Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə, digər idarə, müəssisə və təşkilatlara, habelə sahibkarlıq subyektlərinə müraciət edib.
Strategiya.az-ın xəbərinə görə, müraciətdə bildirilir ki, ölkədə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq əlilliyi olan şəxslərin hüquqlarının təmini və sosial müdafiəsiistiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, onların pensiya, sosial müavinat və təqaüdlərinin verilməsində ləngimə hallarına rast gəlinmir: "Hazırda Azərbaycanda mövcud epidemioloji vəziyyətlə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq, Ombudsmanın Aparatında və regional mərkəzlərində vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, hər bir kəs, o cümlədən əlilliyi olan şəxslər poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə 24 saat ərzində xidmət göstərən "qaynar xətt" (0503709896 və 012916) vasitəsi ilə Müvəkkilə müraciət edə bilirlər.
Müraciətdə həmçinin qeyd olunur ki, Müvəkkil COVID-19 infeksiyası ilə bağlı vəziyyət nəzərə alınmaqla əlilliyi olan məhkumların da şərti olaraq vaxtından əvvəl azad edilməsi təklifi ilə çıxış edib, həmin şəxslərin sənədlərinin məhkəməyə təqdim olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət də edib: "Xüsusi karantin rejiminin tətbiq olunduğu hazırkı dövrdə əhalinin sosial cəhətdən həssas qruplarından biri kimi əlilliyi olan şəxslərin infeksiya əleyhinə vasitələrə (tibbi spirt, maska və əlcək), müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin müayinə, müalicə və reabilitasiya xidmətlərinə, zəruri dərman pereparatlarına, komunal xidmət xərclərinin ödənilməsində onlar üçün güzəştlərin edilməsinə, infeksiyadan qorunma üsulları və sosial izolyasiya tədbirlərləri ilə bağlı ətraflı informasiya əldə etmələrinə və s. daha çox ehtiyacları var".
Ombudsman aztəminatlı ailədən olan, habelə özünəqulluq qabiliyyəti olmayan və tənha yaşayan əlilliyi olan şəxslərin mütəmadi olaraq infeksiya əleyhinə vasitələrlə (tibbi spirt, maska və əlcək) təmin edilməsini, müxtəlif xəstəliklərdən əziyyət çəkən əlilliyi olan şəxslərin səyyar formada müayinə, müalicə və reabilitasiya xidmətlərinə cəlb edilməsini, dispanser qeydiyyatında olmaqla əlilliyi olan, habelə risk qrupuna düşən müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərin yaşayış yeri üzrə zəruri dərman pereparatları ilə təcili olaraq təmin olunmasını, əlilliyi olan şəxslərə kommunal xidmət xərcləri ilə bağlı təcili olaraq müvafiq güzəştlərin tətbiq edilməsini, yaşayış yeri olmayan əlilliyi olan şəxslər müəyyən edildikdə onların dərhal Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi ilə bağlı təcili tədbirlərin görülməsini, koronavirus infeksiyası ilə mübarizə üzrə qəbul edilən qərarlar, təklif və tövsiyələr, habelə, infeksiyadan qorunma üsulları barədə məlumatların əlilliyi olan şəxslərə, o cümlədən görmə və eşitmə məhdudiyyətli insanlara əlçatımlılığının təmin edilməsi məqsədilə müvafiq formatda (tiflo və surdo şərhlə) televiziya verilişlərinin, habelə onlayn proqramların yayımlanması və bu mövzuda Brayl əlifbası ilə bukletlerin çap edilməsini, pensiya, müavinət, təqaüd kartlarının vaxtı bitən əlilliyi olan müştərilərin kartlarının müvafiq banklar tərəfindən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində xüsusi karantin rejimi müddətinə uzadılmasını, sahibkarlıq subyektlərinin mövcud vəziyyəti nəzərə alaraq əlilliyi olan işçilərinə diqqət və dəstəyinin artırılmasını təklif edib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM