Ermənistanın məğlubiyyətini danmaq cəhdləri və saxtakar təxribatçılığı

12:47 / 25.07.2020

Bir sıra Avropa ölkələrinin paytaxt şəhərlərində azərbaycanlı soydaşlarımızın keçirdikləri ölkəmizlə həmrəylik aksiyaları dünya azərbaycanlılarının sivil, demokratik yollarla müstəqil Azərbaycan Respublikasının dövlətçilik mənafelərini müdafiə edən dinc kütləvi tədbirlərdir. Bununla Avropa ölkələrində yaşayan soydaşlarımız son günlərdə Azərbaycanın Tovuz rayonu ərazisində Ermənistanın ölkəmizin dövlət sərhədlərini pozmaq cəhdləri, hərbçilərimizin və günahsız dinc əhalinin, mülki şəxslərin atəşə tutulması, qətlə yetirilməsi barəsindəki real həqiqətlərin dünya xalqlarına obyektiv şəkildə çatdırılması missiyasını həyata keçirirlər. Dünya birliyinin Azərbaycan dövlətinin obyektiv mövqeyi və baş vermiş hadisələrin həqiqi mahiyyəti ilə tanış edilməsi xalqımızın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizənin soydaşlarımız tərəfindən dəstəklənməsi deməkdir. Bu dinc və mütəşəkkil aksiyaların dünya ölkələri, beynəlxalq qurumlar, media nümayəndələri, habelə aksiyaların keçirildiyi ölkələrin əhalisi tərəfindən normal qəbul edilməsi və müsbət reaksiya doğurması beynəlxalq birliyin ölkəmizin mövqeyinə, Azərbaycan həqiqətlərinə haqq qazandırdığını nümayiş etdirir.


Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.


Akademik bildirib ki, bütün bunlar həm də işğalçı Ermənistanın təxribatçı və qəsbkar mövqeyinin ifşa edildiyini, onların və havadarlarının növbəti uydurmalarının yalan və böhtandan ibarət olmasını göstərir. Ona görə də erməni lobbisinin dünya ölkələrində dinc nümayiş keçirən, ədalətli mövqe nümayiş etdirən azərbaycanlılara qarşı söz vasitəsilə, demokratik yolla cavab vermələri mümkün deyildir. Artıq dünyada Ermənistan Respublikasının, Paşinyan rejiminin, erməni diasporunun uydurmalarına inanan yoxdur. Ermənilərin yüz illər ərzində formalaşdırmaq istədikləri uydurma "yazıq və məzlum erməni milləti” mifi dağılıb. Erməni diasporunun və onlara Ermənistandan dəstək verən qəsbkar rejimin, habelə daşnak rejiminin xaricdəki havadarlarının müxtəlif ölkələrdəki azərbaycanlıların keçirdikləri dinc həmrəylik aksiyalarına basqın etmələri, soydaşlarımıza xəsarət yetirmələri, təhqiramiz addımlar atmaları, söyüş və böhtanlarla onları aşağılamaları bədnam erməni xislətinin, erməni vandalizminin eybəcər təzahürləridir. Tovuz bölgəsindəki döyüşlərdə bir daha uduzmuş təcavüzkar Ermənistanın Avropa ölkələrində törətdikləri təxribatçı hərəkətlər onların növbəti məğlubiyyətlərini danmaq, ört-basdır etmək və diqqəti əsl həqiqətlərdən yayındırmaq cəhdlərindən başqa bir şey deyildir. Çox təəssüf ki, onlar həmişə olduğu kimi, bu gün də terrorçuluq, təxribatçılıq, böhtançılıq yolu tutmaqdan uzağa gedə bilmirlər.


"Son günlərdə bir çox Avropa ölkələrində dinc azərbaycanlı soydaşlarımıza və Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirliklərinə erməni millətindən olan adamların etdikləri basqınlar, səslənən hədələr, törədilən xəsarətlər və təxribatlar Ermənistan rejiminin təşkil etdiyi terror hadisələridir. Erməni tərəfinin Avropa ölkələrində yaratdığı acınacaqlı vəziyyət və törətdiyi təxribat beynəlxalq hüququn bütün normalarına və qaydalarına tamamilə ziddir. Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror və təxribat dalğasının qarşısını almalıdır. Erməni tərəfinin təcavüzünə məruz qalan dinc azərbaycanlıların basqınçılardan özlərini müdafiə etmələrinə aid görüntüləri montaj edib, yeni yalan və böhtanlar düzəldən ermənilərin törətdikləri vəhşiliklər obyektiv şəkildə araşdırılıb hüquqi qaydada qiymətləndirilməlidir. Ermənilərin beynəlxalq ictimai rəyi çaşdırmaq üçün uydurduqları yeni fitnələrə göz yummaq olmaz. Azərbaycan xalqı, ziyalılarımız, alimlərimiz inanır ki, dünya ictimaiyyəti xalqımızın haqq işini obyektiv qiymətləndirəcək, erməni təxribatçılarına heç cür dəstək verməyəcəkdir. Azərbaycan-Ermənistan sərhədində isə Paşinyan rejimini müstəqil dövlətimizin dönməz mövqeyi, xalqımızın möhkəm birliyi və həmrəyliyi, qədim Azərbaycanın əraziləri olan Lələtəpəni və Günnüt kəndini düşmən işğalından azad etmiş qəhrəman və vətənpərvər Azərbaycan əsgərinin itirilmiş torpaqlarımızı geri qaytarmaqdan yoğrulmuş sarsılmaz iradəsi gözləyir", - deyə akademik İsa Həbibbəyli bildirib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM