Sərdar Cəlaloğlunun elmi kəşfi saxta çıxdı?

10:57 / 15.01.2014

Fəlsəfə İnstitutunun keçmiş işçisi ADP sədrinin səsləndirdiyi fikirlərin səkkiz əsr əvvələ aid olduğunu bildirir

 ADP sədri Sərdar Cəlaloğlunun yeni kəşfi narazılığa səbəb olub. Redaksiyamıza müraciət edən Fəlsəfə İnstitutunun keçmiş işçisi Rəhim Müseyibov bildirir ki, S.Cəlaloğlunun əsasını qoyduğu yeni elm barədə dedikləri fikirlər heç də yeni deyilmiş: “Sərdar Cəlaloğlu bildirir ki, yeni elmin əsasını qoyduğunu bildirsə də, səsləndirdiyi fikirlər yeni deyil. O deyir ki, kəşf etdiyi elmin əsasını İslam dininin müqəddəs kitabından götürüb. Burada elmlə dinin barışdırılmasından söhbət gedir. Bu kimi fikirlər XIII-XIV əsrlərdə var idi.

 
Elmdə belə bir qəbul edilmiş fikir var idi ki, həqiqəti, Allaha aid olan məsələləri həm din deməlidir, həm də fəlsəfə təsdiqləməlidir. Bunu ilk dəfə elm aləminə İbn Rüşd adlı alim gətirib, bundan da ən çox bəhrələnən Avropa olub. İkili həqiqət məsələsi bizdən yeddi-səkkiz əsr əvvələ gedib çıxır. Hətta dahi şair Süfuli də bunu təkmilləşdirib. Onun ”Mətləül etiqad" əsərində bu barədə fikirlər var, buna toxunulub. İkili həqiqət məsələsi elmdə mövcuddur, Avropa alimləri, filosofları bundan çoxdan faydalanıb".
 
Onun sözlərinə görə, bu kimi fikirlərə o da vaxtilə elmi araşdırmasında toxunub və izahatını verib, uzun müddət araşdırma aparıb: “Bu, tədqiqat işidir, Fəlsəfə İnstitutunda Elmi Şuradan keçib. Əsəri çapa hazırlayıram. Bu, böyük bir elmi tədqiqat işidir, ”Muğam həqiqətinə dini fəlsəfi baxış" adlanır. Kitaba səkkiz nəhəng alim rəy verib". R.Müseyibov bildirir ki, məsələ ilə bağlı S.Cəlaloğlu ilə danışıb və o, birincini ADP qərargahında görüşə dəvət edib: “Gedib görüşüb bu məsələləri müzakirə edəcəyəm”.
 
Qeyd edək ki, Sərdar Cəlaloğlunun yeni elmin əsasını qoyduğu bildirilir. Bildirilir ki, elmi fikirləri ilə hər zaman gündəmdə olan S.Cəlaloğlu bir ildən çoxdur ki, üzərində çalışdığı nəhəng elmi layihəni başa çatdırmaq üzrədir. Qəzetin “Bəşər tarixinin ən böyük kəşfi” başlıqlı yazısında bildirilir ki, o, açıqlamasında dünyanı şoka salacaq fikirlər irəli sürüb: “O, condisiologiya adlı elmin əsasını qoyub. Condisiologiya- mütləq haqqında elmdir ki, bu da yalnız ali dərəcəli elm xadimlərinə deyil, hər bir sadə vətəndaşa mütləq həqiqəti görməyə, bu günə qədər cavabsız qalan bir çox suallara müstəqil şəkildə cavab tapmağa imkan verəcək. Başqa sözlə desək, S.Cəlaloğlunun banisi olduğu condisiologiya elmini dünya elmində mövcud olan bütün susqunluqların, müşküllərin açarı hesab etmək olar. Cavabı olmayan və ya hələlik məlum olmayan istənilən sualın cavabını bu elmlə tapmaq mümkündür. Çünki condisiologiya elmi bütün bu suallara nəinki cavab verir, həm də bu cavabları o qədər sadə və inkaredilməz məntiqlə əsaslandırır ki, bu məntiqə qarşı durmaq, onu hansısa şəkildə təkzib etmək, sadəcə, mümkünsüzdür. Condisiologiya elminin daha bir özəlliyi- elmlə dinin barışdırılmasıdır. Condisiologiya elmi sübut edir ki, din və elmin Allah və yaradılış məsələsində bir-birinə əks mövqelərdə dayanması ilə bağlı yaradılan təəssürat əslində əsassızdır. Dünyanın Allah tərəfindən yaradıldığını, bütün böyük elmi kəşflərin bu həqiqəti inkar etmədiyini, əksinə təsdiq etdiyini isbatlayan bu elm, bunun əksinə dini bilgiləri inkar edən bəzi müddəaların və kəşflərin yanılmadan başqa bir şey olmadığını da təsdiq edir. Bu baxımdan, condisiologiya elmini yalnız elmdə deyil, həm də dində mövcud olan bütün qırmızı nöqtələr üçün işıq hesab etmək olar”./musavat.com/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM