Dədə Qorqudun sirr verdiyi Kamran Əliyev – Sona Vəliyeva yazır

12:16 / 05.03.2020

Strategiya.az saytı filologiya elmləri doktoru Sona Vəliyevanın AMEA-nın müxbir üzvü, Əməkdar Elm xadimi Kamran Əliyev haqqında yazısını təqdim edir:
 
  Elm Tanrı nurudur, hər kəsə qismət olmaz.
  Daxili potensialın zənginliyi və fədakarlıq, insani keyfiyyətlər özü də Tanrı payıdır, seçilən insanlara məxsusdur. Söz və ədəbiyyat dünyasının ziyalıları – seçilən insanlar öz fəaliyyətləri, xarakterləri, eləcə də yaradıcılıqları, elmi yenilikləri ilə həm özləri tarixə çevrilir, həm də məşğul olduqları elm sahəsini irəli aparmağa nail olurlar. Azərbaycan ədəbiyyatşünaslığında elmi yenilikləri ilə dərin hörmət və ehtiram qazanan AMEA-nın müxbir üzvü Kamran Əliyev də belə ziyalılarımızdandır. Sözsüz ki, ziyalının elmi kəşflə bağlı arzularının reallaşmasında şəxsi keyfiyyətlərlə yanaşı, fəaliyyət mühiti və rastlaşdığı dəyərli şəxsiyyətlərin rolu da danılmazdır.
  İsti yay günlərində ata-anasının xeyir-duası ilə bir gün "Bakı–Şərur” qatarının Bakıya gətirdiyi Kamran müəllim rayondan təhsil almağa yollanan bütün gənclər kimi, məncə, gələcəyə böyük ümidlərlə, bütün çətinlikləri dəf etmək əzmi ilə baxmış və elə fəaliyyət yolunun başlanğıcından özünü nümunəvi şəkildə təsdiq edə bilmişdi. Elmə və elmli insanlara dəyər verən, onlar üçün şərait yaratmağa qadir olan ziyalılarla rastlaşmağı Kamran müəllimin Azərbaycan ədəbiyyatşünaslığına gəlməsinə, ona ümid bəsləyən müəllimlərinin etimadını qazanmasına səbəb oldu. Elmi fəaliyyət xeyirxahlıq, qədirbilənlik ənənəsi ilə qovuşanda müsbət inkişaf qaçılmaz olur, uğurlar bir-birini əvəz edir və ziyalını arzularının hədəfinə doğru aparır. Kamal Talıbzadənin və Abbas Zamanovun diqqətini çəkən, digər müəllimlərinin elə onu tanıdıqları ilk günlərdən həmkar gözü ilə baxdıqları Kamran müəllim, sözsüz ki, bu etimadları doğruldaraq bütün çətinlikləri dəf etmək gücündə olduğunu sübut etdi.

  Onun gələcək elmi yaradıcılıq taleyini Azərbaycan ədəbiyyatında romantizm cərəyanı ilə bağlamağında böyük ədəbiyyatşünas alim, akademik Məmməd Cəfərlə tanışlığı böyük rol oynadı. Üstün şəxsiyyətlərlə ünsiyyət insanı böyüdür, aliləşdirir, fəaliyyətini yeni istiqamətlərə yönəldir. Paytaxta oxumağa yollanan əksər gənclər kimi Kamran müəllim də ali təhsil alaraq doğma yurduna – Naxçıvana dönmək arzusuyla şəhərə gəlsə də, ümidlərinin doğrulmasında rol oynayan böyük insanları hər zaman dərin ehtiramla xatırlayır. Kamran müəllim övlad minnətdarlığı ilə andığı A.Zamanovun, K.Talıbzadənin ona olan etimadını doğrultdu. Onların həm elmi, həm də mənəvi ənənələrinin davamçısına çevrildi.
  "M.Quliyevin ədəbi-tənqidi görüşləri” mövzusunda diplom işi müdafiə edən Kamran müəllim doğma ocağına qayıdaraq, dörd bacının yeganə qardaşı kimi ailə qayğılarını öz çiyninə götürdü. Bundan başqa, onu Azərbaycan elmində ön sırada olmaq taleyi gözləyirdi. Nə yaxşı, bu böyük alim ona, onun elmə gətirəcəyi yeniliklərə ümid bəsləyən ustadlarının məsləhəti ilə təyinat aldığı yerdən paytaxta geri döndü.
  Kənddə yaranan folklorun dərinliyi onu Azərbaycan ədəbiyyatında romantizm cərəyanını araşdırmağa yönəltdi. Görünür, bu da ədəbiyyatşünaslığımızın qisməti idi. Kamran Əliyev Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının müxtəlif istiqamətlərində, yeni elmi-nəzəri müddəaların işlənib hazırlanmasında əvəzsiz xidmətlər göstərərək özündən sonra gələn tədqiqatçılara, yetişən gənc ədəbiyyatşünas alimlərə elmi xəzinə ərməğan etdi.
Fundamental yanaşmanı, elmi sistematikliyi doktorant qarşısında tələb kimi irəli sürmək və məqsədə çatmağı asanlaşdırmaq təcrübəsini yaradıcılıq prinsipinə çevirən Kamran Əliyevlə elmi məsləhətçi kimi çalışdığım zaman bəzən heyrətimi gizlədə bilmədiyim anlar olub. Hüseyn Cavid yaradıcılığında romantizmin təhlilinə əfsanədən, mifdən, tarixi mövzulardan yol alaraq elmi mahiyyətə çatmaq tövsiyəsini Kamran müəllimin elmi müdrikliyi kimi dəyərləndirirəm.
  Bəzən "Hüseyn Cavid ədəbi irsinin poetikası” mövzusunda doktorluq işimlə bağlı təhlillərdə eşitdiyim "Cavid yaradıcılığının, eləcə də şəxsiyyətinin böyüklüyü, Cavid sənətinin, qüdrətinin təhlili yüzlərlə elmi işin mövzusu olsa da, bitməyəcək” ifadələri fikirlərimi daha da səfərbər etməyə imkan yaradıb. Yaxud Kamran müəllimin 2013-cü ildə "H.Cavid. Əsərləri” kitabının İstanbul nəşrindən sonra İstanbul Universitetində, Ankara Dövlət Universitetində, Bakıda Ədəbiyyat İnstitutunda, Əl-Fərabi adına Almata Dövlət Universitetində Hüseyn Cavid sənətinin bəşəriliyi ilə bağlı etdiyi möhtəşəm çıxışlarına ədəbiyyatsevərlərin heyranlıqla diqqət kəsildiyinin şahidi olmuşam.
  2014-cü ildə Qafqaz Universitetində H.Cavid sənətinin dərin fəlsəfəsini elmi əsaslarla, yaddaqalan misallarla izahı zamanı türk ədəbiyyatçıların ehtiramla söylədikləri "Maşallah, adam boyu dolusu elmdir” – fikri həmin gün Kamran müəllimin çıxışına verilən ən yaddaqalan qiymətlərdən idi.
  Kamran müəllimin romantizmin elmi-nəzəri, milli-düşüncə aspektindən öyrənilməsində müstəsna xidmətləri həm də Cavidin həmfikirlərini – M.Hadi, A.Səhhət, A.Şaiq, A.Sur kimi görkəmli şairlərin yaradıcılığını təhlil edərək aparıb, böyük şairi ideallaşdırmasıdır.
  O, eyni zamanda, romantizm cərəyanını elmi-bəşəri aspektdən öyrənərək həm də romantizm qaynaqlarının dünya ədəbiyyatında hər xalqın öz folklorundan qidalandığını göstərib. Bununla da ədəbiyyatşünaslıqda, romantizmin araşdırılmasında elmi yenilik sayıla biləcək addım atıb. "Yazıçı və folklor problemi” (1982), "H.Cavid və xalq dramı” (1985), "Azərbaycan romantizminin folklor qaymaqları” (1987) məqalələri bu elmi qənaətlərin məcmusu olaraq ərsəyə gəlib. Onun istər sonralar yazdığı "H.Cavidin şəxsiyyəti və poetikası” (1997), "Mirzə Fətəlidən Hüseyn Cavidə qədər” (1998), "H.Cavidin möcüzəsi” (2002), "Romantizm və folklor” (2006), "Azərbaycan romantizminin poetikası” (2002), "Hüseyn Cavid: şəxsiyyəti və yaradıcılığı” (2008) kitablarında romantizm dünyasında Cavid xəzinəsini toplayan səyyah kimi görünür. Onun söylədiyi "Cavid XX əsr Azərbaycan romantizmini gözəlləşdirdi”, "Cavid elə bir romantizm cərəyanı formalaşdırdı ki, özündən əvvəlki dünya romantizmini kölgədə qoydu” fikirləri qalıcıdır, daim xatırlanasıdır.
  Kamran müəllimin elmi-nəzəri, ədəbi araşdırmaları onun daxilindən gələn mənəvi ehtiyacın məhsulu olaraq ortaya çıxıb. Bu ehtiyacın "ödənilməsi” Azərbaycan ədəbiyyatşünaslığına böyük xəzinə qazandırdı.
  Kamran müəllimin söhbət zamanı müdrik el ağsaqqallarına məxsus təmkini, yüksək mədəniyyəti, səsinin ahəngi ilə fikrinin dərin mənasını vurğulamaq kimi keyfiyyətləri bütün yaradıcılığına sirayət edərək onun alim və şəxsiyyət kimi portretini yaradır. Elə bu cür üstün keyfiyyətlərindən kəşf etdiyim Kamran müəllimi həm də milli yaddaş xəzinəsi hesab edirəm.
  Niyə o, Azərbaycan ədəbiyyatında romantizm cərəyanından sonra "Romantizm və folklor”a (2006) qayıdır? Niyə bu cür elmi yolu tutmağa ehtiyac duyur?
  Milli məfkurənin ilkin kod yaddaşını qoruyub-saxlayan folklora münasibəti görkəmli alimin bir şəxsiyyət kimi kimliyindən xəbər verir. Təpədən dırnağa milli yaddaş, milli əxlaq və milli təəssübkeşliklə dolu olan bu alim "Kitabi-Dədə Qorqud”u "Açıq kitab – "Dədə Qorqud”a çevirə bildi. Daxilən arınıb-durulub, paklanmadan könül güzgüsündə "məna surəti zühur etmədən” heç bir ideya reallığa çevrilə bilməz. Bir də ki, hər adama bu mənəvi dünyaya girməyə Tanrı izin vermir. Kamran müəllim "Açıq kitab – "Dədə Qorqud”la əsərin işarə və məna qatlarının pərdəsini açmaqla özü sanki "qorqudlaşır”. Çağdan addım-addım geriyə yol alaraq bir əlində çıraq, digər əlində mənalar xəzinəsi geri dönür. Çıraq Kamran müəllimin məfkurə qaynaqlarına dərin baxışının özü, məna yüklü xəzinə isə indiyə qədər bizə açılmayan Dədə Qorqudun sirli dünyasıdır. Söylədiyi: "İstər şifahi xalq yaradıcılığında, istərsə də yazılı ədəbiyyatda yüksək səviyyəli bədii məhsulun arxasında insan təfəkkürü durur”, – fikri ilə etnos, xalq, milli yaddaş tarixi düşüncəsini çağdaş ədəbiyyatşünaslığa gətirən Kamran müəllim həm də "Kitabi-Dədə Qorqud” dilinin və mətninin poetik gözəlliyini bizə sevdirir.
  Adı çəkilən kitabın "Qoşa misralı şeir” bölməsində "sədaqətli heca” ifadəsi ilə müəllif ilkin poetik düşüncə, insanı əhatə edən arzu və istəklərinin reallaşmasına dərin fəlsəfi məna verir. "Qoşa misra” türk anlayış sistemində həm də yerin, göyün ifadəsidir, Tanrı harmoniyasıdır. Kamran müəllimin Tanrının Yer və Kainat harmoniyasının hərəkətinin dərkini "at meydanı”na bənzətməsi onun ədəbiyyatşünaslığa gətirdiyi yeniliklərdəndir. Mənəvi dünyanın dərinliklərinə enərək əlidolu qayıda bilmək gücü hər kəsə nəsib olmur. Düşüncə, bəsirət, qavrayış və zəka işığının bolluğu olmadan Dədə Qorqudun bir sətrini şərh etmək olmaz. Dünyanın dərkinə, ilk dəfə atı əhliləşdirərək və dünyaya at üzərindən yol almaq, atı sədaqətli qardaş bilərək at igidin qardaşıdır”, ata "alma gözlü, qız birçəkli”, "döyüş yoldaşı”, "sirdaş” adlandırmaq türk sədaqətinin ifadəsidir. Niyə əvvəl poetik düşüncə qoşa misralı şeirlə ifadə olunaraq qalmadı? Dörd misralı şeirə keçməkdə məram nə idi? Qısa, yığcam fikrin meydanı hiss və həyəcanların ifadəsinə yeni çalarlar gətirməsi üçün yerini dörd misralı nümunələrə verərək yeniliyə, inkişafa şərait yaradır.
 
  Sağda oturan sağ bəylər,
  Sol qolda oturan sol bəylər,
  Eşikdəki inaqlar,
  Dibdə oturan xas bəylər,
 
– deyərək rütbə və məqam etibarilə türkün tarix, zaman və məkan kontekstində yerini və rolunu poetikləşdirərək əbədiləşdirir. 
  "Bütün hallarda türk şeiri üçün atda olan ehtiyatlardan yalnız ayaqlar və atın yerişi qalır. Bizcə, elə məhz türk şeirinin formalaşması atın ayaqlarına və yerişinə borcludur”, – deyən müəllif fikrini möhkəmləndirir. Atın bütün növ yerişləri, xüsusilə "həmin yerişdə qabaq sol ayaqla arxa sağ ayaq və qabaq sağ ayaqla arxa sol ayaq birgə atılır” fikri Kamran müəllimin türk şeirindəki çarpaz qafiyə sisteminin ahəngini göz önünə gətirir.
  "Kitabi-Dədə Qoqud”dakı qadınların yeri, rolu və fəaliyyət dinamikasına doğru, düzgün yanaşan müəllif boyu uzun Burla xatunun, Banuçiçəyin, sarı donlu Selcan xatunun statusunu oxucuya yüksək bədii-estetik baxımdan, eləcə də sadə təhlillərlə, anlaşıqlı dillə çatdırır. İç oğuzların, dış oğuzların tarixi etnik xüsusiyyətlərini dərindən araşdıraraq, Dədə Qorqudun bütün oğuzların el ağsaqqalı olmasını göstərərək, həm də çağdaş türk xalqlarının birliyini vurğulayır, onların eyni kökdən gəldiyini sübut edir.
 
 


  Bir vaxtlar çar Rusiyasının, eləcə də sovet təhsil sisteminin türkdilli xalqların qədim və ilkin etnik ruh yaddaşını hər vəchlə silməyə çalışmasına baxmayaraq, "Kitabi-Dədə Qorqud”un qorunub-saxlanması və nəsillərə ötürülməsi milli şüurumuzun qorunmasında böyük rol oynadı. Yer kürəsinin qədim, ən sivil sakini olaraq kainatın hərəkət qanunlarının dərkini ilk olaraq Göy Tanrı ilə bağlayan türk xalqlarının tarixiliyini danmaq istəyənlər gərəksiz fənlərlə beynimizi dolduraraq milli yaddaşımızı silməyə çalışdılar. Kamran müəllimin tədqiqatından göründüyü kimi, "Kitabi-Dədə Qorqud” ruhumuzun qorunmasında dəmir zirehə çevrilib.
  Türklərə məxsus ilkin yaddaşı, sakral düşüncəni özündə qoruyub saxlayan "Kitabi-Dədə Qorqud” dastanında rəqəmlərə münasibət, rəmz və işarələri mənalandırmaq kimi yenilikləri açmağa hər alim qadir ola bilməz. Tanrı bu elmi mərtəbəyə Kamran müəllimi seçdi. Bayandır xan müdrikliyi, Qazan xan gücü, Beyrək dözümü, Dəli Domrul sədaqətindən pay düşən ömürdür Kamran müəllimin həyatı.
  Dədə Qorqudun etibar edərək "sirr açdığı” əziz Kamran müəllimə Qorqud uzunömürlülüyü, dağ ucalığı, qaya möhkəmliyi və Tanrı sevgisi arzu edirəm.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM