Mexanika-riyaziyyat fakültəsinin dosenti Elvin Əzizbəyov: “Ən səmərəli təhsil universitetin geniş və işıqlı auditoriyalarında tələbələrlə canlı ünsiyyət qurmaqdır”.
Bakı Dövlət Universiteti (BDU) COVİD-19 pandemiyası ilə əlaqədar təhsilin davamlılığının və keyfiyyətinin təmin edilməsi məqsədilə tədris prosesini onlayn formada davam etdirir. Bu gün BDU-da yaz semestrinin onlayn imtahan sessiyasının üçüncü həftəsi başlayır.
Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi imtahanların gedişi, tələbələrin yeni vəziyyətə adaptasiyası, onlayn imtahan sessiyasının səmərəliliyi barədə mütəmadi olaraq professor-müəllim heyətinin fikirlərini ictimaiyyətə təqdim edir.
Növbəti müsahibimiz BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Elvin Əzizbəyovdur.
- Elvin müəllim, BDU-da keçirilən onlayn imtahan sessiyasının təşkili və gedişatı hansı səviyyədədir?
- Artıq üçüncü həftəsinə qədəm qoyduğumuz onlayn imtahan sessiyası uğurla davam edir. İmtahanlar əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq ikinövbəli formada təşkil olunur. İmtahan prosesində fənn müəllimi, asistent, kafedra müdiri iştirak edir. Əlavə olaraq imtahanın gedişini Tələbə Nəzarət Qrupunun üzvləri də müşahidə edə bilir. Jurnal siyahısı üzrə ilk tələbədən başlamaqla bilet seçilir və müəllim həmin bileti açıb tələbəyə göstərir. Tələbə götürdüyü biletlə tanış olub hazırlaşmağa başlayır. İlk beşinci tələbə də bilet götürdükdən sonra birinci tələbə cavab verməyə başlayır. Tələbə biletdəki bütün sualları cavablandırdıqdan sonra qiymətləndirilir və elektron sistemə daxil edilir. Bütün bu proses videoyazı vasitəsi ilə qeydə alınır. Tələbə hər hansı anlaşılmazlıq yarandığı halda Apellyasiya Komissiyasına müraciət edir, videoyazı yenidən izlənilir və haqlı olduğu halda tələbənin istəyi təmin edilir.
- Yekun dövlət attestasiyası buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi necə təşkil olunub?
- Hazırda Universitetdə onlayn imtahan sessiyası ilə yanaşı, bakalavriat səviyyəsində yekun dövlət attestasiyası buraxılış işlərinin və magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi prosesi də davam edir. Universitetin son Elmi Şurasının qərarına görə bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜÖMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab edilirlər. ÜÖMG-yə uyğun olaraq dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ənənəvi formada buraxılış yekun dövlət imtahanlarının təşkili nəzərdə tutulub. Magistratura səviyyəsində isə magistrlik dissertasiyalarının müdafiəsinin ixtisaslaşdırılmış şuraların iclaslarında onlayn qaydada həyata keçirilməsi nəzərə alınıb. Onlayn müdafiədə iştirak edə bilməyən magistrantlar üçün də koronavirus əleyhinə təhlükəsizlik qaydalarına riayət olunmaqla ixtisaslaşdırılmış şuralarda ənənəvi formada dissertasiya müdafiələri təşkil olunacaq.
- COVİD-19 pandemiyası ilə əlaqədar BDU distant təhsillə bağlı hansı işləri görüb?
- Dörd aya yaxındır ki, karantin rejimində yaşayırıq. Dünyanı bürüyən COVİD-19 pandemiyasının ölkəmizdə yayılma sürətini minimuma endirmək, epidemiyanın qarşısını almaq və iqtisadi dayanıqlığı saxlamaq üçün ölkə rəhbərliyi tərəfindən mühüm silsilə tədbirlər həyata keçirilir. Məhz bu qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu gün pandemiyadan ən az əziyyət çəkən dövlətlər sırasında yer alır. Lakin təəssüf ki, bütün sahələrdə olduğu kimi pandemiya təhsil sahəsinə də öz mənfi təsirini göstərdi və virusun ölkə sərhədlərinə yaxınlaşdığı vaxt bütün təhsil müəssisələrində tədris prosesi donduruldu. Buna baxmayaraq, Universitet rəhbərliyinin çevik yanaşması, professor-müəllim heyətinin, köməkçi heyətin və tələbələrin @bsu.edu.az domenli elektron ünvanlarla təmin olmunması, vaxt itirmədən distant tədrisə başlamağa imkan yaratdı. Qısa müddət ərzində geniş imkanlara malik olan “Microsoft Teams” platforması üzərindən dərslər onlayn formada bərpa olundu. Bununla da BDU-da ənənəvi təhsil distant təhsillə əvəz olundu. İlk günlərdə bəzi texniki çətinliklər olsa da təhsilalanlar və müəllimlər tezliklə bu tədris formasına tam uyğunlaşa bildilər. Daha sonra bu platforma üzərindən distant iclaslar, elmi seminarlar, hətta elmi konfransların təşkil olunması uğurla həyata keçirildi.
- Pandemiyanın zərurətə çevirdiyi distant təhsilin üstünlükləri və çatışmazlıqları barədə nə deyə bilərsiniz?
- Distant təhsilin əlavə vaxt itkisinin olmaması, təhsilalanların virtual tədris sistemləri ilə işləmək bacarıqlarının artırılması və bu platformalar vasitəsi ilə digər təhsil müəssisələrindəki professor-müəllim heyətinin mühazirələrini dinləmək imkanları əldə etməsi, kağız sərfiyyatının azalması kimi üstün cəhətlərini qeyd etmək olar. Ümumilikdə isə gənclərin sosiallaşmasının, öz aralarında fikir mübadiləsi aparmalarının, mühazirələrdə müəllimlə birbaşa ünsiyyətdə olmalarının və ən əsası bir çox fənlərin ayrılmaz hissəsi olan lobarator dərslərin keçilməsinin, təcrübi tapşırıqların virtual olaraq yerinə yetirilməsinin mümkünsüzlüyü kimi çatışmazlıqlara görə distant təhsil ənənəvi təhsillə rəqabət apara bilmir. Mənim qənaətimə görə ən səmərəli təhsil, universitetin geniş və işıqlı auditoriyalarında tələbələrlə canlı ünsiyyətdə olmaqla verilən təhsildir!
Çətinliklərə baxmayaraq bütün tələbələrə uğurlar arzu edirəm!
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM