möhtərəm prezidentimiz cənab İlham Əliyevlə keçirdiyi yüksək səviyyədə görüşlər bu qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməllər üzərində qurulmasının bariz nümunəsidir."
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov isə çıxışında bildirdi ki, tarix boyu ermənilər Azərbaycanlılara qarşı soyqırım siyasəti aparıb. Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan artıq vətəndaşımız öz evlərindən, ata-baba yurdundan didərgin düşüb. 1993-cü ilin aprelində Qardaş Türkiyə dövləti tarixi Azərbaycan torpağı olan ata yurdum Kəlbəcərin işğalının ardından Ermənistanla sərhədləri bağlamışdır. Belə taleyüklü məsələdə Türkiyə və Azərbaycan dövlətlərinin ortaq mövqe ortaya qoyması Ermənistanı çıxılmaz vəziyyətə salıb. Qarabağ problemi həll olunmayana qədər sərhədlərin açılmayacağını dəfələrlə bəyan edən Türkiyə müxtəlif siyasi təziqlərə baxmayaraq Azərbaycanın yanında olduğunu bu gün də göstərir".
Türkiyə Respublikasının Gəncəyə yeni təyin olunan Baş konsulu Orhan İşık isə çıxışında fəaliyyətinin ilk gününün belə bir möhtəşəm tədbirlə başladığını gələcək uğurlarının təməli hesab etdiyini söyləyib. “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin genişmiqyaslı layihələrindən məlumatlı olduğunu deyən diplomat, görkəmli el sənətkarı, Azərbaycan Aşıq poeziyasının parlaq simalarından olan Aşıq Şəmşirinin yaradıcılığını yüksək qiymətləndirib. O, həmçinin Türkiyə- Azərbaycan qardaşlığının bundan sonra da ən yüksək səviyyədə olacağına əminliyini ifadə edib.
Daha sonra tədbirdə İstanbul- Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik bağlarını daha da gücləndirməkdir:
"İstanbul Türkiyə Azərbaycan Dərnəyi 2011-ci ildə “Bir millət, iki dövlət” şüarı ilə qurulub. Fəaliyyətimiz çərçivəsində Dərnəyimizin təsisçiləri, yazıçılar, sənətçilər və iş adamları ilə birgə bir həftəlik Azərbaycanda səfərdə olacağıq. Məqsədimiz Azərbaycanın tarixi yerlərini və mədəniyyət abidələrini ziyarət edərək onları Türkiyə və dünya ictimaiyyətinə tanıtmaq, Azərbaycanın Türkiyə və Dünya dövlətləri ilə olan əlaqələrinin güclənməsinə töhfə verməkdir. Azərbaycanın Dünyada əsas səslərindən biri olmaq bizim müqəddəs məqsədlərimizdən biridir".
Qonaq Gəncə şəhərindəki yeni Baş konsul Orhan İşıkla keçirdiyi görüşdə Azərbaycan- Türkiyə əlaqələri- mədəni, iqtisadi aspektlərin müzakirə edildiyini, mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıldığını vurğuladı. O qeyd etdi ki, Baş konsul da belə görüşlərin xalqlarımız arasında dostluq- qardaşlıq əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli olduğunu vurğulamışdır.
Səfər Karakoyunlu bu gün rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Gəncənin tarixi yerləri olan Nizami məqbərəsini, qala qapılarını, Cümhuriyyət muzeyini, Cavad xan türbəsini, Göygöl rayonunda isə Aşıq Şəmşirin abidəsini ziyarət etdiyini diqqətə çatdırdı.
S. Karakoyunlu onu da vurğuladı ki, səfər proqramı çərçivəsində bu həftə ərzində Bakı, Salyan və Qubada keçiriləcək tədbirlərdə iştirak edəcək, o cümlədən Şamaxıdakı Türk şəhidliyini, Qubadakı Soyqırım abidəsini və kütləvi məzarlığı da ziyarət edəcəklər. Bakıda isə şəhərin görməli yerlərini, xüsusilə İçərişəhəri gəzməklə yanaşı ilk olaraq Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk şəhidliyini ziyarət edəcək, buradakı abidələr önünə əklil və gül dəstələri qoyacaq, onların ruhlarını yad edəcəklər.
İstanbul- Türkiyə-Azərbaycan Dərnəyinin üzvü əslən azərbaycanlı Bahəddin bəyin göz yaşları içindəki çıxışı isə hər kəsdə duyğulu anlar yaşadıb.
Sonda mərasim el sənətkarlarının, musiqi qruplarının rəngarəng çıxışları ilə davam edib. Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Ədalət Dəlidağlının biri- birindən gözəl saz ifaları və folklor nümunəsi olan “Maral oyunu” türkiyəli qonaqların böyük marağına səbəb olub.
Xatırladaq ki, sonda Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində türkiyəli nümayəndə heyətinin səfərinin yekununa həsr olunmuş mətbuat konfransı təşkil olunacaq.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM