10 aydır ki, mən 25 il fasiləsiz çalışdığım dövlət qulluğundan- Prezident Administrasiyasındakı işimdən ayrılmışam və səhhətimin imkan verdiyi dərəcədə yenə ölkə Prezidentinin siyasi kursunu dəstəkləyən məqalələr yazıram, FB hesabımda statuslar paylaşıram. Lakin son iki ayda səhhətimdə yaranan ciddi problemlərlə əlaqədar yaradıcılıq fəaliyyətimi bir qədər azaldaraq, intensiv müalicə alıram. Hazırda Türkiyədəyəm və ikinci infarktdan sonra növbəti ürək əməliyyatına hazırlaşıram. Lakin, bəzi xüsusi naqis “qələm əhli” mövcud vəziyyətimdən istifadə edərək dayanmadan xüsusi mənim indiyə qədər dövlət qulluğunda gördüyüm işləri qaralamaq, yalan məlumatlar uyduraraq məni xaricdəki antidövlət ünsürləri ilə bağlamaq və bununla da cəmiyyəti çaşdırmaq istiqamətində çirkin kompaniya aparırlar. Əslində, onlar şəxsimə qarşı belə kompaniyanı düz dörd ildir başlayıblar və bu işə keçən müddətdə xeyli cüc sərf ediblər.
Son zamanlar ağıllarına gələni yazırlar. Guya mən Ramiz Mehdiyev və Abdin Fərzəliyevlə birləşərək, dövlət çevrilişi etməyə çalışırmışam, guya neçə müddətdir ki, xaricdə gizlənərək Azərbayvan dövlətinə, şəxsən Prezident İlham Əliyevə, ailəsinə, yaxın ətrafına, o sırada da şəxsən mənə və ailəmə qarşı 1998-ci ildən bu ya a çox çirkin mübarizə aparan Qurban Məmmədova və digər antidövlət ünsürlərinə dəstək vermişəm. Guya indi də qorxumdan ölkədən qaçaraq Türkiyəyə sığınmışam, Prezident R.T.Ərdoğandan siyasi sığnacaq istəmişəm və s. Necə deyərlər, yalanın biri bir qəpik!
Bəri başdan bəyan edirəm ki, bunların hamısı ağ yalan və böhtandır. Mən Türkiyəni də, türk xalqını da sevirəm, onun Lideri hörmətli R.T.Ərdoğana da xüsusi rəğbətim var. Amma mənim doğma Azərbaycanım, doğma xalqım və öz Prezidentim İlham Əliyev var! Mən siyasi həyata Heydər Əliyevçi kimi qədəm qoymuşam, 30 il bu məsləkə qulluq etmişəm, bundan sonra da yolumu və məsləyimi dəyişmək fikrində deyiləm. Mən həyatdan da Əliyevçı kimi köçəcəyəm, qoy buna qoy hər kəs əmin olsun!
Diqqətinizə çatdırıram ki, indiyə qədər mənim bu məsələlərə, haqqımda uydurulan yalan və böhtanlara, sehirli nağıllara susqunluq nümayiş etdirməyimin əsas səbəbi sadəcə onunla bağlıdır ki, indiyə qədərki həyatımda heç zaman ətrafımda baş verən bu tipli pislik və naqisliyin saf və təmiz iç dünyamı qaralamasına imkan verməmişəm və bundan sonra da vermək fikrində deyiləm. Çünki, bütün mənalı həyatımda çalışmışam ki, qarşıma çıxan müsibət qarşısında mətanət, cəhalət qarşısında mərifət, kin-küdrət və qəzəb qarşısında mərhəmət, pislik qarşısında xeyirxahlıq nümayiş etdirim. Bir də haqqımda yazılan o qara-qura yazılara cavab verməməyimin səbəbi onunla bağlıdır ki, mənim indiyə qədər yaşadığım məsuliyyətli və gərgin məmur həyatının, məşğul olduğum içtimai-siyasi fəaliyyətin real həqiqətləri və dəyər ölçüləri o qədər dərin və mənalı bir reallıqdır ki, onu qiymətləndirmək üçün həmin o səviyyəsiz cızma-qaraların altına imza qoyan naqis insanların nə bəsid təfəkkürü, nə pozuq məntiqi, nə də ki, kasad dil qabiliyyəti onu ifadə etməyə yetərli deyil!
Yalnız vicdanı olan hər kəsdən hazırkı vəziyyətimdə bir xahişim var: İmkan verin özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım!
Əli Həsənov
Tarix elmləri doktoru, professor
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM