Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

10:57 / 19.04.2020

Azərbaycanda koronavirusun yayılmasına qarşı görülən tədbirlər, bu virusa yoluxanların müalicəsi, eləcə də əhaliyə göstərdiyi diqqət və qayğıya görə ölkənin müxtəlif yerlərindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

Məktublardan bir neçəsini təqdim edirik

 

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Biz idmançılar Sizin apardığınız daxili və xarici siyasəti tam dəstəkləmişik və dəstəkləyəcəyik. Sizi dəstəkləməyimizin səbəbi Azərbaycan xalqının xoşbəxt və firavan yaşaması, həmçinin sağlamlığımızın qorunması üçün yorulmadan çalışmağınızdır. Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsinin nəticələridir. Bu uğurlu siyasətin davamlı olması üçün Sizin kimi dövlət başçısına çox ehtiyacımız var. Sizin yüksək vətənpərvərliyiniz, xalqımıza bağlılığınız, möhkəm iradəniz, uzaqgörən dövlət xadimi olmağınız, həyata keçirdiyiniz layihələrin və apardığınız islahatların xalqımızın maraqlarına xidmət etməsi bizləri sevindirir və gələcəyə ümidlərimizi daha da artırır.

Cənab Prezident, 2018-ci ilin idman sahəsində yekunları ilə bağlı Milli Olimpiya Komitəsində keçirilən hesabat tədbirində Siz mənə Bakı şəhərində 2 otaqlı mənzil hədiyyə etmisiniz. Bu, bizim ailəyə müstəsna kömək olmaqla yanaşı, idmançılara verilən böyük dəyərdir. Siz Azərbaycan kimi böyük bir ailəyə başçılıq edir, bu ailənin heç bir üzvünü unutmursunuz. Bütün dünyanın ağır pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların – işsizlərdən tutmuş sahibkarlara qədər hər kəsin payı var. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Biz idmançılar Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq. Çünki, Sizin dediyiniz kimi, "Biz birlikdə güclüyük!”.

Dərin hörmətlə,

7 qat dünya və Avropa çempionu Musayev Rüstəm Vaqif oğlu

Azərbaycan Respublikası, Şamaxı şəhəri.

 

18 aprel 2020, 16:20

Əjdər Abbasovdan,Ucar, Azərbaycan

 

Möhtərəm cənab Prezident.

Siz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanındasınız. Sizin ölkəmizi COVID-19 pandemiyasından qorumaq üçün atdığınız addımlar bütün xalq tərəfindən dəstəklənir. Bu çətin günlərdə xalqımıza arxa-dayaq olduğunuz üçün Sizə minnətdarıq.

Mən şəkər xəstəsi və 1-ci qrup gözdən əlil, həmçinin təqaüdçüyəm. Sizin qayğınız nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanmış sosial paketlərdən bütün təbəqələrdən olan insanlar kimi, bizim ailəyə də pay düşüb. Evimdə pulsuz dərman və zəruri tibbi ləvazimat ilə təmin olunmuşam.

Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə, tənhalara, qocala, pensiyaçılara göstərdiyiniz köməyə görə ağsaqqallar, yaşlı insanlar və təqaüdçülər adından Sizə təşəkkür edirəm. Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirəm.

Hörmətlə,

Abbasov Əjdər Abbas oğlu.

Azərbaycan Respublikası, Ucar rayonu, Alpout kəndi.

 

18 aprel 2020, 16:30

Sabir Novruzovdan,Kürdəmir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bütün dünyada koronovirus pandemiyasının hökm sürdüyü bir zamanda Siz xalqımızı bu bəlanın fəsadlarından uğurla qoruyursunuz. Sizin uğurlu siyasətinizin nəticəsində bu pandemiyanın ölkəmizə təsirləri minimuma endirilib.

Möhtərəm cənab Prezident, hər bir vətəndaşınızın, xüsusən də yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi, biz ağsaqqallarda da böyük qürur hissi yaradır, Sizin daim xalqımızın yanında olduğunuzu sübut edir. Hazırda respublikamızın bütün ağsaqqalları, yetişməkdə olan gənc nəsil yekdilliklə bu fikirdədirlər ki, Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanın vətənpərvər, mərhəmətli, qətiyyətli və müdrik rəhbərisiniz.Qəbul etdiyiniz hər bir humanist qərarda xalqı düşünürsünüz, daim xalqımızın yanındasınız və həyata keçirdiyiniz siyasətdə, verdiyiniz qərarlarda bu hər zaman özünü göstərir. İnanırıq ki, bu çətin günlərimiz geridə qalacaq. Sizə məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqı Sizinlə güclüdür. Biz Sizə güvənirik və Sizin yanınızdayıq.

Dərin hörmətlə,

Kürdəmir rayon Ziyalılar Cəmiyyətinin sədri Novruzov Sabir Əlibəy oğlu

Azərbaycan Respublikası, Kürdəmir rayonu.-

 

18 aprel 2020, 18:00

Sənani İsgəndərovdan,Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.

Siz bizləri - şəhid ailələrini, məcburi köçkünləri həmişə hər cür diqqət və qayğı ilə əhatə etmisiniz. İndiki qayğılı günlərdə bu diqqət daha da artıb. Qarabağ müharibəsi əlilləri, aztəminatlı ailələr də dövlətin dəstəyindən yararlanır, maddi yardımlar alırlar.

Ailəmiz karantin rejiminin bütün tələblərinə əməl edir, lakin heç nədən korluq çəkmir. Çünki arxamızda Siz və dövlətimiz dayanıb.

İnanırıq ki, qəbul etdiyiniz qərarlar xalqımızı qısa müddət ərzində pandemiya bəlasından xilas edəcəkdir.

Hörmətlə,

İsgəndərov Sənani, Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

 

 

18 aprel 2020, 15:20

Gülnar Hüseynovadan,Gəncə, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Nə yaxşı ki, Siz bizim ölkəmizin – Ulu Öndərimizin memarı olduğu müasir Azərbaycanımızın rəhbərisiniz. Nə yaxşı ki, bu çətin anlarda bizim arxamızdasınız, güvən yerimizsiniz. Burada bir deyim yada düşür: "Yaxşı ki, dünyada yaxşı var imiş, yoxsa tərk olardıq yaman əlindən”. Çətin anlarda, xalqın ağır günlərində onun yanında olmaq, onun taleyini düşünərək qabaqlayıcı tədbirlər görmək - bütün bunlar Sizə xas olan xüsusiyyətlərdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətində o qədər yaxınlıq, istilik duyulurdu ki, sanki ana qayğısı, bacı mərhəməti, nənə şəfqəti idi.

Mən bir sadə vətəndaş, bir müəllim olaraq bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Hüseynova Gülnar Müşviq qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

 

18 aprel 2020, 15:40

Nurcamal Əsgərovadan,Mingəçevir, Azərbaycan

 

Çox hörmətli Prezident.

Ölkəmizdə aparılan işlər, görülən tədbirlər bir vətəndaş olaraq bizi qürurlandırır.Biz əminik ki, Azərbaycan xalqının sağlamlığının qorunması sahəsində apardığınız məqsədyönlü tədbirlər tezliklə ölkəmizin koronavirus xəstəliyindən qurtulmasına imkan verəcəkdir. Bu sahədə aparılan işlər Sizin birbaşa rəhbərliyiniz və tapşırıqlarınızla həyata keçirilir. Siz hər bir vətəndaşın sağlamlığını düşünürsünüz.Sizin göstərişlərinizlə görülən bütün tədbirlər hər bir vətəndaşın sağlamlığının təmin olunmasına xidmət edir.Biz bunu yaxşı başa düşürük və bu mübarizədə daim Sizinlə həmrəyik.

Cənab Prezident, bu yolda Sizə uğurlar, cansağlığı arzu edirik. Ulu Tanrı Sizi qorusun.Biz hər zaman Sizinləyik.

Hörmətlə,

Əsgərova Nurcamal Nurəddin qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

 

18 aprel 2020, 15:50

Sevil İbrahimovadan,Şəki, Azərbaycan

Hörmətli Prezidentim.

Sizin dövlətimiz üçün apardığınız islahatlar, xarici siyasətiniz və xalqımızın rifahı naminə gördüyünüz işlər bizim tərəfimizdən həmişə alqışlanmışdır. Bu gün isə bu çətin vəziyyətdə xalqımızın pandemiyadan qorunması naminə gördüyünüz qabaqlayıcı tədbirlər Sizin nə qədər uzaqgörən və millətini sevən bir rəhbər olduğunuzu bir daha göstərdi. Biz Sizinlə fəxr edirik və qürur duyuruq.

Dərin hörmətlə,

İbrahimova Sevil Fərrux qızı

Azərbaycan Respublikası, Şəki şəhəri.

 

18 aprel 2020, 16:10

Bahar Hacıyevadan,Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyanı cənginə alan COVİD-19 pandemiyası, təəssüf ki, Azərbaycandan da yan keçmədi. Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunmuş, qısa zaman ərzində əhalinin qorunması ön plana çəkilmişdir.Ulu öndər Heydər Əliyevin siyasətini qoruyub saxladığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.Ulu Tanrı Sizi və ailənizi qorusun.Əminik ki, gələcəkdə də bütün addımlarınızı xalqın rifahı naminə atacaqsınız.Sizə sonsuz təşəkkür edirəm.Biz Sizinlə fəxr edirik.Sizə və ailənizə möhkəm cansağlığı arzu edirik.

Dərin hörmətlə,

Hacıyeva Bahar Ənvər qızı

Azərbaycan Respublikası, Şəmkir rayonu, Zəyəm qəsəbəsi

18 aprel 2020, 16:50

Aysel Əliyevadan,Bakı, Azərbaycan

Çox hörmətli Prezidentimiz.

Sizə və ailənizə cansağlığı arzu edirəm. Çox sağ olun ki, bu çətin günlərdə bizlərə dəstəyinizi əsirgəmirsiniz. İşə çıxmasaq belə əməkhaqlarının ödənilməsi, səhiyyə işçilərinə böyük dəstəyiniz, tələbələrin təqaüd və təhsil haqlarının ödənilməsi, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün edilən maddi yardımlara görə bütün gənclər adından Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizləri, övladlarınızı, gözəl nəvələrinizi qorusun. Mən Sizi çox istəyirəm.Siz çox yaxşı insan və dövlət başçısısınız.

Dərin hörmətlə,

Əliyeva Aysel Nazim qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi.

 

18 aprel 2020, 17:00

Saleh İsrafilovdan,Lənkəran, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün Sizin rəhbərliyinizlə görülən ardıcıl və məqsədyönlü tədbirlər Qarabağ müharibəsi əlili olaraq məni çox sevindirir. Ölkəmizdə və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən bu tədbirlər Sizin uğurlu siyasətinizin mərkəzində insan amilinin, insana və vətəndaşa yüksək qağının dayandığını əyani şəkil sübut edir.

Əziz Prezidentimiz, xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin 1990-cı illərdə müstəqilliyimizi, dövlətçiliyimizi, xalqımızı faciələrdən qoruduğu kimi, Siz də bu gün xalqımızı çox böyük bəladan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız.

Çox hörmətli Prezidentimiz, inanırıq ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımız bu bəladan da uğurla çıxacaqdır. Gördüyünüz misilsiz işlərə görə Sizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi, ölkəmizin daha da inkişafı yolunda biz - müharibəsi veteranları daim Sizinləyik. Uca Allah Sizi qorusun.

Dərin hörmətlə,

İsrafilov Saleh Gülağa oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri.

 

18 aprel 2020, 17:10

Gülarə Verdiyevadan,Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Hazırda dünyada tüğyan edən koronavirus epidemiyası bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Lakin Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər həm iqtisadiyyatımızın, həm də maliyyə sistemimizin böhrandan xilas olmasına, eləcə də xalqımızın bu pandemiyadan maksimum qorunmasına gətirib çıxarıb. Nəhəng dövlətlərin virus qarşısında aciz qaldığı, vətəndaşını qoruya bilmədiyi bir zamanda məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsində bizlər çox arxayınıq və rahatlıqla öz həyatımızı yaşayır, pandemiyadan maksimum şəkildə qorunur, daha az zərər görürük. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün ölkəmizdə münbit şərait yaradılıb.

Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Hər bir vətəndaşımız Sizin nəcib və nümunəvi addımınza həmrəylik göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirib ölkəmizin bu böyük bəladan qurtulması, eləcə də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir.

Möhtərəm cənab Prezident, bizim rahatlığımız və sağlamlığımız üçün verdiyiniz hər bir qərarda vətəndaşlarımızın sosial vəziyyətini düşündüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Verdiyeva Gülarə Eyvaz qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.

18 aprel 2020, 17:20

Mirkamal Zeynallı və Rəmayə Zeynallıdan,Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yeni növ koronovirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, vaxtında atılan addımlara, insanların sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarıq.Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı ilə bunu bir daha nümayiş etdirdiniz.Biz Zeynallılar ailəsi gördüyünüz bütün işlərə, ölkəmiz və xalqımız üçün göstərdiyiniz tarixi xidmətlərə görə Sizə və Birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımızı bildiririk.Allah Sizləri qorusun, cənab Prezident.

Dərin hörmətlə,

Zeynallı Mirkamal Mirdamət oğlu

Zeynallı Rəmayə Hüseyn qızı

Azərbaycan Respublikası, Saatlı rayonu.-

 

18 aprel 2020, 17:30

Şəhriyar Əhməddən,Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün dünya gözlə görünməyən düşmənlə üz-üzədir.Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib və iflic vəziyyətinə salıb.

Cənab Prezident, Azərbaycan əhalisini koronavirus təhlükəsindən qorumaq üçün Siz ilk gündən etibarən çevik qərarlar qəbul etdiniz və qabaqlayıcı tədbirlər gördünüz. Sizin çox uzaqgörən, mühüm və düşünülmüş qərarlarınız bizi bu gün faciə ilə üzbəüz qalan və ondan əziyyət çəkən inkişaf etmiş ölkələrin taleyindən xilas etdi. Həmişə olduğu kimi, bu ağır dövrdə də Siz sadə vətəndaşların yanındasınız və öz qayğınızı heç kimdən əsirgəmirsiniz. Biz Sizə inanırıq.

Biz əminik ki, koronavirusa qarşı mübarizədə Sizin qəbul etdiyiniz həlledici qərarlar insanlarımıza bu bəladan az itkilərlə qurtulmağa yardım edəcək. Biz buna görə Sizə minnətdarıq. Məsuliyyətli işinizdə Sizə səbir və qüvvət arzulayırıq.

Allahdan Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzu edirəm. Azərbaycan xalqı daim Sizinlədir. Biz Sizi çox sevirik.

Hörmətlə,

Əhməd Şəhriyar.

Azərbaycan Respublikası, Xaçmaz rayonu.

 

·

 

·

18 aprel 2020, 17:40

Şəfəq Bayramova və Fəqani Qənbərovdan,Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident.

Sizin gördüyünüz bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı Sizin üçün hər şeydən üstündür. Bunu hər bir Azərbaycan vətəndaşı görür və qiymətləndirir.

Siz Azərbaycanın milli-mənəvi və tarixi dəyərlərini, ənənələrini yaşatmaqla xalqımızın çoxəsrlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrini də təbliğ edirsiniz.

Tərəfinizdən koronavirus pandemiyasının qarşısının alınması üçün görülən bütün tədbirləri alqışlayır və dəstəkləyirik. Biz Sizinlə güclüyük.

Hörmətlə,

Bayramova Şəfəq

Qənbərov Fəqani

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Qaraqollar kəndi.

18 aprel 2020, 17:50

Cabir Allahverdiyev və Cəmil Hacıyevdən,Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.

Tapşırığınıza əsasən koroinavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində həssas təbəqəyə xüsusi diqqət yetirilməsi bizim heç bir halda tək olmadığımızı göstərir. İndiki şəraitdə bizə sahib çıxdınız, bütün təbəqələrə dəstək verdiniz, hamıya kömək etdiniz. Bu qayğının və qətiyyətli mövqeyinizin sayəsində xalqımız bütün çətinliklərin öhdəsindən uğurla gələcək.

Sizin çağırışlarınıza cavab olaraq xalqımız əsrlər boyu yaratdığı gözəl ənənələri bu gün nümayiş etdirir. Həkimlərimiz, polislərimiz səfərbər olub gecə-gündüz çalışır, bütün bölgələrdə hamı birləşib aztəminatlı ailələrə yardım edir. Hər gün aldığımız xəbərlər zəhmətinizin səmərə verəcəyindən, yaxın günlərdə çətinliyin arxada qalxacağından xəbər verir.

İstirahət etmədən çalışdığınıza görə Sizə minnətdarlığımızı bildirir, yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Allahverdiyev Cabir Əsgər oğlu

Hacıyev Cəmil Allahverən oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM