Əli Həsənov 2009-cu ildə gülənçilərə necə xəbərdarlıq etmişdir?

13:22 / 18.09.2020

Strategiya.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin 2016-cı ildə APA-ya verdiyi müsahibəni təqdim edir:
– Fətullah Gülənlə bağlı Azərbaycanda cinayət işi açılıb, artıq bir neçə nəfər həbs edilib. Sizin fikriniz maraqlıdır, Azərbaycanda Gülənin şəbəkəsi varmı?

– Bu, birmənalıdır, məncə, mübahisə və müzakirə predmeti də deyil. Ondan başlayım ki, mən dünyəvi dövlət tərəfdarı olan şəxsəm. Hər zaman o fikirdə olmuşam ki, xüsusən müsəlman ölkələrində din siyasətdən kənar tutulmalıdır. İslam ölkələrinin xoşbəxt gələcəyi dinin siyasətdən kənar tutulmasında və dünyəvi dövlətçilik modelindədir. Ola bilsin ki, bu və ya digər ölkədə demokratiyanın səviyyəsi bir az aşağı ola, tam demokratikləşmə, Qərb standartlarına uyğunlaşması zaman ala bilər. Amma ümumiyyətlə, dünyəvi dövlətçilik modeli olmalıdır ki, bu ölkələr demokratiyaya keçə bilsin. Həmişə bildirdim ki, Səid Nursinin ideologiyası əsasında gülənçilik, “Hizmət hərəkatı” formalaşıb, amma bunun kökündə sırf dini ideologiya dayanır. Bəziləri söyləyirdilər ki, onların heç bir siyasi iddiaları yoxdur, yalnız elm, təhsil, maarifçilik istiqamətində fəaliyyət göstərirlər, siyasi partiya kimi formalaşmırlar. Siyasi partiya kimi formalaşsa idilər, bəlkə də cəmiyyət üçün az təhlükəli olardılar. Bütün dövlət strukturlarına, müxtəlif siyasi partiyalara, QHT-lərə, jurnalist təşkilatlarına sirayət etmək, media qurumlarını ələ almaq, getdikləri ölkələrin siyasi elitasına qaynayıb-qarışmaq istiqamətində iş gedirdi və mən də bunları görürdüm. Görürdüm ki, beşinci sinifdən test üsulu ilə Azərbaycanın ən istedadlı uşaqlarını öz məktəblərinə cəlb edirlər. Çünki beşinci sinifdən hər hansı uşağın istedadlı olub-olmaması bəlli olurdu. Məktəblərində Azərbaycan üçün o dövrdə kifayət qədər yüksək təhsil haqqı qoymuşdular. Amma müəyyən insanlara 50 faiz məbləğində güzəşt edirdilər, başqa imkanlı ailələrdən yığdıqları vəsait hesabına tək-tük şagirdləri təhsil haqqından tamamilə azad edirdilər. Beləliklə, ölkənin ən istedadlı adamları bunların təsir dairəsinə düşürdü. İl ərzində uşağın təhsil haqqı üçün 7 min dollar verə bilən orta təbəqə, hətta daha yüksək təbəqə bu şəbəkə ilə bağlı olur, xüsusi istedadlı uşaqları da imkanlı təbəqələr hesabına güzəştlər etməklə öz tərəflərinə çəkirdilər. Orta təbəqə və siyasi elitanı bu formada özlərinə bağlayırdılar. Mənim səbrimi daşdıran və parlamentdə üsyankar çıxışımın kökündə isə bir hadisə dayandı.

2009-cu ildə Atatürk Mərkəzinin dəvəti ilə “Gülüstan” sarayına Heydər Əliyevlə bağlı tədbirə dəvət olunmuşdum. Orda 1000-ə yaxın adam vardı. Ölkənin bütün siyasi elitası, gənclər təşkilatları, aparıcı mətbuat orqanları, din xadimləri orada idi. Tədbirə gələn hər bir kəsə bir qovluq verirdilər. Qovluğun içərisində “Dialoq Avrasiya” jurnalı var idi. Mən auditoriyada öz yerimizdə əyləşəndən sonra jurnalı vərəqlədim. Gördüm ki, tədbir Heydər Əliyevə həsr olunduğu halda jurnalın üz qabığında Fətullah Gülənin şəkli var. Əgər jurnal Heydər Əliyevin ad günü ilə bağlı dərc olunubsa, ən azı jurnalın üz qabığında Heydər Əliyevin şəkli olmalıdır, məqalələrin çoxu Heydər Əliyevə həsr olunmalıdır. Baxdım ki, içəridəki məqalələrin cəmi ikisi Heydər Əliyevə həsr edilib, qalan bütün məqalələr nurçuluq ideyalarının və Fətullah Gülənin təbliğinə həsr edilib. Diskdə paylanan film də Fətullah Gülənə həsr edilmişdi. Fətullah Gülənin də şəkli Heydər Əliyevin şəkli ilə yan-yana idi. Halbuki biz bilirik ki, müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkdür, Türkiyə də dünyəvi dövlətdir. Belə olduğu halda Heydər Əliyevə həsr olunmuş tədbirdə Fətullah Gülənin təbliği nə deməkdir? Bu, bütün əndazə və çərçivələrin, etika və əxlaqi prinsiplərin pozulması idi. Ətrafımda millət vəkilləri vardı, mən söz alıb qəti etiraz etdim. Dedim ki, Fətullah Gülənlə bağlı tədbir keçirilirsə, dəvətnamədə də yazın ki, nurçuluğun, Fətullah Gülənin təbliği ilə bağlı tədbir keçiririk. Tədbirə də kim istəyər, gələr, kim istəyər, gəlməz. Başqasının adı ilə adam dəvət edib, orada başqasını təbliğ etmək heç bir etik çərçivəyə sığmır.

– Bu tədbirə etirazını bildirən başqa şəxslər oldumu?

– Mən çox məmnun oldum ki, o zaman Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov o tədbirdə çox kəskin, cəsarətli bir çıxış etdi. Bu, siyasi baxımdan uzaqgörən, dövlət və ictimai maraqları qoruyan bir çıxışı idi. O dövrdə hər bir hökumət rəsmisinin belə çıxış etməsi doğrudan da cəsarət istəyirdi. Çünki 2013-cü ilə qədər bir çoxları ideoloji bağlılığa görə gülənçilərlə münasibət qurmamışdılar, çoxu konyuktura naminə münasibət qurmuşdu. Bir qrup isə səmimi olaraq Fətullah Güləni o vaxt Türkiyə hakimiyyətinin müttəfiqi kimi qəbul edirdi. Ona görə də Əli Həsənovun 2009-cu ildəki çıxışı o zaman Türkiyə hakimiyyətinin təbliğinə həsr olunmuş bir tədbirdə kəskin çıxış kimi qiymətləndirilirdi. Əli Həsənovun həmin çıxışdan sonra “gülənçilər” fəaliyyətlərində ciddi korrektələr etdilər, öz fəaliyyətlərini çərçivəyə saldılar. Əli Həsənov o tədbirdə onların sifətlərinə dedi ki, bu, artıq bütün əndazəni aşmaqdır. Mən sonra parlamentdə də bu məsələni qaldırdım. Dedim ki, “gülənçi”lər söyləyirlər ki, siyasətlə məşğul deyillər. Tədbirdəki jurnalın baş məqaləsindən bir abzas oxudum. Orada siyasi hakimiyyət uğrunda mübarizəyə açıq çağırış edilirdi. Yazılmışdı ki, nurçuluğun, “gülənçi”liyin mahiyyəti odur ki, beyinləri biliklə, qəlbləri nurçuluq ideologiyası ilə dolmuş insanlar siyasi hakimiyyətə gəldikdə ədalətli cəmiyyət qura bilərlər. Bu o deməkdir ki, yalnız nurçular hakimiyyətdə olarlarsa, ədalətli cəmiyyət ola bilər, başqaları ədalətli cəmiyyət qura bilməzlər. Mən parlamentdə dedim ki, biz dünyəvi dövlətik, niyə bunların qarşısı alınmır, Azərbaycanda istedadlı uşaqların bu şəbəkənin təsiri altında təhsil almasına, böyüməsinə şərait yaradılır?! Bəli, etiraf etmək lazımdır ki, “gülənçi”lərin məktəblərində həqiqətən də yaxşı təhsil verirdilər. Söhbət ondan gedirdi ki, seçmə üsulla yox, sıradan birinci sinifdən 20-25 uşaq götürsəydilər və onlara yaxşı təhsil versəydilər, onların da hamısı ali məktəbə qəbul olsaydı, bu, yüksək qiymətləndirilməli idi. Amma ən istedadlı uşaqları seçirdilər, o uşaqların 80 faizi başqa universitetlərdə oxusaydılar da, ali məktəblərə qəbul olacaqdılar. Mən dedim ki, dövlətçiliyimiz və dinin siyasətdən uzaq tutulması naminə bu şəbəkənin fəaliyyəti aradan qaldırılmalıdır.

– Bu çıxışınızdan sonra sizə münasibət necə oldu?

– Dərhal mənə qarşı anti-təbliğat başlanılması taktikası seçilmədi. Düzdür, onların bir-iki tərəfdarı tərəfindən ayrı-ayrı mətbuat orqanlarında müxtəlif məsələlər bəhanə olunmaqla mənim ünvanıma kəskin yazılar getsə də, hətta deputat həmkarlarım vasitəsi ilə xahiş edib, mənimlə görüşdülər. Məni Pesilvaniyaya dəvət edilər. Mən isə mədəni formada bu dəvəti rədd etdim. Öz iradlarımı, fikirlərimi də çatdırdım ki, bu formada fəaliyyətləri haqlı olaraq cəmiyyətimizdə qıcıq doğurur.

Amma bir daha deyirəm ki, o dövrdə bu şəbəkə ilə əlaqədə olan insanların hamısını Vətənə xəyanətdə, milli maraqları satmaqda ittiham etmək çox ədalətsiz yanaşma olar. Ona görə ki, Azərbaycanda o dövrdə bu şəbəkə ilə əlaqə quranlar Türkiyə iqtidarı ilə əlaqə qurmuş kimi davranırdılar. Bu tarixi həqiqətdir ki, həmin vaxt “gülənçi” lər Türkiyənin hazırkı iqtidarına dəstək verirdilər. O zaman onlarla münasibət quranların, əməkdaşlıq edənlərin çoxu da məhz bu fakta söykənirdilər. Türkiyədə hərbi çevriliş, qiyam cəhdindən sonra bu şəbəkə ilə əlaqəsi olan adamların hamısını işdən çıxarmaq, təqib etmək, təzyiq göstərmək, istintaqa cəlb etmək doğru yanaşma deyil. Qiyamla əlaqəsi olan insanlar əlbəttə, məsuliyyət daşımalıdırlar. Azərbaycanda o ideologiyanı gənc nəslə aşılamaq, gələcəkdə onları dövlət strukturlarına yerləşdirməklə Türkiyədə olduğu kimi dövlət hakimiyyətini ələ keçirmək istəyənlər, yəni o şəbəkənin bu işlə məşğul olan adamları müəyyən olunmalıdır. O insanlar Azərbaycandan çıxarılmalı, qiyamda iştirakı olanlar isə birbaşa məsuliyyət daşımalıdır.

Eyni zamanda Azərbaycanın siyasi elitasında bu şəbəkəyə ciddi bağlı olan adamlar olmasını az ehtimal edirəm. Azərbaycanda vaxtilə onlarla əməkdaşlıq edən, birgə tədbirlər keçirənlər, tədbirlərə sponsorluq edənlər olub. Bu, faktlardır, həmin tədbirlərlə bağlı çəkilişlər, verilişlər var. Amma bu o vaxtlar idi ki, həmin şəxslər Türkiyə hakimiyyətinin müttəfiqləri idilər. Türkiyənin özündə də dövlət səviyyəsində onların tədbirləri keçirilir, dəstəklənilirdi. İndi bu gün o adamlara “niyə birgə tədbirlər keçirmisiniz” demək, düzgün olmaz. Onlar bir iqtidar olub, bunu necə danmaq olar?! İndi eyni iqtidarın daxilində bir tərəf digər tərəfi hakimiyyətdən devirmək istəyib. Kimlərinsə təhriki ilə ediblər, yaxud özləri bunu edib, mən bilmirəm. Amma o zaman da söyləmişdim, indi də söyləyirəm ki, 15 iyul hadisəsində əsas məqsəd Türkiyədə xalqın arasında düşmənçilik yaratmaq, Türkiyəni xaosa soxmaq və Türkiyənin Suriyanın gününə salmaq idi, nəinki hakimiyyət çevrilişinə nail olmaq. Hakimiyyət çevrilişi bu dediklərimin yanında bir ölkə üçün o qədər də böyük təhlükə deyil. Türkiyə üçün daha təhlükəli bir layihə hazırlanmışdı.

– Bəs 2013-cü ildən sonra, yəni Türkiyə hakimiyyətinin Gülənə münasibəti müəyyənləşəndən sonra əlaqələri davam etdirənlərə münasibət necə olmalıdır?

– Hesab edirəm ki, 2013-cü ildə Türkiyədə “gülənçi”lərlə yollar ayrılandan sonra Azərbaycanda da bir çox addımlar atıldı. Azərbaycanda “gülənçi”lərə məxsus bir çox məktəblərin təsisçisi dəyişdirildi, bəzi məmurlar işdən çıxarıldı. Yəni Azərbaycan iqtidarı Türkiyə ilə münasibətlərdə səmimi olmasını o dövrdə də ortaya qoydu.

Ola bilər ki, altdan kimlərinsə “gülənçi”lərlə daha dərinə gedən əlaqələri olub. Amma inanıram ki, bu, hökumət üzvləri səviyyəsində olsun. Hansısa bir şirkət, müəssisə, kiçik ranqlı məmur səviyyəsində belə əlaqələrin saxlanılması ola bilər. Amma mənim özümdə konkret belə faktlar yoxdur ki, kimisə ittiham edim.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM