Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete və Alban-udi icmasının rəhbəri Robert Mobili Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıblar. Məktubda deyilir:
“Bir Olan Yaradanın adı ilə.
Möhtərəm cənab Prezident.
Biz, Azərbaycanda yaşayan dini konfessiya rəhbərləri ölkəmizin din xadimlərinin və dindarların iradəsini, həmçinin çox sayda müraciətlərini nəzərə alaraq, Sizə - Azərbaycan xalqının ümummilli rəhbərinə və Birinci vitse-prezident Mehriban xanıma bu çətin dönəmdə həyata keçirdiyiniz böyük işlərə, nümayiş etdirdiyiniz xüsusi diqqətə, səmimi müraciətlərinizə, xalqa ünvanlı maddi-mənəvi dəstəyə görə dərin minnətdarlığımızı ifadə edirik. Bu, bizim dini rəhbərlər olaraq mənəvi borcumuzdur və biz bunu təmsil etdiyimiz dini icmalar adından böyük məmnuniyyətlə bəyan edirik.
Zati-aliləri, dünyanın mürəkkəb dövr yaşadığı, həyatın bütün sahələrində gərgin imtahanlardan keçdiyimiz bir zamanda biz yenə də Sizin şəxsiyyətinizin və dövlət xadimi olaraq əzəmətinizin şahidi olduq. Koronavirus bəlasının qarşısının alınmasında misilsiz əməyinizlə Zati-aliniz Azərbaycan xalqının yenilməz lideri, ümummilli dövlət xadimi kimi nəzərimizdə bir daha ucaldınız. Ulu Yaradanın lütfü ilə Siz insanlara ümid bəxş edən, həyatları xilas edən qəhrəman Vətən övladı timsalında xalqın qəlbində yer almısınız.
Möhtərəm cənab Prezident, bütün səmavi dinlərdə bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etmək qədər yüksək dəyərləndirilir. Uca Yaradanımıza xoş gedən bu missiyanın reallaşması baxımından Sizin hər bir vətəndaşımızın həyatının qorunması uğrunda gecəli-gündüzlü mübarizə aparmağınız, öz nümunənizlə hamımızın birlikdə güclü olduğumuzu nümayiş etdirməyiniz tarixə həkk olundu. Dünyanın aparıcı dövlətlərinin belə qibtə edəcəyi çeviklik, operativliklə ərsəyə gələn yeni xəstəxanalar, ölkəyə gətirilən tibbi qurğular və zamanında verdiyiniz dəyərli qərar və sərəncamlar sayəsində cəmiyyətimiz səfərbər edildi və Azərbaycanda xəstəlik üzərində qalibiyyətin bünövrəsi qoyuldu. Azərbaycanda koronavirusa yoluxma hallarının aşağı səviyyəsi, sağalanların daha çox sayda olması görülən böyük işlərin, davamlı və gərgin zəhmətlərin nəticəsidir. Həmçinin Zati-alinizin COVID-19 pandemiyası ilə mübarizəyə beynəlxalq müstəvidə dəstəyi, müvafiq qurumlara, dünya birliyi ölkələrinə humanitar yardımı ölkəmizin ümumbəşəri bəla ilə mübarizədə real iştirakının bariz nümunəsi, bəşəri yardımlaşmaya gözəl örnəkdir. Zati-alinizin Azərbaycan həkimlərinin fədakar əməyinə verdiyi yüksək dəyərə biz də qoşulur, hökumətimizin, bütün aidiyyəti dövlət qurumlarının zəhmətlərini təqdirəlayiq qiymətləndiririk. Əminik ki, Sizin rəhbərliyinizlə görülən misilsiz tədbirlər, bu mürəkkəb dövrdə iqtisadi islahatların davam etdirilməsi yönündə səyləriniz, sosial rifaha dair addımlarınız və ən əsası, xalq-dövlət birliyi sayəsində Azərbaycan bu sınaqdan tezliklə uğurla çıxacaq.
Möhtərəm cənab Prezident, biz, Azərbaycanın dini konfessiya rəhbərləri, təmsil olunduğumuz dünya dini liderlərinin nüfuzlu platforması olan Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin çoxsaylı üzvlərinin də iradəsini ifadə edərək, Zati-alinizin uzun illər ərzində ümumbəşəri əhəmiyyətli səmərəli fəaliyyətini, ələlxüsus pandemiya dövründə bəşərin qorunması yönündə milli və qlobal müstəvidə atdığınız addımları təqdirəlayiq hesab edir, Sizi dünya miqyaslı lider və Azərbaycan millətinin qəhrəman oğlu kimi dəyərləndiririk.
Möhtərəm cənab Prezident, biz bir daha Sizin ümumbəşəri bəla ilə fövqəladə mübarizənizə öz dəstəyimizi ifadə edirik. Dünya yəhudiləri üçün önəmli bayram olan Pesax, dünya xristianlarının müqəddəs Pasxa bayramı münasibətilə Sizin və hörmətli Mehriban xanımın səmimi təbriklərinə görə dərin minnətdarlığımızı bildiririk. Uca Rəbbimizdən istəyimiz budur ki, Sizin siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyiniz fövqəladə işlər, xalqa bəxş etdiyiniz böyük ümid və dayaq Vətənimiz Azərbaycanın hər sahədə zəfərini təmin etsin, ölkəmizin tezliklə virus təhlükəsindən qurtulmasına rəvac versin. Dünya müsəlmanlarının mübarək Ramazan ayı ərəfəsində böyük ehtiram hissi ilə Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar arzulayır, Uca Allahdan hər zaman yardımçınız olmasını diləyirik. O Bir Olan Yaradanımız Azərbaycan xalqını və bütün bəşəriyyəti hifz etsin! Amin!”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM