"Kaspi” Təhsil Mərkəzinin və "Kaspi” qəzetinin təsisçisi, şairə, filologiya elmlər namizədi Sona Vəliyeva:
"Millət dininə, dilinə sahib çıxmalıdır...Torpağımızı, millətimizi sevməliyik”
"Qərib payız”, axşamlarında "Tənha sarı yarpaq” kimi duyğularını , "Yarpaq-yarpaq” vərəqlərə köçürən, "Quruyan ərik ağacı”nın , "Ata evim” də , "Bir ana köçünə çatmamışam” deyib , "Ana əlləri”nə "Ehtiyac” duyan ,, "Gəl sənə həzin bir şeir oxuyum” arzusuyla , "Bu yağış mənə bənzəyir” deyib , "Yaman uzandı bu yaz yağışı” gileyi ilə "Səni sevdim, Allahım” dedi... "Bu nə eşq sevdası, necə möcüzə”dir marağıyla, "Yollara yağış yağır” nəğmələriylə , "Narın yağış” romantikliyi ilə , "Biraz günəş göndər” həsrətiylə "Sənsiz keçən bir günüm” ün acığına "Gəl gedək bu şəhərdən” , "Vallah gözə gəldi bu ilahi eşq”, "İlləri əl-ələ verib gəlmişik” deyib yollara dikilən gözlərini "Sarı gözəl, sarı çiçək”lərdən çəkməyərək , "Bir az möhlət ver Allah " deyib də , "Arazbarı”, "Ay Qaragilə” kimi şeirləri ilə dünyanı özünün çəhrayı baxışları ilə seyr edən , rəngli dünyanın, rəngsiz, boyasız nurlu xanımı Sona Vəliyeva "Zaman xəbərsiz ötdü” dedi....
-"Xəbərsiz ötən zamanda ” Sona xanım özünü necə xarakterizə edərdi?
-Bir insan özü -özünü xarakterizə ancaq işində edə bilər. Mən azdan-çoxdan şeirlərimdə özümü ehtiva eləmişəm. Mən düşünürəm ki, gördüyüm işlərin bütövlüyündə millətimə, xalqıma, ulusuma bir sevgi dayanır. Əgər o sevgi olmasa, mən bu işlərin heç birini edə bilmərəm. Bu gördüyüm işlərin kökündə bir milli sevgi, millət sevgisi durur. Kaspi qəzetinin aşağısında üç əsrin qəzeti yazılıb. Mənə elə gəlir ki, mən bu qəzetdə lap başdan çalışmışam. Mən Kuzminlə çalışmışam, sonra 1991-ci ildə Məhəmməd Şahdağlıyla çalışmışam, 96, 97, 98-ci illərdə "Kaspi” qəzetinin müsəlman qəzeti adlandığı bir dövrdə mən elə Əli Mərdan bəy Topçubaşovla çiyin-çiyinə işləmişəm. Hərdən düşünürəm ki, sanki onların mənə verdiyi bir missiya var, mən o missiyanı yaşadığım müddətcə çox şərəflə daşımağa borcluyam. Bu qəribə bir şeydi. Bunu məni tanıyanlar da bilirlər, hərdən mən onlardan elə danışıram sanki keçmiş zamanda danışa bilmirəm bunun özü də bir qəribəlikdi. Yəni həyatımın hər məqamında onların qoyduğu ideyanı görürəmsə rastlaşıramsa və onu davam etdirməyə borcluyamsa bu mənim bir həyatı missiyamdı.
- İstədiklərinizi o qəzetdə görürsünüzmü, razısınızmı?
-İnanın yox nəyə görə, mənim bu danışıqlarım müasir gənclik üçün bir örnək olacaqsa ona görə bunları danışıram. Əslində mənim fəaliyyətimdən söhbət düşəndə mən həmişə kənara çakilirəm deyirəm fəaliyyəti danışılası insanlar var biz onlardan danışmalıyıq. Tariximiz var, tariximizdə böyük ənənə qoyan bizim milli mücadilə qəhrəmanları var. Onlardan danışmaq lazımdı. Azərbaycan maarifçilərindən, istiqlal düşüncəsini yayan o insanlardan danışmaq lazımdı. Və mən hələ belə desək içimdəki enerji potensialının mində birini istifadə eləməmişəm. Çünki mən xarkterikcə enerjili adamam və düşüncəmdə də, missiyamda da millət üçün görəcəyim işlər hələ qarşıdadır deyə düşünürəm ki, bundan da artıq işlər görə bilərəm. Və bütün bu arzularımızı, xəyallarımızı reallaşdırmaq üçün Allah Azərbaycan dövlətçiliyinin ömrünü uzun eləsin. Biz sovet dövründə gəncliyi keçmiş adamlarq. Və o dönəmdə şairin tələbələrlə bir görüşü keçiriləcəksə, orda bir millət sevgisindən bəhs edən vətən sevgisində bəhs ediləcəksə biz ora səbrsizliklə gedirdik və zal dolubsa xahiş edirdik ki, bizi buraxın biz ayaq üstə duracagıq. Biz illərlə bu dövlətin müstəqilliyinin arzusunda olmuşuq. Bu gün gənclərə ötürüləcək bir mesajım odur ki, biz illərlə həsrətini çəkmiş müstəqilliyə qovuşmuşuq. Bunu üçün gənclərin öhdəsinə düşən vəzifə yaxşı oxumaq,elmə, biliyə sahiblənməkdir.
- Azərbaycan mətbuatı , televiziyası , qəzeti Sizi qane edirmi?
-Televiziyanın öz öhdəsinə götürdüyü işlər düzgün yerinə yetirilməlidir. Onun bir tərəfi xalqın millətin inkişafına, onun maraqlarına doğru yönəlməlidir. Söz- mətbuat azadlığı bir zamanda hər bir insanın içində bir senzura olmalıdı. O senzura onun vicdanı olmalıdı. Vicdanlı, qərəzsiz, düzgün mövqedə duraraq nəticələri araşdıraraq bir ziyalı mövqeyi olmalıdır.
-Sona xanım, güclü qadının arxasında güclü kişi, güclü kişinin arxasında isə güclü bir qadın dayanır. Yazar şairlər elə bil həmişə natamam olurlar. Siz necə ailədə tamlıq, bütövlük tapmısınızmı?
-Bilirsiniz, mən təpədən dırnağa Azərbaycan xanımıyam. Mən qapıdan girdimsə ailəmin xanımıyam, işim unudulur. Və bu deyəcəyim həm sizə həm də digər Azərbaycanlı xanımlara aid olsun. Qoy Allah heç bir kişini ailəsindən uzaq qoymasın. Əbəttə , Əli müəllim mənim işlərimə məhdudiyyət qoysaydı, mənim bu potensialım içimdə boğula bilərdi. Əli müəllimin mənim şeirlərimə belə "babat” deməsi mənə stimul verir. Kişi yazarın həyat yoldaşı olmaq asandı, yazar xanımın həyat yoldaşı olmaq çətindi. Kişilər xoşlayır ki, onun xanımı daha ciddi olsun, cəmiyyətə sirrli bir xanım kimi təqdim olunsun, amma yazar bir xanım duyğularıyla, içindəki səmimiyyətiynən, sevgisiynən cəmiyyətə açılır. Şeirlərim nədirsə mən oyam.
Bəzən mən içimdəki duyğularımı heç kimə demirəm. Ancaq qələmnən, kağıznan baş-başa qalanda yazıram.
"...Mənnən inciməsin bacım qardaşım, gəlmişəm dərdimi sənə söyləyim” .
Cəmiyyətdə baş verən çox şey insanın qəlbinə yüklənməyə bilmir. Bu mənada yenə də qələmdən başqa heçnə adamı düzgün anlamır. Ruhun qələmlə baş-başa qalmağa və şeirin ehtivası...
Bir millət nə qədər ki, arzularıyla bütöv deyilsə, onun vətəndaşı ayrılıqda bütöv ola bilməz. Bu millət, dövlət bizimdir və onun bütövlüyü uğrunda mübarizə aparmaq üçün həmin o qeyrət körpüsündən keçərək onu biz də götürməliyik.
-Vətən həsrəti, Azərbaycanın parçalanması, Güney- Quzey ayrılığı, Qarabağ ağrısını əks etdirən şeirlərin müəllifi Sona Vəliyevanı bu günkü vətənpərvərlik qane edirmi?
-Sözün böyüklüyü dilin, insanın, tarixin böyüklüyüdür. Söz yaşadıqca ədəbiyyat da, millət də yaşayacaq. Hər kəs öz sahəsində , öz məkanına və zamanına uyğun addımlar atır. Mənim böyüdüyüm Naxçıvan torpağı dörd tərəfdən sərhədlə əhatə olunub. Torpağın kəsikliyi insanın da taleyiə təsir göstərir. Türkmənçay müqaviləsindən bu tərəfə torpaqlarımızın taleyi hər birimizin taleyinə uyğunlaşıb. Elə bu mövzular da şerin, ədəbiyyatın mövzusu olmalıdır. İndi demokratikləşmə, qloballaşma dövrüdür. Lakin böyük dövlətlər demokratikləşmə anlayışından öz məqsədləri üçün istifadə edir. Bizə lazım olan demokratiya fikir və söz azadlığına imkan verən demokratiyadır
Əli bəy Hüseynzadə öz zamanında türkləşmək, islamlaşmaq, müasirləşmək ideyasını irəli sürmüşdü. Onda öncə isə Həsən bəy Zərdabinin yaradıcılığından gəlirdi bu ideyalar. Topçubaşovun rəhbərliyi ilə Ümumrusiya müsəlmanlarının qurultayının keçirilməsi ideyasını da Həsən Bəy Zərdabi irəli sürmüşdü. Deyirlər ki, Mirzə Kazım bəy dinindən imtina etmişdi, əslində isə o gizlin namazını qılırdı, ibadətini edirdi. Bu torpağın, insanın taleyi üçün çalışırdı. Şərqlə münasibətimizi düzgün qursaq, Qərblə, Avropa ilə münasibətlərimizi düzgün müəyyənləşdirsək torpağımızı geri qaytara bilərik. Mənim şerlərimdə yaddaş məsələsi önəmlidir. Milli yaddaş dünyaya inteqrasiyamıza kömək edir. Şerlərimin əsas mövzularından biri millətin xilası məsələsidir. Böyük idrak, minilliklərin idrakıdır. Bu gün gənclərin cənub mövzusuna müraciəti sevindirici haldır. Biz tələbə vaxtlarımızda bu mövzuya müraciət edəndə partiya komitəsinə çağırıb xəbərdarlıq edirdilər. Bəxtiyar Vahabzadə "Gülüstan” poemasını yazdığı vaxtlar ulu öndər Heydər Əliyev yazarları toplayıb demişdi ki, belə mövzularda əsər yazmaqla milləti örtülü şəkildə hazırlamaq lazımdır. Biz gənclik illərimizdə Söhrab Tahirin, Sabir Rüstəmxanlının yaradıcılıq gecələrində iştirak edirdik, çünki onların yaradıcılığının əsasını təşkil edən mövzulara ehtiyac duyurduq.
-Sona Vəliyeva üçün Heydər Əliyev kim idi?
-Ulu Öndərin məkanı cənnət olsun, əlbəttə 1993- cü illərdə xalqın dəvətiylə-təkidiylə hakimiyyətə qayıtmasaydı, Azərbaycanın taleyi kim bilir necə olardı. Heydər Əliyev Yeni Azərbaycanımızın qurucusu və yaradıcısıdır. Parçalanmaqda olan dövləti xilas etdi. Atəşkəs elan etdi. Və gələcək inkişafın zəminini yaratdı. Və Şükürlər olsun ki, bu gün Heydər Əliyevin ideyalarının həm siyasi, həm də mənəvi olaraq hörmətli prezidentimiz İlham Əliyev cənabları ləyaqətlə davam etdirir.//https://rezonanspress.az
Gülşən Behbud
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM