"Mən şirkət, lisey idarə etmirəm, bizneslə məşğul olmuram"
Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Əli Həsənov "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənlinin suallarını cavablandırıb.
Telefon söhbəti zamanı Əli Həsənov ailəsinin 208 min manat vergi borcunun olması barədə yayılan məlumatlara münasibət bildirib, biznesi və digər bu kimi məsələlərdən danışıb.
Strategiya.az həmin müsahibəni təqdim edir:
— Salam Əli müəllim, necəsiniz?
— Sağ ol Vasif, sən necəsən?
— Yəqin ki, istirahətdəsiniz?
— Bəli, buyurun!
— Narahat etdiyim üçün üzrlü sayın, bir neçə gün əvvəl vatsap vasitəsilə sizə informasiya sorğusu göndərmişəm. Həmin sorğuda ailənizin 208 min manat vergi borcunun olması barədə məlumatlar yer alıb. Bununla bağlı fikirlərinizi öyrənmək istəyirəm...
— Vasif, bilirsən nə var? Mən hansısa şirkətin vergi borcu barədə niyə cavab verməliyəm? O şirkətin rəhbəri var, siz də zəng edib öyrənin ki, "Kaspi" liseyinin rəhbəri kimdir. Dövlətə vergi borcunun olması barədə onlara müraciət edin. Onlardan cavabınızı alıb verin. Yoxsa ki, mən şirkət, lisey idarə etmirəm, bizneslə məşğul olmuram. Mən elmi-pedoqoji sahədə çalışıram, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm.
— Əli müəllim, axı sizin adını çəkdiyiniz şirkət oğlunuz və həyat yoldaşınızın adınadır. İstəmədim ki, siz olan yerdə suallarımı onlara ünvanlayıb ailənizi narahat edim...
— Vasif, sən bizim ailə haqqında nə vaxtdan belə xeyrxah düşünməyə başlamısan?
— Axı niyə elə düşünürsünüz? Mən jurnalist kimi heç zaman sizə qarşı qərəzli mövqedə olmamışam.
— Mən sənə göstərdiyim o böyük etimada görə çox təəssüf edirəm. İnsanlar nə qədər dəyişkən olarmış... Mən səndən incimirəm, səni yaxşı başa düşürəm, əgər belə tələb olunursa, buyur. Amma insanın öz mərdliyi olmalıdır.
— Əli müəllim, hansı mərdlikdən danışırsınız? Siz vəzifədə olanda Salyanın polisi rəisi işləyən yaxın qohumunuz Cəbrayıl Vəliyevin mənim rayonda yaşayan atama qarşı təzyiqləri barədə sizə üç dəfə müraciət göndərmişdim. Atama olunan təzyiq sırf mənim jurnalist fəaliyyətimə görə idi. Amma həmin müraciətlərə baxılmadı, araşdırılmadı. Halbuki, həmin müraciətdə oğlunuzun göstərişi ilə polis rəisi işləmiş qaynınız tərəfindən atama edilən təzyiqlərdən bəhs olunurdu...
— Bu məsələnin mənim ailəmə nə dəxli var? Polis rəisinin öz rəhbəri və nazirliyi var, mənim polisin işinə qarışmağa səlahiyyətim çatmırdı. Sizin həmin müraciətinizə gəldikdə isə mən onu araşdırmaq üçün Daxili İşlər Nazirliyinə göndərmişdim.
— Bəs bu barədə mənə niyə məlumat verilmədi?
— Bilirsiniz necədir, indi keçmişi müzakirə etməyə mənim həvəsim yoxdur. O şirkətlərlə bağlı isə mənə yox, həmin şirkətin müdirinə müraciət elə. Bu məsələnin mənə dəxli yoxdur. O şirkətin rəhbəri Elnur Əliyevdir.
— Axı uzun illərdən bəri internetdə də qeyd olunub ki, həmin şirkətin rəhbəri oğlunuz və həyat yoldaşınızdır...
— Xeyr, mənim oğlumun şirkəti yoxdur. Oğlum rəhbərlik etdiyi şirkətlərin hamısını təhvil verib. Yalnız "Araz" radiosu qalıb ki, onun da təhvil-təslimi gedir. Özünüz araşdırıb öyrənə bilərsiniz. Şəxsən mən bu barədə heçnə bilmirəm. Çünki məşğul olmuram.
— Dövlətə vergi borcunuzun olması barədə ailənizə hər hansı xəbərdarlıq edilibmi?
— Axı mənim ailəmə niyə xəbərdarlıq olunmalıdır? Xəbərdarlığı şirkətin rəhbərinə edərlər. Mən demirəm ki, bizim vergi borcumuz yoxdur. Deməyim odur ki, indi mənim və ailəmin həmin şirkətlərlə əlaqəsi yoxdur. O şirkətin rəhbəri isə başqa adamdır. Suallarınızı həmin şəxsə ünvanlayın. xahiş edirəm ki, Elnur Əliyevə zəng edib bu barədə ondan soruşun.
— Əli müəllim, Sona xanım Vəliyevanın vikipediyasında "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri olduğu qeyd olunur...
— Xeyr, elə bir şey yoxdur. "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Elnur Əliyevdir. Vikipediyada çox şey yazıla bilər. Orada kimsə düzəliş edib yazmışdı ki, Əli Həsənov nurçuları dəstəkləyib. Məgər mən nurçuları dəstəkləmişəm? 2009-2013-cü illərdə mən onlara qarşı mübarizə aparmışam.
Nə isə, həyat davam edir, rollar dəyişir, ancaq insanlıq hər zaman qalır.
— Əli müəllim, bundan sonra da sizə qarşı heç bir qərəzimin olmayacağından tam əmin ola bilərsiniz. Hətta, əleyhimə fikirləriniz belə olsa, onu işıqlandırmağa hazıram...
— Təşəkkür edirəm Vasif.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM