Rus virusoloq, akademik Feliks Yerşov koronavirus ilə bağlı çoxlarını maraqlandıran sualları cavablandırıb.
Akademikin Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edirik:
-COVID-19-la 1918-ci ildə baş verən İspan qripi tez-tez müqayisə olunur. Sizcə, koronavirusun təsiri nə qədər ağır olacaq?
- İnanıram ki, koronavirus pandemiyası viral epidemiyaların yayılması qanunlarına görə davam edir. XX əsrin əvvəllərində SARS, MERS infeksiyası, qrip, parainfluenza və rinovirusdan sonra yayılma baxımından beşinci yerdə idi. Koronavirusa əsasən uşaqlarda rast gəlinirdi, amma ciddi şəkildə davam etmədi. Ölüm halları istisna idi. 2002-ci ildə Çində SARS geniş vüsət aldı, 2013-cü ildə isə cənub-şərqdə peyda oldu. O infeksiyalar öz dövrünü başa vurdu və sona çatdı. İndi bütün bunlar demək olar ki, unudulub. Cari koronaviruslarsa yüksək yoluxucu xəstəlikdir. Xoşbəxtlikdən, onlardan ölüm səviyyəsi aşağı olaraq qalır. İtaliya hamını qorxutdu, ancaq Çin bu yaxınlarda sərt karantin sayəsində problemin öhdəsindən gəldi.
-Hansı profilaktik tədbirlərin görülməsini effektiv hesab edirsiniz: tibbi maskalar kömək edirmi, antiseptik istifadə etmək lazımdırmı, antiviral dərmanlar almağın mənası varmı?
- Məncə, maskalar faydasızdır. Bunlar psixoloji sakitliyə görə lazımdır. Uşaqlar və böyüklər üçün əsas tövsiyələr artıq məlumdur: əl gigiyenası, əlinizi üzünüzə vurmayın. Araşdırmalarsa göstərir ki, insan bir saatda 20 dəfə üzünə toxunur. Quru salfetlərə öskürün və ya asqırın, onları dərhal zibil yeşiyinə tullayın. Salfet yoxdursa, qolunuzla ağzınızı tutun. Lift düymələrinə, qapı tutacaqlarına və digər səthlərə əlinizlə toxunmamağa çalışın, yaxud dezinfeksiyaedici məhlullarla silin. Burun boşluğunu təmizləmək və boğazı yumaq üçün duzlu sudan istifadə edilə bilər: bir stəkan suya 3 çay qaşığı duz əlavə edib qarışdırın. Otaqdakı rütubəti 40-60 faiz səviyyəsində saxlayın, otağı tez-tez havalandırın. Xatırlamaq lazımdır ki, koronavirus müxtəlif materiallarda uzun müddət qala bilər - bir neçə saatdan bir neçə günə qədər.
-Yeni tip koronavirusu adi qrip və SARS-dan ayırmaq üçün xüsusi simptomlar varmı?
- Koronavirus kəskin respirator infeksiyalar ailəsindən olan yüksək dərəcəli patogenlərdir. Mövsümi SARS tipik nümunəsindən fərqli olaraq, yüksək patogen ştammlar ciddi xəstəliklərə səbəb olur, çünki insan bədəninə daxil olduqdan dərhal sonra I tip interferonların sıxışdırılması da daxil olmaqla anadangəlmə immun sisteminə qarşı təsir mexanizmini işə salırlar.
Xəstənin özü koronavirus diaqnozunu təyin edə bilməyəcək. Bununçün həkimə müraciət etmək lazımdır.
Ancaq ilk simptomlar bunlardır: qızdırma, quru öskürək, təngənəfəslik, ishal sindromu, artan yorğunluq və əzələ ağrısı. Bu əlamətlər varsa, ünsiyyəti kəsin, xüsusilə uşaq və yaşlılarla. Daha sonra həkim çağırmaq lazımdır.
COVID-19-un yüngül formalarının mövsümi SARS ilə oxşarlığını nəzərə alaraq, etioloji diaqnozu təsdiqləməzdən əvvəl, Rusiya Səhiyyə Nazirliyi terapiyanın sxemlərinə mövsümi SARS müalicəsi üçün istifadə olunan dərmanların daxil olunmasını tövsiyə edir. Məsələn, interferon alfa intranazal formaları, interferon induktor preparatları, həmçinin antiviral dərmanlar.
-COVID-19-a qarşı peyvənd ən tez nə zaman hazırlana bilər?
- Peyvəndlərin hazırlanması hazırda Rusiyada, ABŞ və Çində intensiv şəkildə aparılır. Xəstəlik sönməzdən əvvəl bunun hazırlanması vacibdir. Peyvənd tapılana qədər kütləvi immunitetin qazanılması sayəsində xəstəliyə qarşı "təbii peyvənd” meydana gələcək. Nəticə etibarı ilə xəstəliyi yüngül keçirəcəksiniz. Məsələn, uşaqlar indi xəstəliyi demək olar ki, heç bir simptom olmadan və ya yüngül formada keçirirlər.
-Fikrinizcə, yeni tip koronavirus xəstəliyi nə vaxt azalacaq?
- Məncə, yaya doğru azalacaq.
-Uzun illər virusologiya ilə məşğul olmusunuz, viruslara qarşı mübarizədə bədənin təbii müdafiə rolunu öyrənmisiniz. İmmun sisteminin viral xəstəliklərə yoluxma ehtimalını azaltmaq və infeksiya baş verərsə onunla mübarizə aparmaqdakı rolu barədə məlumat verə bilərsiniz? Xüsusilə, interferon sistemi nədir?
- İnterferon sistemi təbiətin bizə verdiyi anadangəlmə müdafiə sistemidir. İnterferon genləri bütün insan hüceyrələrinin üç xromosomunda yerləşir və 20-dən çoxdur. Onlar dörd növə bölünür: alfa, beta, qamma, lambda. Hepatit B və C interferonları ilə müalicə hələ də təsirlidir. 1967-ci ildən bəri qripi müalicə etmək üçün interferonlar istifadə olunur.
-İnterferon induktorları nədir və necə işləyirlər? Onların birbaşa virusa təsir edən dərmanlardan əsas fərqi nələrdir?
- İnterferon induktorları Rusiya alimləri üçün qürurverici məsələdir! Bədənə daxil olduqda interferon sistemi "açılır”. Nəticədə endogen interferonlar sintez olunur. Son 50 ildə yaratdığımız induktorlar yerli dərmanlardır və uzun illərdir ki, tibbi praktikada istifadə edilir. Bunlar çoxdan bəllidir, xəstələr və həkimlər tərəfindən etibar edilir. İnsanlar qrip və digər kəskin respirator virus infeksiyalarının başlanğıc dövründə ilk növbədə onları almağa başlayırlar. Koronavirusa qarşı effektivliyinin isə hələ birbaşa sübutu yoxdur. Yeni növ virus xəstələri üçün əsas terapiya yenə də patogenetik və simptomatikdir. Çoxdan və yaxşı məlumdur ki, ən təsirli dərmanlar bakterial infeksiyalar zamanı antibiotiklər kimi patogenə birbaşa təsir göstərən etiotropdur. İnterferon induktorlar məhz belə etiotrop dərmanlardır.
-Virusa cavab olaraq bədən tərəfindən artıq ifraz olunarsa, interferonların ifrazını süni şəkildə stimullaşdırmağın mənası varmı?
- Fakt odur ki, viruslar yanğında kibrit rolunu oynayır. Bir insanda müxtəlif patologiyalar olduqda, virus onları təhrik edir. Belə fəsadlar ölümə gətirib çıxarır. Bundan əlavə, viral infeksiyalarla immun çatışmazlığı demək olar ki, həmişə inkişaf edir, bu da xəstəliyin gedişatını ağırlaşdırır. Odur ki, antiviral təsirə əlavə olaraq, interferon induktorların da immunokorrektor təsiri olması vacibdir.
- İnterferon induktorların sübut edilməmiş effektə malik dərmanlar olduğu iddia edilir. Bu qrupun ən populyar dərmanlarından birinin kişi reproduktiv funksiyasının pozulması kimi ciddi təsirlərə malik olduğu deyilir...
- Rəqiblərin əsas etirazları dünyanın preparatlarımızı tanımamasıyla əlaqədardır. Əgər belə düşünsək, ümumiyyətlə rus dərmanlarının inkişafını və istehsalını dayandırmalı, idxal olunan dərmanların alınmasına ağlasığmaz pul xərcləməyə davam etməliyik. Halbuki, onların da üstünlükləri və mənfi cəhətləri var. Bu axmaqlıqdır. Onların əsas arqumenti polifenol preparatında pambıq toxumu yağında olan qossipolun olmasıdır. Məhsullarımıza həll olunmayan qossipol daxil deyil. Bilməlisiniz ki, bu dərman bioloji aktiv polimerdir, sellüloza və yalnız əhəmiyyətsiz miqdarda dəyişdirilmiş toksik olmayan qossipol ehtiva edir. Eyni zamanda Şərqdə geniş istifadə olunan pambıq yağı ilə müqayisədə on qat azdır. İnterferon induktorumuzun embriotoksikliyinin olmamasına dair açıq dəlillər var.
Əlbəttə ki, tibbi praktikada interferon induktorları adətən digər dərmanlarla birlikdə istifadə olunur. Aydındır ki, hər bir dərdə dava olan preparat yoxdur və ola da bilməz. O cümlədən heç bir dərman 100 faiz effektivliyə sahib ola bilməz!
-Beynəlxalq farmakoloji birliyin interferon induktorlarının öyrənilməsinə marağı varmı?
- Xarici dərman şirkətləri preparatlarımızı qəbul etməkdə maraqlı deyil. Halbuki, bəzi patentlərimizi almağa hazır olduqlarını bilirəm. Bunlar bazar qanunlarıdır! Xatırladım ki, Yaponiya dərman bazarı belə başladı - patent alıb sonra müəyyən dərmanı sintez edib-etməməyə qərar verdilər. Bu beynəlxalq iş mexanizmləri birbaşa iqtisadiyyatla əlaqəlidir. Dəfələrlə eşitmişəm ki, əczaçılıq biznesi əmtəədən daha xeyirlidir. İndi buna çox vaxt savadsız blogerlərdən ibarət ordu qoşulub və onların açıqlamaları təəssüf ki, insanların yerli dərmanlara münasibətinə təsir göstərir. Bu cür blogerlərin tibbimizi, həkimlərimizi lağa qoyub, yerli elmin məlumatlarına şübhə ilə yanaşması mənim üçün heç də xoş deyil.
-Və nəhayət, özümüzü və yaxınlarımızı təhlükəli viruslardan necə qoruyaq?
- Ən vacib məsləhət sağlam həyat tərzi sürməkdir! Təcili ehtiyac olduqda həkimin göstərişinə əsasən vaxtında sınaqdan keçirilmiş yerli dərmanlara müraciət edin./publika.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM