Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib müxtəlif cinayət əməlləri törətmiş dəstə üzvləri həbs ediliblər.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən birgə məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə istintaqı tamamlanmış və təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşı Vüsal Əliyevin digər cinayət əməlləri də ortaya çıxıb.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Vüsal Əliyev işlədiyi dövrdə yol verdiyi qanun pozuntularının aşkar olunmasının və anasına saxta sənədlər əsasında təqaüd təyin etdirməsi faktının üzə çıxmasında səbəbkar kimi işlədiyi nazirliyin adı təhlükəsizlik səbəbindən açıqlanmayan məsul əməkdaşını günahkar bildiyindən onu döydürüb cəzalandırmaq qərarına gəlib. O, bu yolla həmin şəxsi məhkəmədə ifadəsindən imtinaya məcbur etməyə nail olmaq istəyib.
Vüsal Əliyev cari ilin mart ayının 19-da barəsində keçiriləcək məhkəmə prosesində həmin əməkdaşın şahid qismində iştirakının qarşısının alınması üçün keçmiş iş yoldaşının döyülməsini təcridxanada onunla eyni kamerada qalan Cinayət Məcəlləsinin quldurluq maddəsilə təqsirləndirilən Mirafiq Bəşirova pul müqabilində sifariş edib. Mirafiq Bəşirov isə öz növbəsində azadlıqda olan qardaşı Nurlan Bəşirovla əlaqə saxlayaraq həmin şəxsin məhkəmə iclasında şahid qismində iştirakının qarşının alınmasının vacib olduğunu diqqətə çatdırıb. Nurlan Bəşirov isə tanışları Zaur Cəlilli, Bəhruz Əhmədov, Sərxan Çobanov, İsamuddin Babayev və Fariz Daşdəmirovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sifarişi yerinə yetirmək üçün əvvəlcədən plan hazırlayıblar.
Belə ki, həmin şəxsə məxsus zəruri məlumatlar cinayətkar qrupun üzvü Bəhruz Əhmədov vasitəsilə əldə edildikdən sonra Sərxan Çobanov və İsamuddin Babayev martın 19-da zərərçəkənin yaşadığı evin yaxınlığında idarə etdiyi avtomobili saxlatdırıb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hadisədən sonra Nurlan Bəşirov, Zaur Cəlilli, Fariz Daşdəmirov, Sərxan Çobanov və İsamuddin Babayev görüşərək vəd edilmiş pulu aralarında bölüblər. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxslər saxlanılmış, onlardan dördünün üstündən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür.
Araşdırma zamanı həmçinin müəyyən olunub ki, Vüsal Əliyev bu hadisədən bir qədər sonra kamera yoldaşı Mirafiq Bəşirova bu dəfə keçmiş iş yoldaşının bıçaqlanması cinayətini sifariş edib. Bu sifariş əsasında Mirafiq Bəşirov tanışı Namiq Alagözov vasitəsi ilə cari ilin aprelin 22-də həmin şəxsə yaşadığı evin qarajında bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsini təşkil edib. Namiq Alagözov da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Qeyd edilən faktlarla bağlı Zaur Cəlilli, Bəhruz Əhmədov, Nurlan Bəşirov? Fariz Daşdəmirov, Sərxan Çobanov, İsamuddin Babayev və Namiq Alagözov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həbsdə olan Vüsal Əliyevə və Mirafiq Bəşirova da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM