Martın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli Qurbanqulu Məlikquliyeviç.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram.
Sizin səfərinizə çox şadıq və əminik ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Xalqlarımız əsrlərboyu mehriban şəraitdə yaşayır, işləyir, bir-birini dəstəkləyir, bir-birinə kömək edirlər. Ölkələrimizin müstəqil dövlətlər kimi təşəkkülünün bütün mərhələlərində biz həmişə bir-birimizi dəstəkləmişik. Bu gün həmin dəstək həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıqda hiss olunur. Fürsətdən istifadə edib Sizi və bütün qardaş türkmən xalqını Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 25 illiyi münasibətilə təbrik etmək istərdim. Türkmənistan bu illər ərzində böyük və şərəfli inkişaf, quruculuq yolu keçib. Bu yol türkmən xalqı qarşısında böyük perspektivlər açıb və Türkmənistana dünyada böyük hörmət qazandırıb. Türkmənistanın bitərəf ölkə kimi bütün dünya birliyi tərəfindən tanınması və Sizin yürütdüyünüz fəaliyyət xətti türkmən xalqının, habelə Sizin dostlarınızın və tərəfdaşlarınızın ümidlərinə və mənafelərinə tamamilə uyğundur. Biz qonşularınız və mehriban dostlarınız kimi Sizin uğurlarınıza həmişə sevinirik. Dəfələrlə Türkmənistanda olarkən həmişə ölkənizin çox sürətli, dinamik inkişafını görürəm. Bilirəm ki, dövlətinizin inkişafının bütün mərhələlərinə, o cümlədən şəhərsalma ilə bağlı məsələlərə Siz özünüz ciddi nəzarət edirsiniz. Keçən dəfə mən çox müasir idman qurğuları ilə də tanış olmaq imkanı əldə etdim. “Asiada”nın uğurla keçirilməsi münasibətilə Sizi təbrik etmək istərdim. Belə genişmiqyaslı idman yarışlarının keçirilməsi həm müasir infrastruktur, həm də təşkilatçıların peşəkarlığını, ustalığını tələb edir. Buna görə Sizi bu böyük beynəlxalq uğur münasibətilə bir daha səmimi-qəlbdən təbrik etmək istərdim.
Aşqabadın müasirləşməsini və inkişafını Sizin gözəl ölkəyə səfər edən hər kəs görür. Bu gün qardaş Türkmənistanın gücü və müasirliyi bunda da əks olunur.
Bizim ikitərəfli münasibətlərə gəldikdə, bu gün biz qarşılıqlı fəaliyyətimizin geniş gündəliyini bir daha nəzərdən keçirdik. Əməkdaşlığımızın strateji inkişafına sadiq qaldığımızı təsdiq etdik və bu gün imzalanmış sənədlər onsuz da çox geniş olan müqavilə-hüquq bazasını tamamlayır. Mənim Türkmənistana rəsmi səfərim zamanı 20-dən çox, bu gün isə 20-yə yaxın sənəd imzalanıb. Bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlərin təxminən yarısı deməkdir. Bu, onu göstərir ki, son ilyarım ərzində biz müqavilə-hüquq bazasının möhkəmlənməsi baxımından çox böyük yol keçmişik.
İmzalanmış sənədlər arasında dövlət başçılarının Birgə Bəyanatını xüsusi qeyd etmək istərdim. Bu sənəddə bizim niyyətlərimiz, dünyada, regionda vəziyyətə verdiyimiz qiymət və gələcəyə istiqamətlənməyimiz öz əksini tapıb. Mən, həmçinin hesab edirəm ki, Birgə Bəyanatın mühüm bəndlərindən biri ölkələrimizin ərazi bütövlüyünün, sərhədlərinin və suverenliyinin toxunulmazlığının bir daha dəstəklənməsi, eləcə də münaqişələrin beynəlxalq hüququn prinsipləri və ərazi bütövlüyü, sərhədlərin və suverenliyin toxunulmazlığı prinsipləri əsasında həllidir.
Şadam ki, iqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Bu gün biz nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik. Həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq. Bu gün bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, bu gün biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək. Təbii ki, qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcəyik.
Əlbəttə, biz enerji sektoru ilə bağlı məsələlər barədə də danışdıq. Burada da yaxşı nəticələr var, çoxdan əməkdaşlıq edirik. Biz bu istiqamətdə gələcək addımlar barədə də danışdıq. Xalqlarımızın etnik yaxınlığı, dillərimizin yaxınlığı, ortaq mədəniyyətimiz nəzərə alınmaqla, ölkələrimiz üçün humanitar əməkdaşlığın vacibliyini qeyd etdik.
Beləliklə, bugünkü görüşümüzün gündəliyi yetərincə məhsuldar olub. Ümumiyyətlə, biz çox fəal dialoq aparırıq. Keçən il prezidentlər həm Bakıda, həm də Aşqabadda görüşüblər. İnişil, qeyd etdiyim kimi, mənim rəsmi səfərim çox uğurlu olub. Mən qonaqpərvərliyə görə qardaş türkmən xalqına və Türkmənistan Prezidentinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Türkmənistan Prezidentinin budəfəki rəsmi səfəri əlaqələrimizin möhkəmlənməsi işində daha bir mühüm addım olacaq.
Türkmənistandakı qardaşlarımıza gələcəkdə də inkişaf, uğur, sülh və firavanlıq arzu etmək istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM