2014-cü ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

16:48 / 15.09.2014

Ümumi Daxili Məhsul istehsalı 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2,4 faiz artaraq 39,2 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 45,0 faizi sənaye sahələrində, 11,8 faizi tikinti kompleksində, 9,9 faizi ticarət və pullu xidmət sahələrində, 4,9 faizi nəqliyyatda, 1,7 faizi informasiya və rabitə müəssisələrində, 5,1 faizi aqrar bölmədə, 21,6 faizi digər sahələrdə yaradılmışdır. Əhalinin hər nəfərinə orta hesabla 4170,3 manat məbləğində (5317,3 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artmışdır. 
Əlavə dəyərin 57,3 faizi qeyri-neft sektorunda istehsal olunaraq əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 6,3 faiz artmış, neft-qaz sektorunda isə 2,6 faiz azalmışdır. İqtisadiyyatın qeyri-enerji sektorunda 6,3 faiz artım müşahidə olunub. 
2014-cü ilin səkkiz ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 22,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 16,3 milyard manatı və ya 72,1 faizi mədənçıxarma bölməsində istehsal olunmuş, 28,6 milyon ton neft və 12,3 milyard kub metr əmtəəlik qaz hasil edilmişdir. 
Sənayenin emal bölməsində 5,0 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bölmədə qida məhsulları istehsalı 2,4 faiz, tütün məmulatları istehsalı 75,0 faiz, geyim istehsalı 45,7 faiz, hazır metal məmulatların istehsalı 12,5 faiz, tikinti materiallarının istehsalı 18,9 faiz,elektrik avadanlıqlarının istehsalı 20,8 faiz, avtomobil və qoşquların istehsalı 91,1 faiz, sair nəqliyyat vasitələri istehsalı 3,5 dəfə, mebel istehsalı 11,5 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 78,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 60,2 faiz artmışdır. Qeyri-neft emal sənayesində 3,3 milyard manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,0 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. 
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 5,3 faizi və ya 1,2 milyard manatı istehsal olunmuşdur. İstehsal olunmuş 14,5 milyard kVt.saat elektrik enerjisi əvvəlki ilin səkkiz ayının səviyyəsini 5,8 faiz üstələmişdir. 
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 2,9 faiz artmışdır. 
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,4 faiz artmış, neft-qaz sektorunda isə 2,4 faiz azalmışdır. 
Aqrar bölmədə sentyabrın 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 96,7 faizi, yaxud 967,2 min hektarı biçilmiş və həmin sahələrdən 2238,3 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 23,1 sentner təşkil etmiş, o cümlədən 13,3 min hektar qarğıdalı sahəsindən 61,3 min ton məhsul götürülmüşdür. 
Yığım başlanandan sahələrdən 651,9 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 84,4 min ton az kartof, 980,6 min ton (7,9 min ton az) tərəvəz, 410,4 min ton (12,3 min ton çox) bostan məhsulları, 343,5 min ton (3,1 min ton çox) meyvə və giləmeyvə, 37,1 min ton (5,2 min ton çox) üzüm, 316,7 ton (82,6 ton az) yaşıl çay yarpağı, 17,0 min ton (1,2 min ton çox) günəbaxan, 1852,4 ton (317 ton az) tütün toplanmışdır. 
Bu dövrdə 294,9 min ton, yaxud 2013-cü ilin yanvar-avqust aylarına nisbətən 1,5 faiz çox diri çəkidə ət, 1249,0 min ton (3,2 faiz çox) süd, 1017,9 milyon ədəd (11,3 faiz çox) yumurta, 15,7 min ton (2,2 faiz çox) yun istehsal olunmuşdur. 
Beləliklə, keçən illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,7 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 9,2 faiz azalmış, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artmışdır. 
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10445,3 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 0,5 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala cəlb olunmuş vəsaitin 7635,5 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 11,1 faiz artmışdır. Əsaslı vəsaitin 67,5 faizi və ya 7045,5 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuş, əsas kapitala yönəldilmiş vəsaitin 7,3 milyard manatını və ya 70,4 faizini daxili investisiyalar təşkil etmiş və ötən ilki səviyyədən 5,4 faiz az, xarici investisiya isə 17,9 faiz yüksək olmuşdur. 
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Səkkiz ay ərzində 1145,5 min kv.metr sahəsi olan yaşayış evləri, 5680 şagird yerlik ümumtəhsil məktəbləri, 892 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, növbədə 90 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası,Beyləqan rayonunda Şahmat məktəbi, Şəhər stadionu, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası avtomobil yolu, Füzuli rayonunda Tikiş fabriki, Əhmədalılar - Mollaməhərrəmli – Arayatlı - Babı kəndlərarası avtomobil yolu, Göygöl rayonundaOlimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Lənkəran rayonunda Çörək istehsalı zavodu,Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilmişdir. 
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5463,7 milyon manat vəsaitin 3544,6 milyon manatından istifadə olunmuşdur. 
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-avqust aylarında 147,7 milyon ton, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz çox yük, 1169,1 milyon nəfər və ya 5,0 faiz çox sərnişin daşınmışdır. Yüklərin 9,5 faizi dəmir yolu nəqliyyatı, 58,0 faizi avtomobil nəqliyyatı, 4,4 faizi dəniz nəqliyyatı, 28,1 faizi boru kəmərləri ilə, sərnişinlərin 87,9 faizi avtomobil, 11,9 faizi metropolitenlə daşınmışdır. 
İlin əvvəlindən keçən səkkiz ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 988,9 milyon manatlıq xidmət göstərmişlər. 2013-cü ilin yanvar-avqustuna nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 10,5 faiz artmış, xidmətlərin 72,6 faizi əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin 78,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. 
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən yanvar-iyul aylarında 137 xarici ölkə ilə 18,1 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 9,2 faizi, yaxud 1,7 milyard dollarlığı MDB üzvü dövlətləri ilə, 90,8 faizi və ya 16,4 milyard dollarlığı digər ölkələrlə aparılmışdır. 
Yeddi ay ərzində 13,2 milyard dollarlıq məhsul ixrac olunmuş, onun 498,3 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilmiş, 96,2 faizi və ya 12,7 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşmüşdür. 
Qeyri-neft məhsullarının ixracı yeddi ay ərzində 3,4 faiz azalmışdır. 
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 4,9 milyard dollar təşkil etmişdir. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 3,7 milyard dollar, MDB üzvü ölkələrindən isə 1,2 milyard dollar olmuşdur.
Xarici ticarət dövriyyəsinin 46,0 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9,2 faizi MDB-yə üzv dövlətləri ilə, 44,8 faizi digər ölkələrlə aparılmışdır. 
Beləliklə, yeddi ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2,7 dəfə çox olmuş və 8,3 milyard dollar müsbət saldo yaranmışdır. 
Yanvar-iyul aylarında ölkəyə 37,1 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur. 
Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 24,2 milyard dollar, o cümlədən ixrac 19,3 milyard dollar təşkil etmiş, müsbət saldo 14,4 milyard dollar olmuşdur. 
2014-cü ilin yanvar-avqust aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 5,1 faiz artaraq 24,0 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 3,8 faiz artaraq 2559,9 manata (orta hesabla ayda 320,0 manata) çatmışdır. Gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir. 
2014-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 440,8 manat təşkil etmişdir. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyul ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 704,1 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 625,1 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 545,0 manat, informasiya və rabitə sektorunda isə 725,9 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 1756,0 manat, qeyri-neft sektorunda 407,5 manat, dövlət bölməsində 356,2 manat, özəl bölmədə 565,7 manat təşkil etmişdir. 
Səkkiz ay ərzində əhali istehlak bazarından 13,6 milyard manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 4,1 milyard manat ödəmişdir. 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9,3 faiz, o cümlədən ərzaq məhsullarının satışı 3,5 faiz, qeyri-ərzaq mallarının satışı 15,4 faiz, pullu xidmətlərin həcmi 6,3 faiz artmışdır. 2014-cü ilin yanvar-avqust aylarında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1514,0 min manatlıq qeyri-ərzaq malları və 188,5 min manatlıq ərzaq məhsulları satılmışdır. 
Avqust ayında iyul ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri dəyişməmiş, ərzaq məhsullarının qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır. 2013-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-avqust aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,6 faiz, xidmət tarifləri 0,4 faiz bahalaşmışdır. 
2014-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 11087,2 milyon manat, xərcləri 10313,2 milyon manat təşkil etmiş, büdcənin profisiti 774,0 milyon manat və ya ümumi daxili məhsulun 2,3 faizi səviyyəsində olmuşdur. Büdcə gəlirlərinin 14,2 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 16,0 faizi əlavə dəyər vergisindən, 5,0 faizi fiziki şəxslərin gəlir vergisindən, 4,2 faizi aksiz vergisindən, 3,9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2,6 faizi digər vergilərdən daxil olmuş, 54,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir. 
Büdcə vəsaitlərinin 4,6 milyard manatı (45,0 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 1,1 milyard manatı (10,8 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1,2 milyard manatı (11,5 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənmişdir. 
2014-cü il avqust ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında istifadə olunan kreditlərinhəcmi 17,0 milyard manat olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,0 faiz artmışdır. Kredit qoyuluşunun 34,7 faizi dövlət, 62,4 faizi özəl banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir. Verilmiş kreditlərin 79,1 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 5,3 faizinin ödənilmə vaxtı keçmişdir. 
2014-cü il avqust ayının 1-nə əhalinin banklardakı əmanətlərinin qalığı 6,9 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artmışdır. Əmanətlərin 4,4 milyard manatı və ya 63,5 faizi milli, 2,5 milyard manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulmuş və əvvəlki ilə nisbətən müvafiq olaraq 22,0 faiz və 5,3 faiz artmışdır. 
Avqust ayında 1 ABŞ dolları 0,78 manata, 1 Avro 1,04 manata, 100 Rusiya rublu 2,17 manata, yanvar-avqust aylarında isə müvafiq olaraq 0,78, 1,07 və 2,24 manata bərabər olmuşdur. 
Ölkə əhalisinin sayı ilin əvvəlindən 63,3 min nəfər və ya 0,7 faiz artaraq 2014-cü ilin avqust ayının 1-i vəziyyətinə 9540,4 min nəfərə çatmışdır. 
Makroiqtisadi göstəricilər

Göstəricilər 2014-cü ilin yanvar-avqust ayları faktiki, milyon manat 2014-cü ilin yanvar-avqust ayları 2013-сü ilin yanvar-avqust aylarına nisbətən, faizlə Məlumat üçün:
2013-cü ilin yanvar-avqust ayları 2012-сi ilin yanvar-avqust aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 39 171,6 102,4 105,2
o cümlədən qeyri-neft ÜDM-si 22 456,9 106,3 110,3
Sənaye məhsulu 22 642,6 98,8 100,6
o cümlədən qeyri-neft sənayesi 4 662,3 105,4 102,8
Əsas kapitala yönəldilmiş vəsaitlər 10 445,3 100,5 122,7
Kənd təsərrüfatı məhsulu 3 622,2 96,3 104,5
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 147,7 102,0 102,6
o cümlədən qeyri-neft yüklərinin daşınması 105,2 103,2 106,6
İnformasiya və rabitə xidmətləri 988,9 110,5 107,0
Pərakəndə ticarət dövriyyəsi 13 599,4 109,3 109,4
Əhaliyə göstərilən pullu xidmətlər 4 116,8 106,3 106,8
Dövlət büdcəsinin gəlirləri 11 087,2 x) 97,5 xx) 117,5 xxx)
Dövlət büdcəsinin xərcləri 10 313,2 x) 100,9 xx) 118,8 xxx)
Dövlət büdcəsinin profisiti 774,0 - -
Əhalinin gəlirləri 24044,8 105,1 107,4
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 2559,9 103,8 106,0
Orta aylıq əmək haqqı, manat 440,8 x) 106,1 xx) 107,2 xxx)
İstehlak qiymətlərinin indeksi x 101,4 102,2
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 24 211,0 x) 94,1 3) х
o cümlədən:
ixrac 19 326,6 x) 99,1 3) х
ondan qeyri-neft məhsulu ixracı 968,1 x) 96,6 3) 109,9 4)
idxal 4 884,4 x) 78,6 3) 114,7 4)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 18 133,5 x) 89,3 3) 107,4 4)
o cümlədən:
ixrac 13 249,1 x) 94,1 3) 104,6 4)
idxal 4 884,4 x) 78,6 3) 114,7 4)
Qeyd: 
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2014-cü ilin yanvar-iyul ayları 2013-cü ilin yanvar-iyul aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2013-cü ilin yanvar-iyul ayları 2012-ci ilin yanvar-iyul aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2014-cü ilin yanvar-iyul ayları; 
xx) 2014-cü ilin yanvar-iyul ayları 2013-cü ilin yanvar-iyul aylarına nisbətən;
xxx) 2013-cü ilin yanvar-iyul ayları 2012-ci ilin yanvar-iyul aylarına nisbətən.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM