Tovuz rayonunun kəndlərinə və dinc əhaliyə dəymiş ziyan qiymətləndirilir

12:40 / 23.07.2020

Məlumat verildiyi kimi, dövlət başçısının "Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar, aidiyyəti dövlət qurumları nümayəndələri və mütəxəssislərdən ibarət İşçi Qrup Ermənistanın hərbi təxribatı nəticəsində Tovuz rayonuna dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlayıb.

Hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərərçəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti hazırda mütəxəssislər tərəfindən öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır.


Mütəxəssislərdən ibarət 3 qrup Tovuz rayonunun atəşə məruz qalmış yaşayış məntəqələrində - Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində 61 fərdi ev və təsərrüfat sahəsinə baxış keçirib. Baxış zamanı müəyyən olunub ki, 6 ev və yardımçı tikili tam yararsız vəziyyətə düşüb və əsaslı tikinti tələb olunur. Bundan başqa, 15 ev və yardımçı tikili, habelə tövlələrə ciddi zərər dəydiyi, 40 ev və təsərrüfatda isə yüngül fəsadlar olduğu müəyyənləşdirilib.


Bunlarla yanaşı, artilleriya atəşi nəticəsində fərdi təsərrüfatlara da ciddi ziyan dəyib. Belə ki, kənd sakinlərinin 20-25 xırdabuynuzlu heyvanı və 70-75 ev quşu tələf olub, qış ehtiyatı üçün toplanan 300-350 ot bağlaması tamamilə yanıb, bir sıra vətəndaşların şəxsi avtomobilləri mərmi qəlpələrindən ciddi zədələnib, 15 evdə vətəndaşların məişət əşyaları və həyətyanı əkin sahəsi zərər görüb.


İşçi qruplar tərəfindən dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə də baxış keçirib. Hazırda vətəndaşların evlərinə, yardımçı tikililərinə, şəxsi əmlak və əkin sahələrinə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş zərərin həcmi və dəyəri qiymətləndirilir. Dəymiş ziyan tam müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, fəsadların tam aradan qaldırılması ilə bağlı təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.


Qeyd edək ki, Tovuz rayonunun sərhəd bölgəsində Ermənistanın hərbi təxribatı nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər operativ olaraq həyata keçirilir.


Azərbaycan dövlətinin daim öz vətəndaşının yanında olması sərhəd bölgəsində düşmənlə üz-üzə duran və hər an düşmən təxribatı ilə qarşılaşmaq təhlükəsi olan sakinlərə ruh yüksəkliyi verir. Bu, bir daha göstərir ki, Azərbaycanda dövlət siyasətinin ana xəttini insan amili təşkil edir və dövlətimiz vətəndaşına hər zaman dəstək göstərməyə, onun təhlükəsizliyini təmin etməyə hazırdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM