Strategiya.az filologiya elmləri doktoru, Əməkdar jurnalist, şair Sona Vəliyevanın "Ordumuzun Polad generalı" adlı məqaləsini təqdim edir:
(Allah yolunda öldürülənləri (şəhid olanları) əsla ölü zənn etmə! Xeyr, onlar öz Rəbbi yanında diridirlər. Onlara (cənnət nemətlərindən) ruzi əta olunur. Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinərək arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.)
Əl-İmran 160 və 170.171.
Müqəddəs Çanakqala savaşının qazilərindən birinin çoxdan oxuduğum xatirələri bu gün ən gərəkli anda yaddaşımı oyatdı. "Biz Aslanlar kimi döyüşürdük. "Allah, Allah" qışqıraraq yağı düşmənə qarşı ülvi, ruhani bir hisslə, duyğularla can qorxusundan çox-çox ucada duraraq döyüşürdük. Döyüşçülər təşviq və teşci kəlmə gözləmədən müqəddəs torpaq uğrunda canlarından keçirdilər... Biz şəhidlər verdik, bəzilərimiz əlsiz, ayaqsız qaldıq - qazi olduq, Vətən yolunda... Şükür, Vətən yaşadı”...
Vətəni qorumaq üçün can əsirgəməmək Allah vəhyidir. Hər kəsə qismət olmaz.
Bəli, Vətəni oğullar qoruyur. Oğullar doğulduğu torpağa da, analara da Tanrı qismətidir, Tanrı ərməğanıdır. Oğullar həm də düşmən çəpəri, sərhəd sipərləridir. Vətən üçün Ana üçün, hər qeyrətli oğulun varlığı qürur yeri, güvən hissi, yoxluğu isə hər birimiz üçün çox ağır itki, həyati dayağımızın zəifləməsi deməkdir. Xüsusilə hərb sahəsində min bir zəhmətlə formalaşan, dəmir iradəli, qorxmaz, cəsur, hüdudsuz vətənpərvər, yüksək peşəkar olan general Polad Həşimov kimi oğulların yerini kiminsə əvəz etməsi üçün illər lazım gələcək. Belə hərbiçilər anadan elə hərbiçi doğulurlar. Uşaqlıqdan xarakterlərindəki əzmkarlıqları, mərdlikləri, Vətənə, torpağa münasibətləri ilə seçilirlər. Uşaq ikən hətta həyətdə dostları ilə oynayanda belə, seçilərək, "dava-dava" oyununda rəhbər, komandir roluna üstünlük verirlər. İllər keçir, onlar həqiqətən, xüsusi missiya üçün göndərildiklərini öz əməlləri və fəaliyyətləri ilə təsdiq edirlər.
Keçən ilin aprel ayında "Kaspi" Liseyinin şagirdlərinin "Aprel şəhidlərinin anım günü”nə həsr olunmuş, Musiqili Dram teatrının səhnəsində yüzlərlə tamaşaç qarşısında Aprel döyüşlərinin şəhid və qaziləri, eləcə də döyüş komandirləri hörmətlə anılanda heç vaxt ağlımıza gəlməzdi ki, növbəti itkimiz hamımızın sevgi və hörmətlə andığı, o döyüşlərdə əsas postlar uğrunda qəhrəmanlıq, şücaət göstərərək, istədiyi qələbəyə nail olan general qardaşımız Polad Həşimov olacaq. O tədbirdə Şəhidlərin rollarını ifa edənlər xəyalən səhnəyə çıxaraq Vətəni bizlərə bir daha əmanət verdilər. Qazilərimiz, şagirdlərə Vətənə, onun şəhid və qazilərinə göstərilən bu sevgi və sayğıya görə təşəkkür etdilər. Döyüşdə, Vətənə müqəddəs xidmətin ən həlledici məqamında bizə qələbə sevinci yaşadan Polad Həşimov kimi şücaətli idgidlərə, onun xidmət komandasına dərin ehtiram və sevgilər göndərildi...
Çox təəssüf, bu gün aprel döyüşlərində həlledici hücumun komandiri kimi cəsurluğu, qorxmazlığı ilə yanaşı əsgərlərinə qəhrəmanlıq nümunəsi olan, onlara qələbənin əsil sirrini öyrədən general qardaşımız şəhid oldu... Onun ən böyük arzusu Qarabağı azad görmək idi... Sözsüz ki, bu hər bir generalın arzudur. O, bu arzusunun reallığına qovuşa bilmədiyi üçün nisgili çəkilməzdir.
Qarabağ itkisindən sonrakı həyatımızda mən hər dəfə hansı bir ziyalının, hərbiçinin ölüm xəbərini eşidəndə, torpaqlarımızın geri alınmadığını görmədən dünyadan köçdüyünə görə o şəxs üçün təəssüflə, yana-yana heyfislənirəm. Onsuz da insan oğlu bu dünyaya Haqdan gəlib və, Ona da dönəcək... Uğrunda mübarizə apardığı torpaq itkisində qələbənin əldə olunmasını görmədən, sevincini yaşamadan şəhid olmağın kədəri həm onun silahdaşlarını, ailəsini, elə biz soydaşlarını da hər zaman göynədəcək. Ona görə Allah qələbə sevinci üçün bizə ömür deyil, səbir deyil, möhlət versin. Gördüyüm, tanıdığım, hər bir soydaşımız, bütövlükdə xalqımız bu itkini ən əziz ailə üzvünü itirmiş kimi qəbul etdilər. Hər bir Azərbaycan ailəsinin şəhidi olan Polad Həşimov kimi generalın itkisi hamımız üçün çox ağırdır, çəkilməzdir. Bu bir ailənin itkisi, şəhidi deyil. Azərbaycan xalqının, Azərbaycan dövlətinin döyüş bölgəsində ümid qalası və istinad yeri kimi qəbul etdiyi qəhrəman generalımızın itkisidir.
Elə oğullar var ki, onlar bir ailə üçün dünyaya gəlirlər. Elə oğullar da var ki, el üçün, xalq üçün, dövlət üçün Tanrı ərməğanı kimi mövcud olurlar və millətin, xalqın ilə taleyüklü məsələlərində öz missiyalarını şərəflə yerinə yetirərək tarixə çevrilirlər. Döyüş səngərində əsgəri ilə yanaşı vuruşan Polad Həşimov kimi...
Heydər Əliyev adına Ali Hərbi Məktəbin, eləcə də Türkiyə Hərbi Akademiyasının məzunu olması, hərbi biliklərlə yanaşı tariximizi, ədəbiyyatımızı dərindən mənimsəməsi onu dövlətin, millətin generalı olmağa aparan yolun ilk pillələri kimi xatırlanır.. Bəli, Vətən seviləndə bütövlüklə, var olan hər neməti ilə sevilir və qoruması uğrunda canını əsirgəməmək hisslərinədək ucalır. Bu mənada P.Həşimovu MÜDRİK GENERAL deyə xatırlasaq daha düzgün olar. Əmir Teymurun müdrikliyi, şücaəti, qəhrəmanlığı ilə birləşərək onu bütün döyüşlərdən qəhrəman, qalib kimi çıxarmağa yol açırdı. Əmir Teymur əsgərlərini övladı kimi sevirdi, tənbeh edəndə belə övladı kimi tənbeh edirdi. Hətta qələbəsinin sirrini əsgərlərinə bəslədiyi müdrik münasibəti ilə bağlayırdı: "Mən onları süfrəmin ətrafında oturtdum, onlarla birlikdə süfrəyə əl uzatdım, onlar da mənim və uğrunda mübarizə apardığım ideyalara görə canlarını əsirgəmədilər" deyirdi. Əmir Teymur hər əsgərini itirəndə gecələr əsgərləri yatarkən dağ başına çıxaraq, qurd kimi huy çəkər, həlak olan, övlad kimi sevdiyi əsgərinin öcünün alınmasına qurd andı içərmiş.
Bu gün əsgərləri bu itkini "Ata General" itkisi kimi qəbul etməsi "əsl milli general necə olmalıdır” düsturunu açır. P.Həşimov hətta döyüş zamanı əsgərlərindən belə öndə durdu. Bu əsgərlərini övlad münasibətinin təcəssümü idi. Atası yanında olan uşaq, komandiri, generalı öndə olan əsgər arxalı, güclü hiss edər özünü... Bizim generalımız bu güvənc hissini əsgərlərinə içindəki Vətən sevgisinin təhriki ilə ötürürdü. Onun Vətən, torpaq sevdalısı olması peşə, vəzifə borcundan irəli gələn çox məqama yüksək şərəf, şöhrət gətirdi. Belə qəhrəmanlar özünün, ailəsinin taleyini düşünmədən ali eşqin, vətən eşqinin çağırışına doğru gedərək şəhidlik zirvəsinə ucalırlar. Qəhrəmanlığın ictimai əhəmiyyətini, məzmununu canları, qanları ilə bizə çatdırırlar.
Bir anlıq fəaliyyətləri ilə bağlı əldə etdiyi, Azərbaycan dövlətinin onun fəaliyyətinə verdiyi təltiflərə nəzər salaq:
P.Həşimov 2003-cü ildə mayor rütbəsində olarkən Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
2009-cu ildə polkovnik-leytenant Həşimov Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb. 2014-cü ildə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2016-cı ildə Aprel döyüşləri zamanı Polad Həşimov Talış kəndi istiqamətində döyüşlər zamanı göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə II dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. O, Aprel döyüşlərinin qəhrəmanı hesab edilirdi. Talışdağ istiqamətində mövqələri gücləndirərək açıq döyüşə girib, düşmən tərəfin onlarla əsgərini məhv etmişdi.
2019-cu il iyunun 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova general-mayor hərbi rütbəsi verilmişdi.
Ən vacib məqam odur ki, general Polad Həşimov bütün Azərbaycan əsgərlərinə nümunə, onlar üçün ciddiyyət və rəşadət simvolu kimi xatırlanır. Əsgərləri ilə səngərləri bölüşən, döyüş meydanın həyəcanını, qəhrəmanlığı, qorxmazlığı ilə yox edən əsl general kimi ruhunu, xarakterini davamçılarına ötürə bildi. Onun Vətən eşqi, alınmayan torpaq öcü qarşısında qələbə gününədək əsgərləri ilə səngər həyatı yaşamasına and içməsi, hətta şəhidliyindən sonra belə bizə, eləcə də əsgərlərinə qoyub getdiyi yüksək mənəviyyat dərsidir.
Aprel döyüşlərində şəhid olan Raquf Orucovun yaxın dostu kimi onların qanlarının yerdə qalmayacağına, qələbəyə doğru bütün güc və hərbi biliklərini səfərbər etməyə söz vermişdi. Onların qələbə arzularının həyata keçməsində can əsirgəməməyə and içmişdi. Təəssüf... Qələbə gününün sevincini yaşamadan şəhid olması, bütün soydaşlarını göyüm-göyüm göynətdi.
Tanıyanlar, əsgəri olmuş insanlar onun bir mərdlik, qorxmazlıq, cəsurluq məktəbi olduğunu qürurla qeyd edirlər. Onun qeyri-adi hərbi biliyə, intuisiyaya, hərbi taktika bacarığına malik olmasını, ən başlıcası isə əsgərlərinə doğma övlad sevgisi ilə yanaşmasını məhəbbətlə qeyd edirlər. Belə münasibətlərin, duyğuların könlündə taxt qurduğu Polad Generalın döyüş meydanından uzaqdan əsgərlərinə əmr göndərməsi sözsüz ki, mümkün deyildi. Əsgərlərinin dediyinə görə onlarla görüşəndə "Öncə Vətən" deyib, hərbi təlim məsələlərinə, izahatlara başlayanda hər kəsi bir anda səfərbər etmək bacarığı ona əsgər rəğbətini artırırdı.
Qarabağ döyüşlərində ilk şəhid generalımızı itirməyimiz hər bir soydaşımızın ürəyində nisgili dərinləşdirdiyi kimi, qələbə döyüşləri üçün daha da ürəkləndirdi. Yüzlərlə, minlərlə gəncimiz hərbi səfərbərlik üçün müraciətlərə başladı. Xalqımızın Polad Generalı ölümü ilə belə, xalqı qələbəyə inandırdı.
Generalın dəfni zamanı yeniyetmə oğlunun söylədiyi "Vətən sağ olsun!" fikri atasının "Öncə Vətən" şüarının dolğun ifadəsi idi. Analar anası, xanımlar xanımı Səmayə xanımın "beş ay idi evə gəlmirdi" sözləri ürək dağlasa da, mərd oğul anası olması təsəlli, doğmalarına, onu sevənlərə toxtaqlıqdır…
Ön cəbhəni ilk keçilməz ev bilərək, təhlükənin yaxınlığını hiss etdiyindən ailəsinə baş çəkə bilməyən, hərbi görəvin, torpağın hər şeydən müqəddəs olduğunu soydaşlarımıza dərs, hərbiçilərimizə isə müqəddəs tapşırıq kimi ötürən generala eşq olsun!
Şəhid və şahid adı uca Allahın adları sırasında yer alaraq dərin mənanı özündə ehtiva edir. Əl İmran surəsinin 18-ci ayəsində deyilir: "Allah şahidlik etdi ki, Özündən başqa heç bir Tanrı yoxdur. Mələklər və haqq - ədalətdən ayrılmayan elm sahibləri o mütləq qüvvət, hikmət sahibindən başqa bir Tanrı olmadığına şahidlik etdilər".
Bəli, ordumuzun Polad Generalının şəhidliyinə ilk olaraq Allah şahidlik etdi, Vətən sevdalısı, torpaq, yurd şəhidini cənnətlə müjdələdi. İnanırıq ki, cənnətdə qərar tutan ruhunu davamçısı olduğu əsgərləri tezliklə zəfər qələbəsi ilə sevindirəcəklər.
Cənnətin mübarək, səngərimizin Polad generalı!
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM