"Orta təbəqənin meydanlara meylli olması görünmür" — Taleh Şahsuvarlı

13:22 / 08.09.2020

Strategiya.az AzNews.az saytının baş redaktoru Taleh Şahsuvarlı ilə müsahibəni təqdim edir.


- Taleh bəy, ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?


- Böyük tabloya baxsaq, ictimai-siyasi vəziyyət sabitdir. Bütün proseslər Prezident İlham Əliyevin nəzarətindədir. Azərbaycan Prezidenti həm daxili, həm də xarici siyasəti çevik və məharətli bir şəkildə yönəldir, bu proseslərdən taktiki və strateji baxımdan məmləkətimiz adına qalib çıxır. Azərbaycanın iqtisadi, siyasi, sosial münasibətlər strukturu postpandemiya dövründə daha da sürətlənəcək islahatlara hazır vəziyyətə gətirilir. Bütün bunlar olduqca müsbət tendensiyalardır, ancaq bəzi neqativ, narahatlıq doğuran məsələlər də var.


- Nədir o məsələlər?


- Bu gün Azərbaycan hakimiyyətini demoralizasiyaya uğratmaq üçün sistemli cəhdlər edilir. Yönləri, qiblələri fərqli olsa belə, xaricdən və daxildən bəslənən bəzi qüvvələr xalqla hakimiyyət, Prezidentlə elektoratı, tərəfdarları arasında mənəvi, ideoloji, emosional bağları qopartmağa çalışırlar. Bu gün iqtidarı tənqid etmək daha asan ictimai xüsusiyyətə çevrilib, nəinki müdafiə etmək. Xaricdən idarə olunan trollar və onların təsirinə məruz qalaraq mənəvi erroziyaya uğrayanlar İlham Əliyevin səmimi tərəfdarlarına ən müxtəlif yarlıqlar yapışdırırlar, haqqımızda ağızlarına gələnləri yazırlar. Mən ictimai-siyasi mühitə dünən gəlməmişəm, bərkdən-boşdan çıxmışam deyə bütün bunlara əhəmiyyət vermir, kimsənin də qarşısından qaçmıram. Amma söhbət tək məndən getmir. Məsələn, dövlət başçısının ReAl-ın partiya kimi qeydə alınması münasibəti ilə təbrikinin İlqar Məmmədova çatdırılmasını yada salaq. Prezident təbrik, İlqar Məmmədov təşəkkür edib. Normal siyasi etiketdir. Amma iqtidarı daima tənqid edən, lehinə heç bir fikir səsləndirməyən bir partiyanın rəhbərliyi, baxın, bu normal siyasi etiket qarşılığında hansı hücumlara məruz qalır? Deməli, Prezident ictimai-siyasi münasibətlərin sağlamlaşmasında, vətəndaş məmnuniyyətinə xidmət edən təkliflərin açıq müzakirəsində maraqlıdır, bəzi qütblər isə konfrantasiyanın kəskinləşməsində, mədəni və faydalı üslubdan kənarlaşmasında, ictimai-siyasi konsensus mühitinin formalaşmamasında. Bu cəhdlər isə məqsədyönlüdür. Çünki konsensus mühiti olmayanda, demoralizasiyanı desentralizasiya çevirmək üçün fürsətlər yaranır. Sonda orta təbəqəni meydanlara yönləndirərək hakimiyyəti küçənin təzyiqi ilə üz-üzə qoymağa çalışacaqlar.


- Bəzə iddialara görə, payızda ölkədə gərginlik gözlənilir, bunu nəzərdə tutursunuzmu?


- Bu iddialara mən də rast gəlirəm, ancaq konkret hansı informasiyalara söykəndiyini bilmirəm. İstər rəsmi sorğular, istərsə də gündəlik müşahidələr göstərir ki, Prezident İlham Əliyevin reytinqi kifayət qədər yüksəkdir, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan cəmiyyətində yeni lider kimi önə çıxır. Bu baxımdan payızı gözləyənlər yanılırlar, çünki ulu öndər Heydər Əliyevin siyasi davamçıları ilin dörd fəslinin dördündə də hakimiyyəti qorumağa qadirdirlər. Odur ki, söhbət payızdan, bahardan, hər hansı fəsildən, konkret aydan və gündən getmir. Sadəcə, mən bir analitik kimi bəzi tendensiyalar müşahidə edirəm və onun əlamətlərini hiss edirəm.


- Hansı əlamətləri nəzərdə tutursunuz?


- Düzünü demək lazımdırsa, son bir ildə Azərbaycan hakimiyyətinin ideoloji işinin təşkilində müəyyən boşluqlar yaranmışdı. Bu boşluqdan istifadə edən Rusiyapərəstlər, İranpərəstlər, qərbpərəstlər, o cümlədən Fətullah Gülən simpatizanları ictimai rəy yaradıcılığını ələ keçirməyə çalışdılar. Ancaq medianın kurasiyası Hikmət Hacıyevə tapşırılandan sonra bu sahədə köklü dönüş hiss olunur. Hikmət Hacıyev həm media sektoruna doğma, həm də milli kadrdır, Prezidentin yüksək etimadına malikdir. Ona görə də əminəm ki, o, ideoloji işin təşkilində Prezidentin başçılıq etdiyi milli platformanın imperativlərini, xüsusiyyətlərini, reflekslərini əsas tutacaq. Nəyi nəzərdə tutduğumu aydınlaşdırmaq üçün isə xahiş edirəm gəlin, bu faktları ard-arda düzək:


Prezident Rusiyanın dövlət başçısı ilə telefon danışığında Putinə açıq etirazını bildirdi, Xarici İşlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı ilə danışıqları heç də yumşaq keçmədi, İlham Əliyev Yunanıstan səfirini qəbul edərkən “Türkiyənin mövqeyi bizim də mövqeyimizdir” anlamında açıq bəyanat verdi. Bu gəlişmələrdən narahat olanlar diqqəti daxili məsələlərə yönəltməyə çalışırlar və çalışacaqlar. Odur ki, 2013-cü ilin hadisələri barometr kimi götürülməlidir.


- Söhbət Milli Şuranın yaranmasından gedir?


- Yaranmasından yox, yaradılmasından. Kimin tərəfindən yaradılmasını da hər kəs bilir, əlavə şərhə ehtiyac yoxdur. Ancaq həmin ssenariyə indi iki fərqli aktyorun da cəlb olunması prosesi gedir. Birincisi, o zaman hakimiyyətin içində Azərbaycanı müstəqil, amma Türkiyədən daha çox Rusiyaya yaxın olmasını istəyən Ramiz Mehdiyev AMEA-da yox, PA-da idi. Azərbaycan daha çox balanslaşdırılmış siyasət yürüdürdü və bu çərçivədə həmin mövqe balansın tərkib hissəsi kimi görünürdü. Diqqət etmisinizsə, Mehdiyev PA-da işlədiyi dövrdə dəfələrlə Rusiyaya səfər edib, amma bir dəfə də olsun Türkiyəyə getməyib. Hazırda isə Azərbaycanın xarici siyasətinin tərzi, geopolitik tövrü dəyişib. Deməli, Mehdiyev barədə hazırkı narahatçılıqlar təsadüfi deyil və ümumi qənaətlərə görə, onun hakimiyyətin içində “işləmək” imkanları Rəsul Quliyevdən, Əli İnsanovdan və digərlərindən daha çoxdur. Bu imkanlar mütləq zərərsizləşdirilməlidir. Maraqlı məqamlardan biri də odur ki, Milli Şuranın quruculuğunda “ziyalı” statusu ilə iştirak edənlərin bəziləri hakimiyyətə yaxınlaşıb və özlərini iqtidara canıyanan kimi göstərərək, əslində, ictimai rəydə süni gərginlik yaradırlar. İkincisi, yenə deyirəm, altını dönə-dönə çizərək deyirəm, orta təbəqənin meydanlara yönləndirilməsinə imkan vermək olmaz. Düzü, hazırda orta təbəqənin meydanlara meyilli olması görünmür, çünki sabitliyin qorunması bu təbəqə üçün son dərəcə mühümdür. İnqilablar kasıbları onsuz da zəngin etmir, zənginlər isə həmişə getməyə bir yer, yaxud anlaşmağa bir bəhanə tapır, olan isə neqativ anlamda orta təbəqəyə olur.


- Azərbaycan cəmiyyətində orta təbəqənin çəkisi nə qədərdir?


- Bəzən deyirlər ki, Azərbaycanda orta təbəqə yoxdur, amma bi maksimalist yanaşmadır. Evi, maşını, dolanışığı olan hər kəs orta təbəqədir. Ancaq bu orta təbəqə bizdə bir qədər fərqli formalaşıb, yəni özəl sektorda neft pulları ilə zəngin olmuş oliqarxların, məmur və intellektual fəaliyyətlə məşğul olan zümrədə isə yenə neft pulları ilə dolan büdcənin hesabına təşəkkül tapıb. 2013-cü ildə Rusiyadakı azərbaycanlı milyarderlər orta təbəqə üçün cazibədar olmadı, onlara təsir göstərə bilmədi. Ancaq Rusiyadakı oliqarxlardan fərqli olaraq, dediyim səbəblərdən Azərbaycandakı oliqarxların belə bir təmayül yaratmağa müəyyən imkanları var. Bunun qarşısını almaq üçün həm özəl sektorda, həm də dövlət idarəçiliyində orta təbəqəyə reverenslar edilməlidir. Media və QHT sektorunda yaxşı təcrübə toplamış, dövlətə sədaqətli isimlər var, onların potensialı idarəçilikdə dəyərləndirilməlidir. Emin Əmirullayevun nazir təyin edilməsi ilə bu yöndə konkret addımlar da atılıb, sadəcə, indi çevrəni geniş tutmaq lazımdır. Azərbaycanda “sosial lift” çox zəif işləyir və bu baxımdan iqtisadi bloka məsul olan nazir Mikayıl Cabbarovun üzərinə böyük məsuliyyət düşür. “Sosial lift” bir mexanizm olaraq bütün gücü ilə işə salınmalıdır. Mikayıl Cabbarov dinamik və savadlı nazirdir, mənim fikrimcə, Prezidentin ona göstərmiş olduğu etimad çərçivəsində qısa zamanda bu mexanizmi qurmağa və çalışdırmağa qadirdir.


- Taleh bəy, son zamanlar mediada Azərbaycan hakimiyyətinin “köhnələr”ə və “islahatçılar”a bölgüsü aparılır. Bu bölgüdə bir baş redaktor və iqtidarı dəstəkləyən tanınmış ictimai fiqur kimi özünüzü hansı cinahda görürsünüz?


- Vallah, mən xaraktercə köhnə kişiyəm, zehniyyətcə isə həmişə islahatçı olmuşam. İctimai-siyasi mövqeyim isə aydın və birmənalıdır: Prezident İlham Əliyevi müdafiə edirəm, ondan sonra dövlət başçısı postunda çox hörmətli Mehriban xanım Əliyevanı görürəm. Heç bir vətəndaşın, məmurun, həmkarımın qarşısında nə gözükölgəli bir işim var, nə də düşə biləcəyim kompleks. Belə bir kompleksə o zaman düşərdim ki, indiyə qədər hakimiyyətdə yaxın olduğum insanların əleyhinə çıxım, yazım, danışım, onlar da düşünsün ki, bu çörəyi dizinin üstündə olan adamdır, sabah bizi də “vuracaq”. Bu baxımdan, mən çətin, hətta müəyyən mənada riskli yolu seçdim, amma hər kəsə isbat etdim ki, sabah, uzaq olsun, bir şey baş versə, Prezident İlham Əliyevi qoyub qaçanlar sırasında olmayacağam. Bu baxımdan daxilən rahatam. Ümumiyyətlə, hazırda hakimiyyətdə hətta “JEK” müdiri səviyyəsində də elə bir adam yoxdur ki, onunla şəxsi və ya ictimai-siyasi planda konfliktim olsun, hansısa maraqlar toqquşması içərisində olum. Əksinə, hər zaman dediyim bir fikri bir daha xatırlatmaq istəyirəm ki, bütün yeni nazirlər, PA rəsmiləri, komitə rəhbərləri, deputatlar Prezident Əliyevin etimadı çərçivəsində mənim silahdaşlarım, yoldaşlarımdır. Vəzifəsindən, doğulduğu bölgədən, sosial mənşəyindən və statusundan asılı olmayaraq, biz hamımız eyni əqidənin adamları, eyni gəminin sərnişinləriyik. Tarixdə elə mərhələlər olur ki, milli maraqlar dövlət başçısının şəxsiyyəti ilə identifikasiya olunur. Bu baxımdan hesab edirəm ki, İlham Əliyevi dəstəkləmək Azərbaycana xidmətin bir formasıdır. Odur ki, heç bir məqamda öz mövqeyimi gizlətməmiş, bütün həssas durumlarda prezidentə dəstək vermişəm. Əgər hər hansı baş redaktor məndən daha təmiz, daha təmənnasız, daha dürüst, daha savadlı, daha birmənalı şəkildə prezidenti müdafiə edibsə, edirsə, eybi yox, mən susum, o danışsın.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM