Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Pandemiyadan sonrakı Qarabağ: sülh, müharibə, yoxsa inqilab?” sərlövhəli məqaləsi Misirin bir sıra nüfuzlu mətbuat orqanlarında yer alıb. Deputatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məqaləsi Misirin “Şəbab Əiniyi”, “Əlvəsilə”, “Əssəhra” və Tunisin “Əttayma” portallarında dərc olunub.
Elman Nəsirov məqaləsində misirli və tunisli oxucuları münaqişənin fonunda Ermənistanda baş verən mürəkkəb siyasi proseslər, rəsmi Yerevanın danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi, eləcə də Azərbaycanın bu işğalla barışmayacağı barədə məlumat verir. Vurğulanır ki, COVID-19 pandemiyası nəticəsində yaxın aylarda təcavüzkar ölkədə yaranacaq ağır sosial-iqtisadi vəziyyət Ermənistan hakimiyyətinin təxribatlarını daha da artıra bilər və işğalçı ölkədə postpandemiya dövrünün daha ağır və kəskin kataklizmlərlə müşayiət olunacağı istisna deyil.
Məqalədə qeyd olunur ki, ya sülh, ya da müharibə istiqamətində həlledici addımların atılmasının zəruriliyini postpandemiya dövrünün yeni reallıqları şərtləndirir. Müəllif dörd əsas reallığı şərh edir. Bildirir ki, ilk növbədə, eks-prezident Serj Sarkisyan 2016-cı ilin aprel döyüşlərində Ermənistanın biabırçı məğlubiyyətini şərtləndirən vəziyyətı araşdıran xüsusi “deputat komissiyası” qarşısında ittihamlara cavab verməli oldu. İyun ayında öz işini başa çatdıracaq komissiyanın qərarı ilə Sarkisyanın da Köçəryanın yanına - məhbəsə göndəriləcəyi ehtimalı gözləniləndir. Bu da təbii olaraq, Ermənistan və Dağlıq Qarabağ klanları arasında qarşıdurmaya aparıb çıxaracaq. İkinci tərəfdən Qarabağ klanı artıq 2018-ci ildən vahid orqanizm olaraq mövcud deyil. O iki hissəyə: Paşinyanın tərəfdarları və əleyhdarlarına bölünüb. 11 il ərzində separatçı “hökumət”ə rəhbərlik etmiş, Ermənistanda “məxməri inqilab”dan sonra istefa verərək Nikol Paşinyana loyallıq göstərən oliqarx Aramik Arutunyanın gəlişi ilə bu parçalanma prosesinin yeni müstəviyə keçəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Müəllif onu da xüsusi olaraq qeyd edir ki, məqsəd Qarabağ klanını təkləyib hissə-hissə zərərsizləşdirməkdən ibarətdir. Üçüncü tərəfdən, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun aprelin 21-də verdiyi bəyanat Ermənistanda Paşinyan hökumətinə qarşı olduqca ciddi ittihamların irəli sürülməsinə, onun milli və dövlət maraqlarına xəyanətdə günahlandırılmasına, hətta ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefaya göndərilməsinə qədər tələblərin səslənməsinə rəvac verib. Bundan başqa, baş nazir Nikol Paşinyanın Ermənistanın İctimai Televiziyasında çıxışından öncə “texniki kadrlar”ın efirdə göstərilməsi və biabırçı videogörüntülərin sosial şəbəkələrdə yayılması, əslində, hakimiyyətin sosial dayaqlarının kifayət qədər zəifləməsi və nüfuzunun aşağı düşməsinin göstəricisidir. Dördüncü - sonuncu reallıq Sergey Lavrovun münaqişənin tənzimlənməsi ilə bağlı məlum mövqeyinə qarşı tərəfin münasibətidir. Separatçı rejimin yeni “rəhbəri” Araik Arutunyanın siyasi sayıqlamasına əsasən, qondarma “DQR” münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bütün mərhələlərində tamhüquqlu iştirakçı olmalıdır və onun “xalq”ının müqəddəratının təyin edilməsindən öncə tənzimlənmə prosesi ilə bağlı heç bir variant müzakirə predmeti ola bilməz. Qondarma rejimin rəhbəri öz siyasi sayıqlamalarında hətta bir qədər də irəli gedərək ölkəmizə qarşı hücum əməliyyatları aparacaqlarını bildirib.
Elman Nəsirov yuxarıda apardığı təhlil və analizlərdən çıxış edərək münaqişənin həlli ilə bağlı birinci olaraq sülh variantının yeni aktuallıq kəsb etdiyini qeyd edir. Bildirir ki, məhz bu halda işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılması və bunun qarşılığında Ermənistanın ilk addım olaraq ağır blokada vəziyyətindən çıxarılması onun məhvdən hifzinin yeganə çarəsi ola bilər. Ermənistan rəhbərliyi bu barədə dərindən düşünməli və obyektiv nəticələr çıxarmalıdır. Sonra gec ola bilər. Gec olacağı təqdirdə ikinci variant - müharibə versiyası alternativsiz görünür. Nikol Paşinyan çox gözəl dərk edir ki, irimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən uzaqlaşması sırf zaman məsələsidir. Aprel döyüşlərindən 4 il keçməsinə baxmayaraq, bu gün də o hadisə Ermənistan rəhbərliyini təqib edən bir kabusa çevrilib.
Sonda deputat vurğulayır ki, bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi dəyişməzdir. Azərbaycan dövləti münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM