Son günlər Azərbaycan mətbuatında bir çox təşkilatların, dövlət məmurlarının, bir qrup medianın və deputatların FETÖ ilə əlaqələri haqda informasiyalar dərc olunur.
Bu əlaqələrə dair materiallar bir çox hallarda arxivlərdən çıxarılaraq dərc edilir və faktlar ortalığa qoyularaq konkret şəxslər F. Gülənlə əlaqədə ittiham olunur.
Vaxtilə bu cərəyana onun tərəfdarlarına qarşı çıxanlar da olub. Və həmin şəxslərin keçirdiyi tədbirlədə açıq şəkildə F. Gülənin təbliğinə qarşı etirazlarını bildiriblər. Onlardan biri də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub. Ə. Həsənov 30 aprel 2009-cu ildə “Gülüstan” sarayında Fətullah Gülən şəbəkəsinin əsas təşkilatlarından biri olan Dialoq Avrasiya Platforması (DAP) və eyni təyinatlı “Dialoq Avrasiya” jurnalının Azərbaycanda 10-cu ildönümü münasibətilə “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda keçirdiyi tədbirdə təşkilatçıları və fətullahçı şəbəkəni ciddi tənqid edib.
Sözügedən tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucovun, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, DAP-ın Azərbaycandakı təsisçisi və fəxri prezidenti, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, DAP-ın Azərbaycan Milli Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov, türkiyəli tarixçi, Topqapı muzey kompleksinin direktoru İlber Ortaylı Rusiya Şərqşünaslıq İnstitutunun direktoru, professor Rostislav Ribakov, DAP-ın Qazaxıstan rəhbəri, Qazax Yazıçılar Birliyinin sədri professor Nurlan Orazalin, DAP-ın Azərbaycan nümayəndəliyinin katibi Mustafa Saatçı və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən Əli Həsənov təşkilatçılara narazılığını ifadə edərək bildirib ki, “Dialoq Avrasiya” jurnalının və eyniadlı platformanın fəaliyyətində açıq-aşkar birtərəfli təbliğat hiss olunur, ayrı-ayrı xalqların dəyərləri, mədəniyyəti, tanınmış adamları, Avrasiya bölgəsində yayımlanmağa layiq olan insanlar, liderlər son zamanlar jurnalın səhifələrində getdikcə daha az-az görünür.
Ə. Həsənov Dialoq Avrasiya Platformasının yalnız F. Gülənin təbliğatı ilə məşğul olmasına qarşı çıxaraq qeyd edib ki, “Dialoq başqa insanları sənin kimi yaşamağa, düşünməyə təhrik etmək demək deyil. Onun məqsədi dövlətlərdə, cəmiyyətlərdə ortaq hərəkət oxunu müəyyən etməkdən ibarətdir. Dialoq, tolerantlıq, Qurandan, Bibliyadan çox danışmaq da deyil. Cəmiyyətdə tolerantlıq bütün mədəniyyətlərə, dinlərə, davranış normalarına hörmətlə yanaşmaqdan, bunu reallığa çevirməkdən ibarətdir və bunları bir nəfərin adına bağlamaq düzgün deyil”.
Ə. Həsənov tədbirin təşkilatçılarına ciddi iradlarını bildirərək qeyd edib ki, Heydər Əliyevin portretinin yanına F. Gülənin yox, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün portreti asılmalıdır. Eyni zamanda tədbirin açılış filmində Atatürkün adının çəkilməməsi də Ə. Həsənovun növbəti iradına səbəb olub.
Xatırladaq ki, iştirakçılara Dialoq Avrasiya Platforması Azərbaycan Milli Komitəsinin sədri professor Nizami Cəfərovun adından təqdim olunan dəvətnamələrdə mərasimin mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunduğu bildirilirdi. (azerbaycan24.com 23/08/2016 17:24)
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM