Milli Qurtuluş Günü tariximizin şanlı səhifəsidir

18:05 / 15.06.2020

 

Hər bir xalqın taleyində xüsusi əhəmiyyətə malik elə günlər var ki, bu zaman kəsiyində yaşanmış hadisələr onun gələcək müqəddəratını müəyyən etməklə həmin günü xalqın tarixi yaddaşına qızıl hərflərlə əbədi həkk edir. Azərbaycan üçün də belə günlərdən biri 15 iyun – Milli Qurtuluş Günüdür. Təqvimin bu əlamətdar günü xalqımız üçün sıradan olan bir bayram deyil, böyük ictimai-siyasi əhəmiyyətə malik tarixi gündür. Bu şanlı günün qəhrəmanı  Azərbaycan tarixində öz dühası ilə silinməz iz qoymuş dahi şəxsiyyət, müdrik siyasi xadim Heydər Əliyev olmuşdur. 1993-cü il iyununda xalqın təkidli istəyi ilə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycan xalqının və dövlətçiliyinin qurtuluşu ilə nəticələndi.

1991-ci ilin oktyabrında öz müstəqilliyinə yenidən qovuşmuş Azərbaycanda həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün təsisatlarında müəyyən bir boşluq yaşanırdı. Ermənistanın ölkəmizə qarşı işğalçılıq təcavüzü respublikada mövcud vəziyyəti daha da gərginləşdirirdi. Bu ağır dövrdə 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış və istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu bölgənin xilası yolunda fədakarlıq göstərmiş Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdı. Həmin dövrdə respublikada fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq əməllər, ölkədə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi mövcudluğuna son qoyulması planını gündəmə gətirmişdi.

Hakimiyyət və güc davası apararaq öz şəxsi mənafeylərini güdən, hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı ölkə rəhbərliyi baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmir, ölkəni faktiki olaraq fəaləkətə doğru aparırdı. Digər tərəfdən, torpaqlarımızın erməni təcavüzünə məruz qalması, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu xalqımızın ölkəni bu bəlalardan xilas edə biləcək bir liderə ehtiyacını zəruri edirdi. 

1993-cü il iyunun 4-də isə Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissə hakimiyyətə itaətsizlik nümayiş etdirdi ki, bu da ölkəni qarşısıalınmaz xaosa sürükləmiş oldu. Yaranmış vəziyyəti nəzarətə almaq məqsədilə hakimiyyətin tələsik atdığı uğursuz və məntiqsiz addımlar müsbət nəticə vermirdi. Gəncəyə səfər etmiş dövlət nümayəndələrini girov götürən qiyamçı hərbi hissə rəhbərliyi ölkənin Baş naziri və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Acınacaqlı vəziyyət tamamilə nəzarətdən çıxır, Surət Hüseynovun başçılıq etdiyi qiyamın coğrafi ərazisi saatbasaat genişlənir, üzü paytaxta yönəlirdi. Ölənlər və yaralananların sayı durmadan artırdı.

Qiyamçılar qarşısında əlacsız qalan ölkə rəhbərliyi dövləti məhv olmaqdan xilas etməyin yeganə yolunu Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etməkdə gördü. Xalqını və onun milli maraqlarını hər bir şeydən uca tutan Heydər Əliyev Bakıya qayıdıb Surət Hüseynovla danışıqlar aparmaq məqsədi ilə Gəncəyə yola düşdü və geri qayıtdıqdan sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı geniş arayış verdi...

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün şanlı tariximizə dönüş nöqtəsi kimi daxil oldu. Sonralar millət vəkilləri 15 iyunu təqvimə Azərbaycanın Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyənib müvafiq qərar qəbul etdi.

Həmin tarixdən Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd edilir. Xalqımızın Milli Qurtuluş Günü Azərbaycan Respublikasında 1997-ci ilin 15 iyununda rəsmi bayramlardan biri kimi elan edilmiş, 1998-ci ildən bu bayrama dövlət statusu verilmişdir.

Öz möhtəşəm fəaliyyəti ilə Azərbaycanın inkişaf yolunu müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizi əks etdirən azərbaycançılıq məfkurəsinin, demokratik prinsiplərə əsaslanan müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidməti kəskin geosiyasi maraqların toqquşduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, həm içimizdəki xainlərdən, həm də təcavüzkar düşmənlərdən qoruması idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın və suverenliyimizin təşəkkül tapması deməkdir, xalqımızın qurtuluşu deməkdir!  

Məhz o illərdən başlayaraq, Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda inamla irəliləməyə başladı. Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, ölkədə qanunsuzluğa və hərc-mərcliyə son qoymadan ictimai-siyasi sabitliyə, hər hansı bir inkişafa nail olmaq, müstəqil siyasət aparmaq qeyri-mümkündür. Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək Ümummilli liderin ən böyük arzusu idi və onun hər addımı və qəbul etdiyi hər bir qərar məhz buna istiqamətlənmişdi. Sabitlik bərqərar olandan sonra, 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Məhz Ulu Öndərin gərgin əməyinin nəticəsində Ermənistan-Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasına nail olunması, iqtisadi dirçəlişi təmin edə biləcək müxtəlif neft kontraktlarının imzalanması, ölkəmizin bir sıra nüfuzlu beynəlxalq təşkilatlara qəbul olunması Azərbaycanın müstəqil dövlət kimi imza atdığı mühüm nailiyyətlər hesab olunur.

Bu gün Azəraycan dahi Heydər Əliyevin siyasi kursunun davamçısı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda inamla irəliləyir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan düşünülmüş, uğurlu siyasət nəticəsində dövlətimiz dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan regional güc mərkəzinə çevrilmiş, möhtəşəm iqtisadi uğurlar əldə etmişdir.

Ölkə əhalisi hər il 15 iyun - Milli Qurtuluş Gününü böyük ruh yüksəkliyi və təntənə ilə qeyd edir. Həmin gün hər bir azərbaycanlı tamamilə haqlı olaraq dərin iftixar və qürur hissi keçirir. Çünki məhz həmin tarixdən başlayaraq xalqımızın Ulu öndəri Heydər Əliyevin böyük dühası və gərgin əməyi sayəsində müstəqil Azərbaycan surətlə inkişaf etməyə başlamış, içtimai-siyasi sabitlik bərqərar olmuşdur. Bu sahədə qazanılmış nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin dərin biliyinin, yüksək idarəetmə bacarığının, iradə və qətiyyətinin səmərəli bəhrəsidir.

Azərbaycanlı olması ilə daim fəxr edən Ümummilli lider Heydər Əliyev xalqımızın yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi həmvətənlilərinin qəlbində əbədi yaşayır. Həyatının mənasını yalnız doğma xalqına və qurucusu olduğu dövlətə xidmətdə görən Ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, taleyüklü problemlərə mərdliklə sinə gərən təcrübəli siyasi xadim və dahi şəxsiyyət, vətən təəssübkeşi və millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Şanlı tariximizə xalqımızın xilaskarı, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüş Heydər Əliyev Azərbaycanın inkişaf yolunu dəqiqliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli dirçəlişə möhkəm zəmin yaratmış, azərbaycançılıq ideologiyasının təməlini qoymuş və yüksəlişinə təkan vermişdir.

Çoxşaxəli və zəngin fəaliyyəti Ulu Öndər Heydər Əliyevi zəmanəmizin əbədiyaşar və ümummilli liderinə çevirmişdir. Qədirbilən və müdrik xalqımız dahi liderin xidmətlərini unutmur, əziz xatirəsini uca tutur, onu daim yad edir və hər il 15 İyun - Milli Qurtuluş Gününü böyük coşqu və yüksək fəxarət hissi ilə qeyd edir.

Bayramınız mübarək!

 

Ramin Səmədov

BDU-nun tarixi muzeyinin direktoru


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM