Mart ayının 10-da görkəmli dövlət xadimi, tarix elmləri doktoru, professor Əli Həsənovun 60 yaşı tamam olur. Görkəmli alim, dəyərli dövlət adamı Ə.Həsənov barədə məqaləni təqdim edirik:
Hörmətli professor Əli Həsənovu görmək, onu yaxından tanımaq mənə nəsib olmayıb. Onun kitabını oxuduğum zaman şəxsən tanışlığımın olmamasından dolayı özümü şanssız hiss etdim. Çünki bu kitab məni yazıçı olaraq tamamilə fərqli bir dünyaya apardı.
Ermənilərin alçaqlığına fərqli tərəfdən işıq tutan bu kitabla tanışlığım təqribən bir-iki ay əvvələ təsadüf edir. Kitab 2017-ci ildə Bakıda Azərbaycan Respublikasının Prezidentinin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov tərəfindən səkkiz dildə yayımlanmışdır. Alim və yazıçı olaraq bu kitab mənim diqqətimi çəkdi. Onsuz da, kitabın "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kimi adlandırılması onun məzmunu haqqında oxuculara ipucu verir. Azərbaycan dilində, türkcə, rusca, ingiliscə, fransızca, ərəbcə və Çin dilində yazılan 395 səhifədən ibarət kitab mənim axtardığım mövzular haqqında idi. Kitabı birnəfəsə bitirdim. Mövzu ilə bağlı yüzlərlə kitab oxumuş, dörd kitab yazmış, yeddi kitabı da Azərbaycan dilindən türkcəyə tərcümə etmişdim. Amma deməliyəm ki, bu kitabda mənim də görmədiyim sənəd, xəritə və şəkillər var idi.
Aradabir xəritə və şəkillərə yenidən baxır, nəzərdə tutulan ərazinin coğrafiyasını düşünür, əvvəlki biliklərimi yeniləyirdim. Çünki İstanbul Universiteti Sosial Elmlər İnstitutu "Türk Respublikalarında iş problemləri və sənaye münasibətləri” ixtisasında Turan Yazqan ilə bu cür sənədləri yetəri qədər araşdırmaq şansım olmuşdu. Xüsusilə ermənilər tərəfindən işğal edilən Şuşa və Ağdamın əvvəlki və yeni şəkillərinə diqqətlə nəzər saldım. Təəccübləndiyim məqam isə kitabda e.ə II əsrdən başlayaraq müasir dövrə qədər həmin ərazilərin siyasi xəritələrinin yer alması idi. Həmin xəritələrə nəzər salan təsvir olunmuş ərazilərdə hansı millətin yaşamış olduğunu rahat şəkildə söyləyə bilər. Türklərin həmin ərazilərdə qədimdən məskən saldığını göstərən bu vacib xəritələri heyranlıqla nəzərdən keçirdim.
Təbaşirli kağızda çap edildiyi və qalın cildləndiyi üçün bir az ağır olsa da, kitabdan istifadə etmək üçün bir neçə gün əlimdə daşıdım. Bir gün tarix müəllimi dostum (Ayşə Bayat) kitaba baxmaq üçün məndən icazə istədi. Bir az oxuduqdan sonra üzümə mənalı şəkildə baxmağından anladım ki, kitabı məndən istəyəcək. Ürəyimdə "İnşallah, istəməz!” dedim. Çünki bu kitabı əsla başqasına verməzdim. Qorxduğum başıma gəldi və Ayşə xanım kitabı məndən istədi. Nə deyəcəyimi bilmədim. Elə həmin anda ağlıma bir şey gəldi. Bu kitabın Türkiyədə satışda olmadığını bilirdim, amma Azərbaycandan ala bilərdik. Gülümsədim. Ayşə müəllim kitabı verəcəyimi fikirləşərək sevinmişdi. "Bu kitab bəzi yazılarımda mənə istinad olacaq. Ona görə bunu sənə verə bilmərəm, amma sənin üçün Azərbaycandan gətirə bilərəm”, – dedim. Təklifimi bir az soyuq qarşılasa da, qəbul etdi. Dərhal professor Əli Həsənova məktub yazaraq dostum üçün kitab istədim.
Gün keçdikcə Ayşə xanım səbirsizləşirdi. Məktubun göndərilməsindən təxminən bir ay keçmişdi, amma kitab hələ də gəlməmişdi. Məcburən öz kitabımı Ayşə xanıma verdim, amma çox diqqətli şəkildə istifadə edəcəyinə dair ondan söz verməsini xahiş etdim. Digər tərəfdən, məktubun Əli bəyə çatmadığını düşünürdüm. Yeni məktub yazmağı fikirləşdiyim bir gün poçtdan zəng gəldi və karqomun olduğu deyildi. Həmin dəqiqə: "Karqom kitabdırmı?” – soruşdum. Poçtalyon isə böyük bir qutu gəldiyini, kitab olduğunu zənn etmədiyini deyəndə əhvalım pozuldu. Çünki gözlədiyim kitabın yenə gəlmədiyini düşünmüşdüm.
Qutunu almaq üçün poçta getdim. Şəxsiyyət vəsiqəsi yoxlanışından sonra depodan gətirilən qutunun üstündə Azərbaycan əlifbası ilə yazılan yazını görən zaman həyəcanlandım. Poçtalyon müvafiq prosesləri yerinə yetirərkən mən qutunu açaraq içindəkilərin kitab olduğunu görən kimi çox sevindim. Mən bir kitab istəmişdim, Əli Həsənov isə bir qutu kitab göndərmişdi. Dərhal Ayşə müəllimə zəng edib, bir qutu kitab gəldiyinin müjdəsini verdim. Qutunun içində 20-25 ədəd kitab var idi. Aradan 10 dəqiqə keçməmişdi ki, Ayşə müəllimin kolleqaları olan dörd tarix müəllimi mənə zəng edərək kitab istədilər. Bəli, bu kitabları tarix müəllimlərinə çatdırmalıydım.
Kitabları tarix müəllimlərinə, məktəb direktorlarına, Təhsil Nazirliyinə verdim. İndi əlimdə heç kitab qalmamasına baxmayaraq, hələ də kitabdan istəyənlər var. Xüsusilə universitet müəllimləri, yazıçılar, jurnalistlər və tarix müəllimləri kitabı təkidlə istəyirlər. Daha bir qutu kitab göndərilməsi ilə bağlı xəbər alınca, bu xəbəri kitabı istəyənlərlə paylaşdım. Həqiqətən, kitabı istəyənlər onun qiymətini biləcək insanlardır. Çünki bu kitabda çox vacib məlumatlar var: Qarabağın Azərbaycan torpağı olduğunu bildirən BMT Təhlükəsizlik Şurasının 822, 853,874, 884 saylı qərarlarının tam mətni burada yer alırdı. Bu qərarların tam mətninin kitabda olması vacib idi. Çünki onların tam mətnini tapmaq çox çətindir. Vaxtında bu qərarların məzmununu nə qədər axtardığımı xatırlayınca, kitabın önəmi gözümdə daha da böyüdü. Ayşə müəllim də kitabın nə qədər çox əhəmiyyətinin olduğunu bildirərək: "Mətin bəy, biz tarix müəllimlərinin bu cür sənədlərə çox ehtiyacı olur. Təəssüf ki, hər zaman belə kitabları əldə edə bilmək imkanımız olmur. Bizə kömək etdiyiniz üçün sizə, belə bir kitab yazmağı düşündüyü və pulsuz bizə göndərdiyi üçün professor Əli Həsənova təşəkkür edirəm” , – dedi.
Kitab verdiyim Ataşehir Təhsil Mərkəzinin müdiri Orxan Kuzu kitabı nəzərdən keçirərək, Giresunlu olduğunu, öz kəndlərində belə ermənilərin türkləri öldürdüyünü dedi. "Bu cür işlərə ehtiyacımız var. Üzərində işləyəcəyim işlərdə bu kitabı qaynaq olaraq göstərəcəyəm”, – dedi.
Kitab verdiyim bütün insanlardan eyni sözləri eşitmək, həqiqətən, məni şad etdi. Mən də hər kəs adından hörmətli professor Əli Həsənova təşəkkür edirəm.
Yazdığı bu kitabla ermənilərin həqiqi üzünü bütün dünyaya göstərmiş oldu. Professor Əli bəyə hörmətlərimizi bildirir və yeni kitablarını gözləyirik.
Mətin Yıldırım
sosioloq, yazıçı (Türkiyə)
Türk dilindən uyğunlaşdıran: Rəvan Həsənəliyev
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM