Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Koronovirus pandemiyasına qarşı qlobal mübarizə: Azərbaycan təcrübəsi” adlı iri həcmli məqaləsi 30-31 mart tarixlərində İordaniya Haşimilər Krallığının rəsmi dövlət saytı olan “Ammon news”, “Deeretna news”, “Alanbat news”, müstəqil saytları olan “Johina news”, “Nəbz”, Fələstinin dövlət saytı olan “Maan news”, “Əlhəyat Əljadida” və bu saytın qəzet versiyasında, habelə Misir Ərəb Respublikasının “Şəbab Əlnil“ və “Əlvəsilə news “ adlı saytlarında çap olunmuşdur.
Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin bütün dünyanı cənginə almış koronovirus pandemiyasına qarşı atdığı preventiv, proflaktik, ardıcıl və sistemli addımları təqdim və təhlil olunur. Burada qeyd olunur ki, ilk tədbirlər olaraq bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on mindən artıq Azərbaycan vətəndaşı vətənə qaytarılmışdır. Aviareyslərin sayı kəskin aşağı düşdü və demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir.
Məqalədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq etdiyi bəzi sosial izolyasiya, habelə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejiminin əhatə dairəsi və mahiyyəti açıqlanmışdır.
Məqalədə xüsusi olaraq vurğulanır ki, Prezident İlham Əliyevin 19 mart tarixində imzaladığı “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. “Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq”,-deyən Prezident Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsi nümunə göstərərək fonda bir illik əmək haqqlarını ianə etmişlər. Dövlət rəhbərliyinin bu unikal addımları ölkəmizdə geniş ictimai rezonans doğurmuşdur. Müxtəlif təşkilatlat, qurumlar, sahibkarlıq subyektləri, ictimaiyyət numayəndələri və ziyalılar bu prosesə böyük ruh yüksəkliyi ilə qoşulmuşlar. Hakim Yeni Azərbaycan Partiyası da bu işdə oncül mövqedədir. Hakim partiya Fonda 500 min manat civarında vəsait ianə etmişdir. Bundan savayı, YAP Naxçıvan Muxtar Respublikasında yaradılan anoloji Fonda 30 min manat vəsait köçürmüşdür.Paralel olaraq YAP fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası çərçivəsində operativ profilaktik və mübarizə tədbirlərinə qoşularaq maarifləndirmə işində fəallıq göstərirlər. Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun qeyd etdiyi kimi “Bu günə qədər YAP-ın könüllüləri 2500-dən çox tənha və ahılları ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmin aksiya bu gün də və bundan sonra da davam etdiriləcəkdir.
Məqalədə Prezident İlham Əliyevin martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” imzaladığı Sərəncam və onun əhatə dairəsi ilə bağlı görüləcək konkret sahələr də geniş təqdim olunmuşdur.
Elman Nəsirov məqalənin sonunda xüsusi olaraq vurğulayır ki, məhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti altında planetar bəlaya çevrilmiş koronovirus pandemioyasına qarşı aparılan çoxsaylı və sistemli tədbirlərin səmərəlilik əmsalı o halda lazımı nəticələri verə bilər ki, vətəndaş məsuliyyəti yüksək səviyyədə olsun. Dövlət-vətəndaş birliyi olsun. Həmrəyliyimiz, birliyimiz və məsuliyyətimiz bizim nicat yolumuzdur. Biz bu bəlaya da az itkilərlə qalib gələcəyik. Bunun üçün xalq-hakimiyyət birliyini göz bəbəyi kimi qorumalıyıq. Bu birlik Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı üçün hava-su kimi bacibdir. Qarşılıqlı şəfqət, qayğı və mərhəmət hissləri bizi bu qorxulu xəstəlik önündə güclü edir, əksi olan biganəlik, laqeyidlik məsuliyyətsizlik isə düşmənin-koronovirusun “dəyirmanına su tökmüş olur”. Butün yuxarıda sadalanan reallıqlar fonunda öz yorulmaz fəaliyyəti ilə xalqımızın qəlbində şəfqət və mərhəmət simvoluna çevrilmiş hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər birimiz üçün bir öyüd-nəsihət olan dəyərli fikirləıri xüsusi məna və əhəmiyyət kəsb edir: “Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır."
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM