Əli Həsənov hər zaman həyatda da, dövlətdə də doğru durmuş və buna görə çox əyrilərin bəlasını görmüş adamdır.
Azərbaycan prezidentinin sabiq köməkçisi Əli Həsənovun səhhətində növbəti dəfə yaranmış problemlərlə bağlı Türkiyəyə yola düşdüyünü dünən erkən saatlarından bilirdim. Özünü narahat etmək istəmədim, ailə üzvlərinə "keçmiş olsun" diləklərimi ifadə etdim, Allahdan şəfa dilədim. İstər yüksək vəzifə tutan və ya tutmuş bir şəxs olsun, istər çox sadə bir vətəndaş, kimsə sağlıq sorunu ilə üzləşibsə və vicdanı, ləyaqəti, şərəfi olan insanlar bu barədə xəbər tutubsa, ona Allahdan şəfa diləməli, əgər ortada hər hansı bir problem varsa, sağlığına qovuşmasını gözləməlidir. Bizim min illərin sınağından çıxmış törəmiz, adət-ənənəmiz, mənəviyyat kodekslərimiz məhz bunu diqtə edir.
Ancaq bu mənəviyyatdan uzaqlaşmış, yaxud ona heç zaman malik olmamış bir çoxları Əli Həsənovun timsalında ömrünü Azərbaycan dövlətinin ali maraqlarının təmin olunmasına, təmsil olunduğu hakimiyyətin möhkəmlənməsinə, liderləri olan Heydər və İlham Əliyevlərin ictimai rəydə dayaqlarının güclənməsinə, ölkədə sabitliyin və rifahın hər bir vətəndaşın həyatında müsbət rol oynamasına həsr etmiş ləyaqətli bir dövlət xadiminə qarşı cılız intriqalarla məşğul olur, onun səhhəti üzərindən manipulyasiyalar edirlər. Əli Həsənov sıradan bir adam deyil, uzun illər dövlətin yüksək pillələrində məxfi informasiyalarla işləmiş bir şəxsdir. Belə bir adam səhhətində həqiqətən problem olmasa, xəlvətcə, Azərbaycanın müvafiq dövlət qurumlarının və rəhbərlərinin xəbəri olmadan ölkəni deyil, heç Bakını belə tərk edə bilməz, əlbəttə ki. Odur ki, xüsusi bir informasiyam olmasa da, qəti şəkildə əminəm: Əli Həsənovun təcili surətdə müayinə və müalicəyə ehtiyacı olması barədə həm Azərbaycanın, həm də Türkiyənin ən üst səviyyələrdə öncədən məlumat olub. Komplo teoirilər quraşdırmağa ehtiyac yoxdur. Buna heç inanan da yoxdur. Özünüzə baxmayın, Əli Həsənovun kitabında qaçmaq yoxdur!!!
Odur ki, əllərindəki rumkaları dik qaldırıb Türkiyədən xəbər gözləyənlər umsunmasılar. Uca Tanrının və çağdaş səhiyyəyə malik qardaş Türkiyənin uzman doktorlarının yardımı ilə Əli Həsənov qısa zamanda sap-sağlam Azərbaycana dönəcək. Ancaq bir sual düşündürür məni. Deyirlər axı, dağ dağa rast gəlməz, ancaq insan-insana rast gələr. Görəsən, bir zamanlar Əli Həsənovun diqqətini cəlb etmək, dəstəyini qazanmaq, qəbuluna və çevrəsinə düşmək üçün, çox-çox üzr istəyirəm ifadəmə görə, gündə beş dəfə dombalaq aşanlar nədən bir "keçmiş olsun" diləyi yazmırlar öz Facebooklarında? Öz canları daşdan, dəmirdəndir yoxsa? Axı o, məhz həmin Əli Həsənovdur ki, Azərbaycanda istənilən media mənsubunun istər şəxsi, istər ictimai məzmunda olan problemlərinə həmişə diqqətlə yanaşıb. Özünə çıxa bilməyəndə müavinlərinə, müavinlərinə əl çatmayanda sektor müdirinə, PA-da onun başçılıq etdiyi ictimai-siyasi şöbənin əməkdaşlarına demisiniz sözünüzü. İndi çoxunuz heç PA-nın yaxınlığındakı, İA-nın qarşısındakı avtodayanacağın gözətçilərinə belə yaxın düşə bilmirsiniz. Buraxın diqqəti, dəstəyi, himayəni, dəyərləri, mən Əli Həsənova ondan tez salam verdiyi üçün "kişi"lərin qadınları qısqandığına şahid olmuş adamam. Bu nə həyat tərzidir siz yaşayırsınız? İnanın, buna görə heç kim sizə "praqmatik" demir, iküzlü və şərəfsiz deyir! Bir də onu deyirlər ki, min ağac uzaq olsun, bir balaca ayağı büdrəsə, prezident İlham Əliyevə ən aşağılıq hücumları məhz belələri edəcək. Amma o hücumların qarşısına yenə Əli Həsənov və onun ideoloji həmfikirləri- dövlət başçısının gerçək tərəfdarları çıxacaq. Çünki:
Əli Həsənov PRİNSİPİAL ADAM deməkdir.
Əli Həsənov LƏYAQƏTLİ ADAM deməkdir.
Əli Həsənov SƏDAQƏTLİ ADAM deməkdir.
Əli HƏSƏNOV FƏDAKAR ADAM deməkdir.
Əli Həsənov DÖVLƏTÇİ ADAM deməkdir.
Əli Həsənov hər zaman həyatda da, dövlətdə də doğru durmuş və buna görə çox əyrilərin bəlasını görmüş adamdır.
Tanrı Sizi qorusun Əli müəllim!
Taleh Şahsuvarlı
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM