“Hər hansısa bir real faktı ortaya qoysalar, başımı verməyə hazıram”

23:32 / 05.09.2020

Əli Həsənov: "Siyasi həyata Heydər Əliyevçi kimi qədəm qoymuşam, yolumu və məsləyimi dəyişmək fikrində deyiləm"
 

“Əgər mənim 1998-ci ildən sonra Qurban Məmmədovla hər hansı bir formada əlaqəmi, hər hansı bir formada əməkdaşlığımı, yaxud ona hansısa dəstək verməyimlə bağlı hər hansısa bir real faktı ortaya qoysalar, mən başımı verməyə hazıram”.
 

Versus.az xəbər verir ki, bunu özünün "Facebook" hesabında yazdığı statusunda keçmiş PA rəsmisi, Prezident yanında İdarəçilik Akademiyasında kafedra müdiri vəzifəsində işləyən, Türkiyəyə müalicə üçün getməsinə baxmayaraq ölkədən qaçdığı iddia edilən Əli Həsənov yazıb. O, bu barədə son zamanlar adının Ramiz Mehdiyevlə birgə çəkilməsi və Ramiz Mehdiyevin adamları olan Qurban Məmmədov və digər şəxslərlə əlbir olması, onlara dəstək verməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlamasında bildirib.

 

Əli Həsənov yazır ki, bu gün Qurban Məmmədova ev verən firma və şəxslər qalıb kənarda, mətbuat onları araşdırmaq əvəzinə, sadəcə bir qara piar uyduraraq “günah keçisi” düzəltməyə çalışır.

 
“Məni və ailəmi son 20 ildə Qurban qədər təhqir edən ikinci bir adam mövcud deyil”
 

Əli Həsənov hazırda Türkiyədə müalicə olunmasına baxmayaraq barəsində yayılan iddiaları böhtan adlandırıb və bəzi detallara aydınlıq gətirib:

 

“Dəyərli dostlar, hörmətli səhifə izləyiciləri! 10 aydır ki, mən 25 il fasiləsiz çalışdığım dövlət qulluğundan -  Prezident Administrasiyasındakı işimdən ayrılmışam və səhhətimin imkan verdiyi dərəcədə yenə ölkə Prezidentinin siyasi kursunu dəstəkləyən məqalələr yazıram, FB hesabımda statuslar paylaşıram. Lakin son iki ayda səhhətimdə yaranan ciddi problemlərlə əlaqədar yaradıcılıq fəaliyyətimi bir qədər azaldaraq, intensiv müalicə alıram. Hazırda Türkiyədəyəm və ikinci infarktdan sonra növbəti ürək əməliyyatına hazırlaşıram. Lakin bəzi xüsusi naqis “qələm əhli” mövcud vəziyyətimdən istifadə edərək dayanmadan mənim indiyə qədər dövlət qulluğunda gördüyüm işləri qaralamaq, xüsusi yalan məlumatlar uyduraraq məni xaricdəki antidövlət ünsürləri ilə bağlamaq və bununla da cəmiyyəti çaşdırmaq istiqamətində çirkin kampaniya aparırlar. Əslində, onlar şəxsimə qarşı belə kampaniyanı düz dörd ildir başlayıblar və bu işə keçən müddətdə xeyli güc və vəsait sərf ediblər.

 

Son zamanlar ağıllarına gələni yazırlar. Guya mən Ramiz Mehdiyev və Abdin Fərzəliyevlə birləşərək, dövlət çevrilişi etməyə çalışırmışam, guya neçə müddətdir ki, xaricdə gizlənərək Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə, ailəsinə, yaxın ətrafına, o sırada da şəxsən mənə və ailəmə qarşı 1998-ci ildən bu yana çox çirkin mübarizə aparan Qurban Məmmədova və digər antidövlət mövqeli ünsürlər dəstək vermişəm. Guya indi də qorxumdan ölkədən qaçaraq Türkiyəyə sığınmışam, Prezident Rəcəb Tayyib Ərdoğandan siyasi sığnacaq istəmişəm və s. Necə deyərlər, yalanın biri bir qəpik!

 
"Həyatdan da Əliyevçı kimi köçəcəyəm, qoy buna da hər kəs əmin olsun"
 

Bəri başdan bəyan edirəm ki, bunların hamısı ağ yalan və böhtandır. Mən Türkiyəni də, türk xalqını da sevirəm, onun Lideri hörmətli Rəcəb Tayyib Ərdoğana da xüsusi rəğbətim var. Amma mənim doğma Azərbaycanım, doğma xalqım və öz Prezidentim İlham Əliyev var! Mən siyasi həyata Heydər Əliyevçi kimi qədəm qoymuşam, 30 il bu əqidəyə qulluq etmişəm, bundan sonra da yolumu və məsləyimi dəyişmək fikrində deyiləm. Mən həyatdan da Əliyevçı kimi köçəcəyəm, qoy buna da hər kəs əmin olsun!

 

Diqqətinizə çatdırıram ki, indiyə qədər mənim bu məsələlərə, haqqımda uydurulan yalan və böhtanlara, sehirli nağıllara susqunluq nümayiş etdirməyimin əsas səbəbi sadəcə onunla bağlıdır ki, indiyə qədərki həyatımda heç zaman ətrafımda baş verən bu tipli pislik və naqisliyin saf və təmiz iç dünyamı qaralamasına imkan verməmişəm və bundan sonra da vermək fikrində deyiləm. Çünki bütün mənalı həyatımda çalışmışam ki, qarşıma çıxan müsibət qarşısında mətanət, cəhalət qarşısında mərifət, kin-küdrət və qəzəb qarşısında mərhəmət, pislik qarşısında xeyirxahlıq nümayiş etdirim. Bir də haqqımda  yazılan o qara-qura yazılara cavab verməməyimin səbəbi onunla bağlıdır ki, mənim indiyə qədər yaşadığım məsuliyyətli və gərgin məmur həyatının, məşğul olduğum içtimai-siyasi fəaliyyətin həqiqətləri və dəyər ölçüləri o qədər dərin və mənalı bir reallıqdır ki, onu qiymətləndirmək üçün həmin o səviyyəsiz cızma-qaraların altına imza qoyan naqis insanların nə bəsid təfəkkürü, nə pozuq məntiqi, nə də ki, kasad dil qabiliyyəti onu ifadə etməyə yetərli deyil!

 

Yalnız vicdanı olan hər kəsdən hazırkı vəziyyətimdə bir xahişim var: İmkan verin özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım!”

 

Əli Həsənov məlum statusunda Qurban Məmmədovun qardaşı Sərdar Cəlaloğlunun "Yeni Sabah saytına verdiyi açıqlamanı təqdim edib. Bəyan edib ki, qoy bu yalanı uyduranların vicdanı varsa, heç olmasa xəcalət çəksinlər.

 

Sərdar Cəlaloğlu həmin müsahibəsində bildirib:

 

"Qurban Məmmədovla Əli Həsənov eyni vaxtda oxusalar və tələbəlik illərində bir otaqda qalsalar da, indi düşməndilər. “Bu deyilənlərin hamısı böhtandır. Qurban Məmmədov Ramiz Mehdiyev və Əli Həsənovla düşməndir. Qurban Məmmədovun 5 saylı xəstəxanın yanında 450 kvadrat metrlik ev və həyətyanı sahəsi var idi. Oranı Kəmaləddin Heydərovgil sökürdülər. Qurban Məmmədova da dəyərindən çox-çox aşağı pul təklif edirdilər. O vaxt Qurban Məmmədov “Hürriyyət” qəzetində Kəmaləddin Heydərovun əleyhinə yüzlərlə məqalə yazıb. Ondan sonra belə razılıq əldə olundu ki, Qurban Məmmədova Montində həmin evin dəyərində 5 mənzil verildi. Mənzillərin təmirini də öz üzərlərinə götürdülər. Yəni, bu evləri Ramiz Mehdiyevlər Əli Həsənovun verdiyi sadəcə böhtandır. Qurban Məmmədov o evləri Kəmaləddin Heydərovu biabır edə-edə alıb. Gedib araşdıra, “Hürriyyət” qəzetinin arxivinə baxa bilərsiniz”.

 

Sərdar Cəlaloğlunun sözlərinə görə, - “Qurban Məmmədovla Əli Həsənov eyni vaxtda oxusalar və tələbəlik illərində bir otaqda qalsalar da, indi düşməndilər KİV-dən çıxarılandan sonra hakimiyyətin əleyhinə sərt tənqidlər səsləndirirdi. Bir dəfə ABŞ səfirliyində tədbirdə Əli Həsənov mənə yaxınlaşıb dedi ki, Qurbana de tənqidləri dayandırsın, bu məsələni həll edərik.

 

Hələ mərhum Heydər Əliyevin dövründə Qurban Məmmədov həbs ediləndə Əli Həsənov yazmışdı ki, Qurban Məmmədov dostumdur, amma günahı var. Yəni, münasibətlərimiz olub. Nə isə mən Əli Həsənovun dediklərini Qurban bəyə çatdırdım, o da tənqidləri dayandırdı. Amma bir neçə ay keçdi, onu Vəkillər Kollegiyasına bərpa etmədilər”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM