Martın 6-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda YAP İdarə Heyətinin 2019-cu ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2019-cu ilə dair illik statistik hesabat, partiyanın 2019-cu il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2020-ci ilin mart ayına dair iş planı müzakirə olunaraq qəbul edilmişdir.
İdarə Heyətinin iclasında 2019-cu ildə cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatların, Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişafın davam etdiyi xüsusi qeyd edilmişdir. Vurğulanmışdır ki, 2019-ci il müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisələrdən biri ölkəmizdə Bələdiyyə seçkilərinin keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il 9 fevral tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərə hazırlıq işlərinin başlanması olmuşdur.
Yeni Azərbaycan Partiyası 23 dekabr 2019-cu ildə keçirilən Bələdiyyə seçkilərinə hazırlıq işlərini və bütövlükdə seçki kampaniyasını çox uğurla başa çatdırmış, təşviqat kampaniyası çərçivəsində ölkənin hər bir yaşayış məntəqəsini əhatə etməklə seçicilərlə möhtəşəm görüşlər keçirilmişdir. 23 dekabr 2019-cu il Bələdiyyə seçkiləri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə inam və dəstəyinin növbəti və möhtəşəm təntənəsi oldu. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamına – Azərbaycanın dinamik inkişafına və qüdrətli gələcəyinə səs verdi. Nəticədə, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanaraq 10432 bələdiyyə üzvü mandatına sahib oldu.
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi barədə 5 dekabr 2019-cu il tarixli Sərəncamından dərhal sonra seçki hazırlıqları prosesinə start vermiş, qısa zaman ərzində bütün yerli təşkilatlarda seçki qərargahları yaradılmış, seçki qanunvericiliyinin tələblərindən irəli gələn tədbirləri həyata keçirmişdir. Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirmiş, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirmişdir.
Yeni Azərbaycan Partiyası hesabat dövründə beynəlxalq əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir. Müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilmiş, bu istiqamətdə mühüm görüşlər keçirilmişdir.
Hesabatda daha sonra qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam etmiş, bu dövr ərzində 26 min nəfərdən çox yeni üzv qəbul edilmiş və beləliklə, partiya üzvlərinin sayı 756 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil etmişdir.
İdarə Heyətinin iclasında YAP-ın 2019-cu ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilmişdir. Qeyd olunmuşdur ki, 2019-cu ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 10 668 284 manat olmuşdur. Bunun 9 309 025 manatını üzvlük haqları, 1 359 259 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil etmişdir.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 5 307 213 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 884 663 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 91 515 manatı ezamiyyə xərclərinə, 163 376 manatı nəqliyyat vasitələrinin alınmasına, 281 053 manatı mebel və ofis avadanlıqlarının alınmasına, 214 214 manatı təmir işlərinə, 481 232 manatı kommunal və təsərrüfat xərclərinə, 300 908 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 75 862 manatı bank xidmətinə, 57 607 manatı dəftərxana xərclərinə, 49 790 manatı çap işlərinə, 234 171 manatı kredit ödənişinə, 270 194 manatı isə sair xərclərə sərf edilmişdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM