Uçuşlar bərpa olunur?

09:16 / 29.07.2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, iyul ayının 28-də ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü keçirilib.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən  bildirilib ki, danışıqlarda "Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov, "Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Eldar Hacıyev, "Azərbaycan Hava Yolları”nın Aviasiya Daşımalarının Satışı İdarəsinin rəisi Niyazi Həsənov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid, Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev və Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov iştirak edirdi.

COVID-19 pandemiyası dövründə turizm sahəsinin inkişafı və bu məsələdə mülki aviasiyanın rolu danışıqların əsas mövzusu olmuşdur. Qeyd etmək lazımdır ki, görüş ərəfəsində videokonfrans vasitəsilə Azərbaycanın aparıcı turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilmiş və onların pandemiya dövründə AZAL aviaşirkəti ilə əməkdaşlığa dair təklifləri dinlənilmişdir.

Qonaqları salamlayaraq Cahangir Əsgərov bildirdi ki, koronavirus pandemiyası və ölkələr arasında sərhədlərin bağlanması səbəbindən mülki aviasiya və turizm sahələri hazırda olduqca mürəkkəb vəziyyətdədir. Onun sözlərinə görə, martın 15-dən hazırkı vaxtadək Azərbaycanın milli aviadaşıyıcısı və onun tərəfdaşları tərəfindən 239 beynəlxalq reys yerinə yetirilərək 23 mindən artıq həmyerlimiz vətənə çatdırılmışdır. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi cədvələ uyğun olaraq AZAL aviaşirkəti həmyerlilərimizin vətənə təxliyə edilməsi üçün çarter reyslərini yerinə yetirməyə davam edir.

Görüşdə Fuad Nağıyev qeyd etdi ki, hazırda turizm sənayesi bütün tarixi boyu ən dərin böhran vəziyyətini yaşayır. İqtisadiyyatın bu sektorunun bərpası regional və qlobal səviyyədə sərt rəqabət şəraitində keçəcək. Turizm sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün onun bütün subyektlərinin qərar qəbul etmə prosesinə cəlb edilməsi tələb olunur. Bu zaman qərarlar tez bir zamanda qəbul edilməli, reaksiya dinamik və səmərəli olmalıdır. Turizmin bərpa edilməsinə və inkişafına kömək edə biləcək və etməli olan ən mühüm amillərdən biri ölkəyə turist gəlişinin mümkünlüyü amilidir.

Görüşə yekun vuraraq Cahangir Əsgərov məlumat verdi ki, pandemiya dövründə yeni müvəqqəti hava daşımaları qaydaları təsdiq edildikdən sonra Azərbaycanın milli aviadaşıyıcısı və bəzi xarici aviaşirkətlər tələbatın daha yüksək olduğu istiqamətlər – İstanbul, London, Berlin, Dubay və Minsk istiqamətlərində xüsusi beynəlxalq reyslər yerinə yetirməyə başlamışdır. Bu zaman, vətənə qayıtmaq arzusunda olan Azərbaycanlı tələbələr üçün AZAL-ın reyslərində aviabiletlərin dəyərinə 30% həcmində güzəşt tətbiq edilir.

Karantin rejiminin uzadılması və sərhədlərin 2020-ci ilin 31 avqust tarixinədək bağlanması səbəbindən Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsi üçün bağlıdır. Bununla belə, AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir.

"Azərbaycan Hava Yolları”nın prezidenti bildirdi ki, görüş ərəfəsində keçirilən videokonfrans zamanı səsləndirilən turizm şirkətlərinin arzularını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribyutor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində oflayn satışı açacaqdır. Cahangir Əsgərovun fikrincə, bu zaman anlamaq lazımdır ki, turizm operatorlarının əsas gəlir mənbəyi təkcə aviabilet satışı deyil, bütün dünyada olduğu kimi, hazır turizm paketlərinin satışı olmalıdır. Digər ölkələrin təcrübələrinə əsaslanaraq, ilk növbədə, pandemiyadan sonrakı dövrdə daxili turizmin inkişafına diqqəti yönəltmək lazımdır, "Azərbaycan Hava Yolları” isə respublikamızı xarici turistlərin səfəri üçün daha əlçatan edəcək.

İşgüzar və konstruktiv şəraitdə keçən görüşün iştirakçıları ən mühüm və aktual məsələləri müzakirə etdilər. Tərəflər gələcək əməkdaşlığa hazır olduqlarını bildirdilər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM