Rusiyanın “Lenta.ru” internet-nəşrinin dərc etdiyi “Babanın sirri” adlı materialda müəllif Konstantin Lyapunov Nikol Paşinyanın babasının həqiqətdə kimin tərəfində vuruşmasını araşdırır.
Materialda qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən müharibəsi illərində faşistlərlə ehtimal olunan əməkdaşlığı səbəbindən baş verən qalmaqalın Rusiya mediasında və beynəlxalq KİV-lərdə müzakirəsi davam edir.
“Memorial” ümumiləşdirilmiş məlumat bankının informasiyasına görə hansısa Nikolay Paşinyan həqiqətən alman vermaxtının erməni legionunda xidmət edən sıravi əsgər kimi Qızıl Orduya qarşı vuruşub və 1943-cü ildə həlak olub.
Məlum olduğu kimi, mayın 9-da Ermənistanın baş naziri özünün “facebook” səhifəsində babasının fotoşəklini bölüşüb. Erməni jurnalistlər Paşinyanın babası barədə informasiyanı yoxlayaraq, faşistlər tərəfində vuruşmuş hansısa Nikolay Paşinyanı tapıblar.
Baş nazir özü danışıb ki, babası Nikol Paşinyan cəbhəyə gedəndə onun atasının cəmi bir yaşı vardı. Ailədə yalnız bir neçə fotoşəkil və babası haqqında az sayda söhbətlər yadda qalıb. Baba Nikol Paşinyanın döyüş yolu barədə yalnız bu məlum idi ki, o, 138-ci diviziyanın 554-cü atıcı alayının serjantı olub. Bəzi sənədlərdə onun 1943-cü ilin fevralında həlak olması, digər sənədlərdə - itkin düşməsi göstərilir. Bir versiyaya görə Stalinqrad yaxınlığında, digərlərində - Krımda. Nəvə Paşinyan belə vəziyyətdə susur və danışmağa tələsmir ki, bu da açıq-aşkar onun xeyrinə deyil.
Nəşr yazır ki, vermaxtın erməni legionu respublika tarixində kədərli səhifə olaraq qalmaqdadır. İlkin olaraq bu qruplaşmanın sayı 8 min nəfər təşkil edib, daha sonra 30 minədək artıb. Bölmənin əsas hissəsinə Qızıl Ordunun düşmən tərəfinə keçən döyüşçüləri, bir qayda olaraq, hərbi əsirlər daxil idi. Legiona Drastamat Kanayan (general Dro kimi məşhur olan) rəhbərlik edirdi, legionerlərin təlimləri isə SS-dən olan hərbi rəislərin nəzarəti altında keçirdi. Nasistlər erməniləri Almaniyanın qələbəsindən sonra Ermənistana müstəqillik vermək kimi vədlərlə legiona cəlb edirdilər.
Müəllifin fikrincə, Paşinyanın əcdadı ilə bağlı əhvalat erməni hakimiyyətinin digər hərəkətləri ilə də mənfi çalarlar kəsb edir. Bunların ən parlaq nümunələrindən biri - Üçüncü reyxlə əməkdaşlığı sübuta yetirilmiş Qaregin Njdenin abidəsi ilə bağlı insidentdir. 1940-cı ildən başlayaraq o, erməni batalyonlarının yaradılmasında vermaxta kömək edib, daha sonra Berlində yaranmış erməni milli şurasına daxil olub. Nəticədə o, həbs edilib və ömrünü Vladimir həbsxanasında başa vurub.
Məqalədə qeyd olunur ki, “əgər əvvəllər Njdenin abidələrinin qorunub saxlanmasına münasibətdə Paşinyanın mövqeyi sadəcə erməni əhalisinin ictimai rəyinə elementar hörmət hesab edilirdisə, indi baş nazirin babası ilə bağlı ziddiyyətli əhvalat fonunda bu mövqe başqa cür rəng alır”. “Əgər baş nazir Njdeyə münasibətdə öz mövqeyi üçün müntəzəm olaraq tarixi arqumentlər tapırsa, o zaman niyə o, öz babasına yanaşmada ikimənalılığa yol verib? Axı, hökumət başçısının arxiv məlumatlarını sorğulamaq üçün bütün imkanları var. Onun tərəfindən rəsmi reaksiyanın olmaması getdikcə daha çox sual doğurur: bir tərəfdən inamsızlıq artır, digər tərəfdən də Paşinyanın susması Njdenin xatirəsinin əbədiləşdirilməsinə dair mövqeyinə etiraz etməmək cəhdi kimi görünür. Baş nazirin babasının əhvalatına düzəlişlə bağlı elə hökumətin digər hərəkətləri də bir qədər ayrı cür görünür. Məsələn, Ermənistanın “Mənim addımım” adlı hakim blokundan olan deputatlar Böyük Vətən müharibəsi veteranlarına aylıq fəxri ödənişlərin artırılması barədə qanun layihəsinin iclasın gündəliyinə salınmasından imtina ediblər. Mayın əvvəlində bu xəbər demək olar ki, diqqətdən kənarda qalırdı, indi isə bu məsələni məhz nasizmin tərəfdarlarına münasibət kontekstində müzakirə etməyə başlayıblar”, - deyə müəllif yazır.//AZƏRTAC
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM