Koronavirusa dair şeir yazılmasına MÜNASİBƏT

16:21 / 12.06.2020

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sosial şəbəkələrdə akademiyada, o cümlədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda koronavirusa şeir yazılması haqqında yayılan informasiyalara münasibət bildirib.

Akademiyadan verilən məlumata görə, AMEA-da koronavirusla mübarizə haqqında şeirin yazılması yalnız şifahi məlumat şəklində olmuşdur. Akademiyada çalışanlardan bir nəfərin koronavirusa yoluxmuş yaxın qohumunun həkimlər tərəfindən xilas edilməsinə şeirlə minnətdarlığını bildirməsinə dair eşidilmiş məlumata müsbət münasibət ifadə edilmiş, belə bir yazı olarsa, çap edilməsi, kitaba daxil edilməsi məqsədəuyğun sayılmışdır:

"Həmin şeirin mətni akademiyada heç kimə təqdim olunmamışdır və şeir heç bir yerdə çap edilməmişdir. Yazılması haqqında yalnız şifahi məlumat olan, heç yerdə çap olunmamış, mətni bizə də məlum olmayan bir şeirə dair məlumatı sosial şəbəkələrdə bu qədər şişirtmək və əldə olmayan bədii yazıya görə elmi kollektivlər, alimlər haqqında xoşagəlməz fikirlər səsləndirmək mediamıza hörmət gətirməz. Bildirmək istəyirik ki, dünyanın bütün akademiyalarında əsas fəaliyyət sahəsi elmlə ciddi surətdə məşğul olmaq olan tanınmış elm adamlarının həm də bədii əsər yazmaları, rəsm əsərləri çəkmələri, kitablarını nəşr etdirmələri, sərgilərini təşkil etdirmələri məqbul hal hesab olunur. Azərbaycan Milli Elmlər Akademiyasında da öz ixtisası sahəsində ölkə miqyasında tanınan alimlər var ki, həm də vaxtları və imkanları daxilində bədii yaradıcılıqla da məşğul olur, rəsm əsərləri çəkirlər. Heç də şair, yazıçı, yaxud rəssam olmağa iddialı olmayan belə yaradıcı şəxslər üçün bədii yaradıcılıq ikinci məşğuliyyət sahəsidir. Hətta onların arasından professional qələm sahibləri də yetişə bilir".

Məlumatda qeyd edilir ki, koronavirusla mübarizə ilə əlaqədar elmin qarşısında duran vəzifələr Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclaslarında müzakirə olunmuş və bu barədə ictimaiyyətə geniş məlumat verilmişdir. Müxtəlif elmi-tədqiqat İnstitutlarında koronavirusla mübarizə ilə əlaqədar immun sisteminin möhkəmləndirilməsi, yoluxma təhlükəsinin aradan qaldırılmasında dərman bitkilərinin və xalq təbabətinin rolu və əhəmiyyəti, sularda yoluxma təhlükəsinin monitorinqinin aparılması, yoluxmanın qarşısını alan endemik bitkilərin yetişdirilməsinin genişləndirilməsi, postpandemiya dövrünün iqtisadiyyatının vəzifələri və sair kimi məsələlərlə əlaqədar tədqiqatlar davam etdirilir:

 
"Bütün bunlarla bağlı rəsmi dövlət mətbuatında, sosial şəbəkələrdə ictimaiyyətə vaxtaşırı geniş məlumatlar çatdırılmışdır. AMEA-nın müxbir üzvü Tərlan Məmmədov Türkiyə və Azərbaycan alimlərinin birgə iştirakı ilə koronavirusun qarşısını almaq üçün vaksin hazırlanması istiqamətində elmi araşdırmalara başlamaları barədə ictimaiyyətə ilkin məlumatlar yaymışdır.

Sosial şəbəkələrdə hallandırılan AMEA-da həyata keçirilmiş «Fizika və lirika» layihəsi isə dünyanın bir çox ölkələrində, Rusiya, Çin, Polşa Akademiyalarında da tədqiq edilən, elmlə ədəbiyyatın qarşılıqlı təsiri və əlaqəsinə həsr edilmiş aktual bir problemdir. Bu problemin müxtəlif aspektləri ilə Albert Eynşteyn, Lev Landau kimi Nobel mükafatı laureatı olan görkəmli alimlər də məşğul olmuşlar.

Bütün bunlara görə sosial şəbəkələrdə koronavirusla mübarizəyə dair yazılması haqqında yalnız şifahi məlumat səsləndirilən, mətni əldə olmayan, çap edilməmiş bir bədii yazını bəhanə etməklə elm adamlarını tənqid hədəfinə tutmaq, yersiz mübahisələr açmaq xoşagəlməz məqsədlərə xidmət edir. Mətbuat işçiləri kimi, elmin də, alimin də adını və şərəfini uca tutmaq xalqımıza layiq yüksək xüsusiyyətdir".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM