Ən azı verilən dəvətnamələrə görə “bu çox da lazım idi mənə” deyilməyəcək.
Hər birimiz ay ərazində bir neçə toya çağırılırıq. “O iş yoldaşımdır”, “bu qrup yoldaşım olub”, “mənim toyuma gəlib, gərək borcunu qaytarım”, “sabah üz-üzə gələcəyik”, “getməsəm ayıb olar” və s. kimi fikirlər hər evdə ay ərzində ən azı 3-4 dəfə səslənir. Verilən dəvətnamələrə sevinmək əvəzinə “qara-qara” düşünməyə başalayırıq. Nəticə etibarilə aldığımız maaşın çox hissəsi “restoran mafiyası”nın güdazına gedir. Toylara yazdırdığımız nəmərin məclis sahibinə “xeyir”i bundan ibarət olur ki, yığılan pullar hesabına şadlıq evinə borcunu ödəyə bilir. Vəssalam.
Azərbaycandakı şadlıq evlərində hökm sürən israfçılığın qarşısının alınması üçün müəyyən addımlar atılır, qulaq batıran səs-akustika məsələsi tənzimlənməkdədir. Bu məsələnin heç şübhəsiz parlamentin payız sessiyasında ciddi müzakirə mövzusu olacağı da istisna deyil. Bu, necə deyərlər, məsələnin bir tərəfi.
Digər tərəf ondan ibarətdir ki, fikirləşmək olar, əgər toy sahibinin xəci azalacaqsa, deməli toya salınacaq nəməri də azalda biləcəyik. Məsələ burasındadır ki, orta statistik azərbaycanlı toya gedərkən 1 nəfər üçün 50 manat nəmər yazılır. Ən azı. Çünki bəzən getdiyimiz toyun menyüsünü görəndə məbləği artırmaq məcburiyyətində qaldığmız vaxtlar da olur. Restorandakı menyünün tənzimlənəcəyi təqdirdə toy xərclərinin aşağı salınması birbaşa nəmərə də təsir edəcək. Heç olmasa aldığımız dəvətnamələrə sevinə biləcəyik.
Strategiya.az Modern.az-a istinadən xəbər verir ki, restoranlarda kiçik toy və nişan mərasimlərinin keçirilməsi üçün müraciətlərdən imtina gündəmə gəlib. Yeri gəlmişkən, kimi dindirirsən, böyük əksəriyyət sünnət toyunun təmtəraqlı keçirilməsinin qəti əleyhinə olduğunu vurğulayır. Amma...
Əmması budur ki, il ərzində dəfələrlə toya çağırılan, aparıb həmin məclislərə nəmər yazdıran kiçik yaşlı uşağın valideyni əvəzini sünnət etməklə çıxmağa çalışır. Fikirləşir ki, “mənim uşağım balacadır, o böyüyənədək toyuna getdiklərim o vaxta qədər sağ qala-qalmaya...”.
Burada həqiqət var. Onda çıxış yolu nədədir? Çıxış yolunun ilk addımı isə toy xərclərinin aşağı salınmasıdır. Belə olan halda qonaqlar süfrəyə uyğun olaraq nəməri az yazdıracaq, toy sahibi də sabah başqasının toyuna çağırılanda “pul dərdi” çəkməyəcək.
Əgər sadaladığımız problemlər mərhələli şəkildə öz həllini tapacaqsa, ən azı verilən dəvətnamələrə görə “bu çox da lazım idi mənə” deyilməyəcək. Dəvətnaməni aldıqdan sonra ürəklə “Mübarəkdi!”, “Allah xoşbəxt etsin!” deyə biləcəyik.
Ümid edirik ki, bu yazı “yaralar”a “məlhəm” olacaq. Əgər yuxarıda bəhs etdiyimiz problem yaxşıya doğru həll olunacaqsa, hər biriniz aldığınız maaşı ora-bura bölüşdürmədən rahatca xərcləyə biləcəksiniz. Elə mən də...
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM