Dünya dövlətləri irimiqyaslı layihələrdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar - Şəbnəm Həsənova

11:06 / 01.03.2020

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji təhlükəsizliyi siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur. Cənub Qaz Dəhlizi layihəsi də bu uğurlu enerji təhlükəsizliyi siyasətinin mühüm tərkib hissəsidir. Bütövlükdə, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsi olmaqla yanaşı, eyni zamanda enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.

Cənub Qaz Dəhlizinin əsas önəmi ondadır ki, o sözün əsl mənasında, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. Bu məqamda xüsusilə vurğulamaq lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı məhz Azərbaycan Respublikası olmuşdur. Hazırda sözügedən layihənin reallaşması istiqamətində son tamamlanma işləri başa çatmaqdadır və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı da elə məhz Azərbaycanda keçirilir. Bu faktın özü də ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən əsas amillərdən biridir. Məşvərət Şurası meqa layihə hesab olunan Cənub Qaz Dəhlizi layihəsinin icrasında tərəfdaş ölkələrin səylərini möhkəmləndirən faydalı və effektiv işçi mexanizminə malikdir.

Bütün bu amilləri sadaladıqdan sonra belə bir sual ortaya çıxır: "Dünyada Azərbaycandan da çox enerji resursları olan dövlətlərin olmasına baxmayaraq niyə məhz Azərbaycan bu qədər nəhəng bir layihənin həyata keçirilməsində uğurludur? Bu uğur düsturunun sirri nədən ibarətdir?" Heç şübhəsiz ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə, habelə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya kimi ölkələrlə dostluq münasibətlərimizin mövcudluğu, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq - bütün bunlar enerji təhlükəsizliyi məsələsinin uğurla həyata keçirilməsinə böyük təkan vermişdir. Bu ölkələr Azərbaycana çox yaxın ölkələrdir, bu yaxınlığı təsdiqləyən amil isə ölkə başçımızın sözügedən ölkələrə səfəri və onların dövlət və hökumət başçıları ilə olan görüşləridir. Bütövlükdə, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra olunması ona cəlb olunan tərəfdaş ölkələrin tək bir məqsəd ətrafında birləşməsidir.

Mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət kursu Azərbaycanı regionda və dünyada etibarlı tərəfdaş kimi tanıdır. Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir. Elə bu səbəbdəndir ki, dünya dövlətləri irimiqyaslı və əhəmiyyətli layihələrdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar.

Şəbnəm Həsənova. Politoloq


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM