Erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəslədiklərini ifşa edən tarixi sənəd aşkarlanıb

10:29 / 14.05.2020

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkar edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan xezerxeber.az-a verilən məlumata görə, 4 may 1945-ci il tarixində ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hook erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasına təqdim edib.

"Sözügedən məqalə ABŞ Konqresinin qeydiyyat kitabçasına daxil edilərək ABŞ hökuməti tərəfindən dərc edilib.

 
Məqalə daşnakları uzun müddət terrorçu-faşist aktları həyata keçirən və yaxşı təşkilatlanmış "quldur dəstəsi” adlandırır. Daşnakların yaranma tarixindən bəhs edən məqalə onların terrorizmi əsas siyasi alət kimi mənimsədiklərini bildirir.

Erməni daşnaklarının ABŞ-da Daşnaksutyun partiyasına ianə köçürməkdən imtina edən və ya onların radikal ideologiyasını paylaşmayan ermənilərə qarşı terror aktları törətdiklərini qeyd edən məqalə, bu səpkidə Amerikadakı Erməni Kilsəsinin rəhbəri arxiyepiskop Leon Tourianın 1933-cü ildə Nyu-Yorkdakı kilsədə Milad bayramı ibadəti zamanı daşnak terrorçular tərəfindən qətlə yetirildiyini diqqətə çatdırır.

Daşnakların nasizmə rəğbət bəslədiklərini vurğulayan məqalə onların ABŞ-ın Boston şəhərində nəşr edilən "Hairenik” qəzetinin 17 sentyabr 1936-cı il sayına istinad edərək, daşnakların hitlerizmi və faşizmi "bəşəriyyətə hədiyyə” və "Almaniya və İtaliyayaya yeni həyat verən uğurlu sistemlər” hesab etdiklərini qeyd edir.

Məqalə daha sonra daşnakların kəskin antisemit olduqlarını vurğulayaraq, onların bu mövzuda çoxlu məqalələr dərc etdirdiklərini bildirir və "Hairenik” qəzetinin 1936-cı ilin avqust sayından daşnakların Holokostu dəstəklədiyini göstərən aşağıdakı sitat təqdim olunur: "Bu zəhərli elementlər xroniki xəstəlik kimi dərin kök saldıqları üçün bəzən onların kökünü kəsmək çətindir. Və insanlar üçün qeyri-adi üsulla onların kökünü kəsmək zəruri olduqda bu cəhd və üsullar inqilabi hesab edilir. Cərrahiyyə əməliyyatı zamanı isə qanın axması normaldır… Bu cür şəraitlərdə diktatorluq xilaskar rolunu oynayır.” Göründüyü kimi erməni daşnakları altı milyon yəhudinin nasistlər tərəfindən öldürülməsini "zəhərli elemetlərin kökünü kəsmək üçün cərrahiyyə əməliyyatı” adlandırır.

Sözügedən sənəddə, həmçinin nasistlərə xidmət etmiş erməni Qaregin Njde haqda məlumat verilərək, onun erməni irqçiliyini təbliğ edən Tseqakronizm nəzəriyyəsinin əsasını qoyduğunu və əsasən erməni gənclər arasında bu ideyanı yaydığını, habelə onun Hitlerin irqçi ideyalarını tərənnüm etdiyini və bu ideyaları özü üçün əsas götürdüyünü vurğulayır. Məqalə həmçinin Njde və onun erməni daşnak tərəfdaşlarının erməni gənclərinə bu irqçi ideyaları mənimsəmələri və bu ideyalara sadiq qalmaları ilə bağlı çağırışı özündə ehtiva edən və "Hairenik Weekly” qəzetinin 11 yanvar 1935-ci il sayında dərc edilmiş müraciətini təqdim edir.

Qeyd etmək lazımdır ki, ABŞ-da Azərbaycana qarşı məkrli fəaliyyət göstərən əsas erməni lobbi təşkilatı - Amerika Erməniləri Milli Komitəsi - Daşnak təşkilatıdır”, - deyə qeyd olunub.

Sənədi aşağıdakı link vasitəsilə oxumaq və yükləmək mümkündür: https://drive.google.com/open?id=15pLVHUHWplhgitOCu9l7p0lkMDL56epx


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM