Parlamentdə təmsil olunan siyasi partiyalar bəyanat yaydı

12:37 / 17.04.2020

Azərbaycan Respublikasınını Milli Məclisində təmsil olunan siyasi partiyalar COVID-19 pandemiyasının qarşısının alınması və sosial-iqtisadi fəsadlarının aradan qaldırılması tədbirləri ilə əlaqədar bəyanat imzalayıblar.

Sənəddə deyilir:

"Biz, bu bəyanatı imzalayan siyasi partiyalar COVID-19 pandemiyasının bütün dünyada tuğyan etdiyi, yüz minlərlə insanın həyatını itirdiyi, pandemiyanın nəticəsində son onilliklərin ən dərin böhranının meydana gəlməsi təhlükəsinin yarandığı, sosial və iqtisadi həyatın çox ciddi təsirlərə məruz qaldığı, pandemiyanın fəsadlarının Azərbaycanda da özünü göstərdiyi bir zamanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, meydana çıxan sosial-iqtisadi problemlərin aradan qaldırılması sahəsində ölkəmizdə həyata keçirilən kompleks və qabaqlayıcı tədbirlərin əhəmiyyətini və onların müsbət nəticələrinin əldə olunmasında siyasi partiyaların məsuliyyətini dərk edərək, milli birliyin və həmrəyliyin daha da möhkəmləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq, aşağıdakıları bəyan edirik:

1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü ilə və rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən həyata keçirilən:

a) COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirləri;
b) virusa yoluxma hallarının və təhlükəsinin azaldılması məqsədilə hərəkətin məhdudlaşdırılması və xüsusi karantin rejiminin tətbiqini;
c) xəstəliyə yoluxanların müalicəsinin təşkili ilə əlaqədar operativ və kompleks işləri;
d) sərhədlərin bağlanması nəticəsində xarici ölkələrdə qalmış çoxsaylı Azərbaycan vətəndaşlarının, o cümlədən xaricdə təhsil alan tələbələrin dövlət hesabına vətənə qaytarılmasını;
e) əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində əlavə tədbirləri;
f) aztəminatlı ailələrin üzvləri olan və ödənişli təhsil alan tələbələrin pandemiyaya qarşı mübarizə dövründə təhsil haqqını ödəməkdən azad edilməsini;
g) pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlər nəticəsində əmək fəaliyyətini dayandırmış işçilərin sosial müdafiəsi ilə əlaqədar dövlət dəstəyi proqramını;
h) fəaliyyətini müvəqqəti dayandırmış kiçik və orta sahibkarlara dəstək çərçivəsində həyata keçirilən layihələri;
i) iqtisadiyyatın bütün sahələrinin pandemiyanın mənfi təsirindən qorunması istiqamətində çoxşaxəli proqramların işlənib hazırlanmasını;
j) makroiqtisadi sabitliyin qorunması yönündə görülən kompleks tədbirləri;
k) pandemiyaya qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün böyük həcmdə dövlət vəsaitinin ayrılmasını;
l) COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə əhalinin səfərbər olunmasını, o cümlədən "Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun təsis edilməsini;
m) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş yaşı 65-dən yuxarı olan 176 nəfərin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə əfv olunmasını müsbət qiymətləndiririk.

2. Təmsil olunduğumuz təşkilatların üzvlərini:

a) hökumətin həyata keçirdiyi zəruri və təxirəsalınmaz qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə etimadla yanaşmağa, müəyyən edilmiş karantin rejiminə tam riayət etməyə;
b) koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində sosial məsuliyyət nümayiş etdirməyə;
c) pandemiyaya qarşı mübarizənin vacib şərti olan milli birlik və həmrəylik çağırışlarına qoşulmağa;
d) təşkilat vəzifələrinin yerinə yetirilməsi məqsədilə istənilən toplantılardan imtina etməyə, partiyadaxili fəaliyyətdə və ünsiyyətdə yalnız müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməyə səsləyirik.

3. Əhali arasında təşviş yaratmaq məqsədilə sosial şəbəkələrdə koronavirus xəstəliyi ilə əlaqədar şaiyələrin, təxribat xarakterli məlumatların yayılmasını qətiyyətlə pisləyir və müvafiq səlahiyyətli orqanlar tərəfindən belə hallara qarşı qanun çərçivəsində ən ciddi tədbirlərin görülməsini xahiş edirik.

4. Xarici ölkələrdə yerləşdirilmiş və şübhəli məqsədlərə xidmət göstərən sosial media vasitələrində hökumətin COVID-19 pandemiyasının qarşısının alınması sahəsində tədbirlərinə etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da əhalinin sağlamlığının qorunması vəzifələrinin yerinə yetirilməsinə bilərəkdən ziyan vuran təbliğatı qətiyyətlə pisləyir, bu cür təhlükəli antiazərbaycan təbliğatına son qoyulmasını tələb edirik.

5. Koronavirusla mübarizə sahəsində zəruri məhdudlaşdırıcı tədbirlərin tərkib hissəsi kimi xüsusi karantin rejiminin tətbiq edilməsinin və onun insanların sağlamlığına ciddi təhlükə yaradılmasına səbəb olan kobud qanun pozuntusuna görə sanksiyalar tətbiq edilməsinin bəzi qruplar tərəfindən bilərəkdən siyasiləşdirilməsini yolverilməz hesab edirik.

6. Koronavirus xəstəliyinin yaratdığı indiki durumdan siyasi təbliğat məqsədləri üçün istifadə olunmasına, pandemiyanı siyasi mübarizə alətinə çevirmək, pandemiyadan milli maraqlardan uzaq, dar siyasi niyyətlər naminə faydalanmaq cəhdlərinə qəti etirazımızı bildirir, bu cür cəhdləri siyasi mədəniyyət və etika normaları ilə bir araya sığmayan hərəkət kimi qiymətləndiririk.

7. Bütün siyasi partiyaları, ictimai təşkilatları və vətəndaş cəmiyyəti qurumlarını COVID-19 pandemiyasının və onun yarada biləcəyi sosial-iqtisadi nəticələrin tezliklə aradan qaldırılması naminə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirləri dəstəkləməyə, həmin tədbirlərin uğurla həyata keçirilməsinə öz imkanları daxilində kömək göstərməyə dəvət edirik.

Yeni Azərbaycan Partiyası

"Ana Vətən” Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Böyük Quruluş Partiyası

Demokratik İslahatlar Partiyası

Demokratik Maarifçilik Partiyası

Vəhdət Partiyası

Vətəndaş Birliyi Partiyası".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM