Dünyada koronavirusa görə kütləvi tədbirlər təxirə salınır

08:33 / 02.03.2020

Çində başlayan, indi isə bütün dünyada sürətlə yayılan koronavirus epidemiyası kütləvi tədbirlərin təqvimini ciddi şəkildə dəyişir. Məsələ koronavirusun hava-nəfəs yolu ilə ötürülməsində və buna görə də tez yayılmasındadır. Yoluxmamaq üçün həkimlər insanların kütləvi yığıldığı yerlərə getməməyi məsləhət görürlər.

Belə ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı bildirib ki, yaxın günlərdə birgə iclasın təxirə salınması ilə bağlı müzakirələr keçirəcək. 2020-ci ildə birgə iclasn aprelin 13-19-da Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.

Fevralın 29-da Fransa bütün ictimai tədbirlərin ləğv olunmasını elan edib. Bu, prezident Emmanuel Makronun iştirakı ilə Yelisey sarayında fövqəladə iclasından sonra baş verib. Ləğv edilmiş böyük tədbirlər sırasında Paris marafonu, Kannda daşınmaz əmlak investisiyalarının sərgisi, Ansi şəhərində karnavalı var. Parisdə Kənd Təsərrüfatı sərgisi 1 gün qısaldılır.

Daha əvvəl bənzər addımı İsveçrə də atıb. Orada tədbirlər ləğv edilir. Bu tədbirlərdən ən mühümü Cenevrə avtosərgisidir.

Almaniyada, daha dəqiq desək, Berlində dünyanın ən iri turizm sərgisi ləğv edilib. Koronavirus Sars-CoV-2 ilə bağlı vəziyyətin gərginləşməsi səbəbindən Almaniyada dünyanın ən böyük İTB turizm yarmarkasının təşkilatçıları tədbirin keçirilməsindən imtina barədə qərar qəbul ediblər. Bu barədə ITB-nin rəsmi nümayəndəsi fevralın 28-də bildirib. Yarmarka martın 4-dən 8-dək Berlində keçməli idi. Orada turizm biznesi ilə məşğul olan on mindən artıq şirkətin iştirak edəcəyi nəzərdə tutulurdu. Təşkilatçılar yarmarkada 160 mindən çox daimi və yeni müsafirlərinin olmasını gözləyirdilər.

İtaliyada bir sıra mədəni tədbirlərin təşkilatçıları kitab təqdimatları və sərgilər, mətbuat konfransları və premyeralar kimi tədbirləri koronavirusun yayılmasına görə ləğv edir və ya köçürürlər. Virusun yayıldığı ocaqlarının Lombardiya və Veneto vilayətlərində, Milandakı "La Skala" və Venesiyadakı "La Feniçe" daxil olmaqla bütün teatrlar, muzeylər, kitabxanalar, qalereyalar bağlanıb. Yoluxma qeydə alınmayan Liqurianın ən gözəl turizm məkanları bağlıdır. Həftənin sonuna qədər şəhərin mərkəzi sərgi salonu olan Genuya Akvariumu və Palazzo Dukale ziyarətçiləri qəbul etmir. Analoji tədbirlər Friuli-Venesiya-Ciulia və Trentino-Alto-Adidje bölgələrində tətbiq edilir.

Mədəniyyət Nazirliyi bütün dövlət muzeylərində həftənin ilk bazar günü keçirilən "pulsuz muzey" aksiyasını ləğv edib. "Martın 1-də muzeyləri, arxeoloji parkları və digər görməli yerləri pulsuz ziyarət etməyə imkan verən aksiya dayandırılacaq", - qurumun məlumatında deyilir. Səhiyyə Nazirliyinin sərəncamına və Nazirlər Kabinetinin qərarına əsasən məktəb ekskursiyalarının bütün proqramları dayandırılır. Kinoteatrların bağlanması nəticəsində bir neçə bölgədə iki filmin ekranlara çıxması təxirə salınıb. RAI News 24 kanalının məlumatına görə, artıq nümayiş etdirilən filmlərə tamaşaçı sayı da əhəmiyyətli dərəcədə azalıb.

 
Bu il İspaniyada ən populyar mobil texnologiyalar sərgilərindən biri ləğv edildi. Mobile World Congress adlı tədbirdən bəhs olunur. Sərgi təşkilatçıları bildiriblər ki, ziyarətçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən tədbir ləğv edilməli olacaq.

Qonşu Gürcüstanda İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti yaz semestrinin başlanğıcını ölkənin Təhsil Nazirliyinin təlimatlarına əsasən martın 2-dən 16-na keçirib.Yeni koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Gürcüstanın dövlət məktəblərində yaz tətillərini 2 həftə tez - martın 2-də başlamaq qərara alınıb. Tətillər martın 16-dək davam edəcək. Uşaq bağçalarında da təlimlər 2 həftə dayandırılıb. Bu müddət ərzində tədris müəssisələrində dezinfeksiya aparılmalıdır. Gürcüstan Təhsil Nazirliyi analoji tövsiyələrlə özəl məktəblərə də müraciət edib. Universitetlərə və peşə məktəblərinə yaz semestrinin başlanğıcını təxirə salmaq tövsiyə olunub.

Cənubi Koreyada idman tədbirləri ləğv edildi. 13-15 mart tarixlərində keçirilməsi planlaşdırılan Şort trek üzrə Dünya Çempionatı kütləvi yoluxma təhlükəsi səbəbindən keçirilməyəcək. K-Pop musiqi janrının vətənində konsertlər və şənliklər də ləğv edildi. BTS qrupu Seulda böyük bir konsertdən imtina etmək istəyir - qrupun pərəstişkarları üçün bu, böyük bir zərbədir.

Yaponiyada kütləvi tədbirlər ləğv edilib, bazar ertəsindən məktəblərin əksəriyyəti bağlanacaq. Tokio və Osakada bu il martın ikinci yarısında baş verən ənənəvi sakura çiçəklənməsi bayramı qeyd edilməyəcək. Şənbə günündən başlayaraq martın ortasınadək Disneylend və digər attraksion parkları bağlanb. Şimalda yerləşən Hokkaydo adasında xəstəlik hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Polşada meriya koronavirus təhlükəsi ilə əlaqədar bütün kütləvi tədbirləri ləğv edib.//trend


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM