COVID-19 səbəbindən yerli xalqların bəzi icmaları yer üzündən sadəcə yox ola bilər. Onların bir çoxu, xüsusilə də Amazoniya mənşəli olanlar tam könüllü təcrid şəraitində yaşayır və onların virus infeksiyasına qarşı immuniteti çox aşağıdır. İstənilən bir missionerin gəlişi onlar üçün faciə ilə nəticələnə bilər. BMT-nin Xəbərlər xidməti bildirir ki, bunu 9 avqust - Beynəlxalq Yerli Xalqlar Günü ərəfəsində BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Baçelet söyləyib.
Bu günə olan məlumata görə, dünyanın 90 ölkəsində yerli xalqların 370 milyona yaxın nümayəndəsi var. Onlar dünya əhalisinin 6 faizindən azını və planetin ən kasıb sakinlərinin 15 faizini təşkil edir.
Mişel Baçelet deyib: “Demək olar ki, 90 ölkənin hər birində yerli xalqların icmaları çox vaxt ucqar rayonlarda yaşayır və tibbi yardım, təmiz su və sanitariya xidmətlərindən məhrumdur. Onların icma həyat tərzi xəstəliyin daha sürətli yayılmasına gətirib çıxara bilər …”. O əlavə edib ki, şəhər şəraitində yaşayan yerli xalqların nümayəndələri çox vaxt əhalinin ən yoxsul qruplarına aid edilir və səhiyyə sahəsi də daxil olmaqla ayrı-seçkiliklə üzləşir.
Ali komissarın qeyd etdiyi kimi, Şimali və Cənubi Amerikada yerli xalqların 70 mindən çox nümayəndəsi təhlükəli koronavirusa yoluxub. Yoluxan insanlardan təxminən 23 min nəfəri Amazon hövzəsinin kiçik yerli xalqlarına aiddir. Onlardan min nəfərdən çoxu, o cümlədən əcdadlarının adət-ənənələrini dərindən bilən bir neçə ağsaqqal dünyasını dəyişib. Bu həftə Braziliyada yavalapiti xalqının lideri Aritana faciəli şəkildə öldü.
Braziliya, Boliviya, Peru, Ekvador, Kolumbiya, Venesuela, Qayana, Surinam və Fransa Qvianasının daxil olduğu bu regionda yerli xalqların təxminən 420 icması yaşayır. Onların olduğu yerlərdə torpaqlar kənd təsərrüfatının inkişafı məqsədilə faydalı qazıntıların qanunsuz hasilatı, meşələrin qırılması və yandırılması nəticəsində getdikcə daha çox dağıntıya və çirklənməyə məruz qalır.
BMT-nin baş hüquq müdafiəçisi deyib: “Hərəkət və iqtisadi fəaliyyəti məhdudlaşdıran qaydalara baxmayaraq, bu qeyri-qanuni iqtisadi fəaliyyət növlərinin bir çoxu son aylarda da davam edib. Həmçinin yerli xalqların icmalarının yüksək yoluxma riskinə səbəb olan dini missionerlərin səfərləri dayandırılmayıb”.
Müasir cəmiyyətlərdən “könüllü təcrid olunmuş” və ya təmasın ilk mərhələsində yaşayan yerli xalqlar virus infeksiyasına qarşı xüsusilə aşağı immunitetə malik ola bilər. Bu onlardan çoxu üçün faciə ilə nəticələnər. Torpaqlarını tərk etməyə məcbur olmuş icmalar və xalqlar da özlərinin ağır iqtisadi və sosial vəziyyəti ucbatından çox həssasdır. Sərhədyanı ərazilərdə sığınacaq tapanlar ən çətin vəziyyətə düşüblər.
“İyun ayında tabeliyimdə olan idarə COVID-19 kontekstində yerli xalqların İnsan Hüquqları üzrə Təlimatı nəşr edib. Təlimatda bir neçə ölkədə uğurla tətbiq edilmiş tədbirlər izah olunub. Onların çoxu yerli xalqlarla sıx məsləhətləşmə şəraitində hazırlanıb. Təlimatda həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə yerli xalqların nümayəndələrinə müsbət təsir göstərən praktik tövsiyələr öz əksini tapıb”, - deyə Ali komissar bildirib.
Onun sözlərinə görə, pandemiya yerli xalqların özünüidarəetmə və öz müqəddəratını təyinetmə hüquqlarının reallaşdırılmasının vacibliyini yenidən xatırlatdı: “Onlarla məsləhətləşmək lazımdır. Yerli xalqlar öz nümayəndələri, liderləri və ənənəvi hakimiyyət orqanlarının vasitəsilə maraqlarına uyğun dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində iştiraketmə imkanına malik olmalıdır”.
M.Baçelet əlavə edib ki, söhbət insanların həyatı və bizi bəşəriyyətin ən dərin köklərinə bağlayan mədəniyyətlər, dillər və ənənəvi biliklərin dəyərli irsinin müdafiəsindən gedir.//AZƏRTAC
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM