Prokurorluğun uğurları ədalətin zəfərini şərtləndirir

11:10 / 01.10.2020

“...Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir...”.

Heydər Əliyev, Ümummilli Lider


“...Əminəm ki, Azərbaycan Prokurorluğunun əməkdaşları bundan sonra da qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edəcək, cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq nümayiş etdirəcək və onların üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər...”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı


Xanlar Vəliyev,
Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı 
 
Müasirləşən, modernləşən Azərbaycan
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və zamanı önləyən siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz iradəsi, yorulmaz fəaliyyəti və xalqla iqtidar arasında olan sıx birliyin sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, iqtisadiyyat güclənir, müxtəlif sahələrdə mütəmadi olaraq səmərəli islahatlar həyata keçirilir, regionların tərəqqisinin davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir. Bütün bunların nəticəsində dövlətimiz sürətlə inkişaf edərək daha da qüdrətlənir vətənimiz Azərbaycan dünya ölkələri sırasında tutduğu layiqli mövqeyini möhkəmləndirir. Planetimizin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, eləcə də bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasına rəğmən, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl daxili və xarici siyasət sayəsində ölkəmiz hazırda yüksək templə inkişaf edir və doğma Azərbaycanımız durmadan çiçəklənir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da sağlamlaşdırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir. 
Sirr deyil ki, dövlətimizin qüdrətlənməsində və əldə olunan uğurlarda, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında zəngin biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan Azərbaycan ­Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Onun respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü böyük işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına töhfələr verməkdədir. Qeyd olunanlar, eləcə də Mehriban xanımın sadəliyi, təvazökarlığı, səmimiliyi, bütün məsələlərdə ədalətli mövqeyi, vətəninə və xalqına bağlılığı, insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xeyirxah əməlləri ona sonsuz xalq məhəbbətini qazandırmışdır. Mehriban xanımın bəşər mədəniyyətinin inkişafı istiqamətindəki səriştəli fəaliyyəti, sivilizasiyalararası dialoq prosesinə verdiyi töhfələr və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər isə ona Azərbaycan xalqının sevgisi ilə bərabər, bir sıra xarici ölkə vətəndaşlarının da rəğbətini qazandırmışdır. Təsadüfi deyildir ki, Mehriban xanım Əliyevanın gördüyü nəhəng işlərin sədası dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən gəlir. 
Ölkədə aparılan hərtərəfli islahatlara, görülən böyük işlərə və insanların rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısı cənab İlham Əliyevə ünvanlanan vətəndaşların minnətdarlıq məktublarının ardı-arasının kəsilməməsi, Mehriban xanımın saysız-hesabsız xeyirxah təşəbbüslərinə görə insanların məmnunluq hissləri ilə dolu təşşəkkürlərini ifadə edən müraciətlərinin səngiməməsi həyata keçirilən mükəmməl siyasətin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənməsinin parlaq təzahürüdür.
 
Prokurorluğun yeni, mütərəqqi islahatlar və səmərəli dəyişikliklər dövrü
 
Sirr deyil ki, cənab İlham Əliyevin prezidentlik dövrü hərtərəfli köklü islahatların aparılması, ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən müxtəlif inkişaf proqramlarının hazırlanaraq müvəffəqiyyətlə icra edilməsi, dövlət idarəçilik strukturlarının təkmilləşdirilməsi, uğurlu kadr təyinatlarının həyata keçirilməsi, bir sözlə bütün sahələrdə tərəqqi prosesinin vüsət alması ilə səciyyələnmişdir. Son dövrlər ali icra orqanı olan Prezident Administrasiyası da daxil olmaqla bir neçə dövlət qurumlarında cəmiyyətdə yüksək qiymətləndirilən mütərəqqi struktur və kadr islahatları aparılmış, o cümlədən müxtəlif dövlət orqanlarının strukturlarının müasir tələblərə uyğunlaşdırılması, müvafiq qurumların yaradılması, bəzilərinin birləşdirilməsi və ya ləğvi ilə nəticələnən əhəmiyyətli işlər görülmüş və yeni kadr təyinatları olmuşdur. 
Ölkədə gedən demokratik proseslər prokurorluq orqanlarında da müvafiq islahatların həyata keçirilməsinə rəvac vermişdir. Prezident İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və cənab Kamran Əliyev elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun yeni, mütərəqqi islahatlar və səmərəli dəyişikliklər dövrü başlamışdır. Qəbul zamanı ölkə başçısı demişdir: “...Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatsız mümkün deyil. Ona görə hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq...”.
Bundan sonra, cənab Prezidentin müdrik kəlamları rəhbər tutulmaqla prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatları həyata keçirilərək ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşdırılması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə dövlət başçısı cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmişdir. Bununla da, Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha operativ, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmişdir.
Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da yeni strukturu təsdiq olunmuş, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilmiş, kriminalistika şöbəsi ilə informasiya-kommunikasiya texnologiyaları şöbəsi birləşdirilərək Kriminalistika və informasiya texnologiyaları idarəsi yaradılmış, bəzi şöbələr ləğv edilərək onların bazasında yeni idarə və şöbələr, o cümlədən Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsi, Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsi, Təşkilat və icraya nəzarət şöbəsi yaradılmışdır.
Bundan başqa, Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi və təşəbbüsü ilə prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülmüş, o cümlədən Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” hazırlanmışdır. Belə ki, idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, həmçinin struktur qurumlarla rayon (şəhər), eləcə də ərazi hərbi prokurorluqları arasında münasibətlərin nizamlanması kimi ayrı-ayrı sferaların tənzimlənməsini müasir tələblər səviyyəsində təmin etmək məqsədi ilə Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın layihəsi ərsəyə gətirilmiş və quruluş etibari ilə mükəmməl, müasir tələblərə uyğun, asan başa düşülən və tez qavranılan, eləcə də praktik cəhətdən səmərəli olan hüquqi akt Baş Prokurorluğun 30 iyul 2020-ci il tarixli Kollegiya iclasında təsdiq olunaraq 1 avqust 2020-ci il tarixdən etibarən bütün prokurorluq orqanlarında qüvvəyə minmişdir. Bununla əlaqədar olaraq artıq əhəmiyyətini itirmiş, dövrün tələblərinə cavab verə bilməyən və təcrübədə tətbiqi ciddi çətinliklər yaradan 100-dən çox əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunmuşdur. Bundan sonra, həmin Qaydaların tələbləri rəhbər tutulmaqla Respublika Hərbi Prokurorluğun “İşin Təşkili Qaydaları” hazırlanmış və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kollegiya iclasının 22 sentyabr ­2020-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur. 
Bundan əlavə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kollegiyasının tərkibi yenidən formalaşdırılmış, Attestasiya Komissiyasının, Hərbi Prokurorluğun hərbi qulluqçularına məharət dərəcələrini təyin edən Komissiyanın tərkibləri yenilənmiş, yeni Əmək Məsələləri Komissiyası yaradılmışdır. 
Qeyd etmək lazımdır ki, ölkə başçısının rəhbər göstərişlərindən və müdrik tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, mütərəqqi islahat tədbirlərinin davamlılığının təmin olunması, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi, prokurorluğun sağlam mənəviyyata və yüksək peşəkarlığa malik müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin hərtərəfli artırılması istiqamətində işlər Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir ki, bu da prokurorluğun gələcək nailiyyətlərini şərtləndirir.
 
Hərbi Prokurorluq ixtisaslaşdırılmış prokurorluq orqanı kimi 
 
Müstəqil Azərbaycanın Hərbi ­prokurorluq orqanlarının formalaşması prosesində, fəaliyyət istiqamətlərinin və səlahiyyətlərinin qanunvericiliklə müəyyən edilməsində yeni mərhələ ulu öndərin hakimiyyətə qayıdışından sonra başlamışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun fəaliyyətini tənzimləyən qanunlar qəbul edilmiş və milli Hərbi Prokurorluq orqanlarının təkmilləşdirilməsi üçün bir sıra digər mühüm əhəmiyyətli işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hərbi Prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə imzaladığı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr ediməsi haqqında” 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə törədilən və hazırlanan cinayətlərin qarşısının alınmasında mühüm əhəmiyyətə malik əlavə səlahiyyətlərin verilməsi və buna uyğun olaraq, mövcud strukturda müvafiq dəyişikliklər edilməklə yeni qurumların yaradılması Hərbi Prokurorluğun müasir tələblərə uyğun dövlət orqanı kimi formalaşdırılması istiqamətində ümummilli liderin təşəbbüsü ilə görülən böyük işlərin məntiqi davamı olmuşdur. 
Möhtərəm Prezidentimiz cənab ­İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən müdrik siyasət sayəsində dövlətimizin sürətlə hərtərəfli qüdrətlənməsi, iqtisadiyyatımızın durmadan güclənməsi prokurorluğa kifayət qədər maddi vəsait ayrılmasına rəvac vermişdir ki, bu da maddi təminatın, eləcə də işçilərin sosial müdafiəsinin daha da güclənməsinə zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” prokurorluğa göstərilən dövlət qayğısının növbəti əyani sübutu idi. Azərbaycan Prokurorluğunun tarixində tərəqqinin, təkmilləşmənin və müasirləşdirmənin təməlini qoyan bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi prokurorluğun fəaliyyətinin daha səmərəli təşkili, digər hüquq-mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsi, eləcə də onun maddi-texniki təminatının yaxşılaşdırılması və prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə nəticələnmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da maddi-texniki bazası gücləndirilmiş, Hərbi Prokurorluğun mərkəzi aparatı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Şəmkir, Zaqatala və Gəncə hərbi prokurorluqları ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqla təchiz olunmuş inzibati binalarla təmin olunmuş, bir neçə hərbi prokurorluğun inzibati binası əsaslı təmir edilmişdir. 
Hərbi Prokurorluğun əməkdaşları da göstərilən yüksək diqqət və qayğını dəyərləndirməklə öz növbələrində dövlət başçısının rəhbərliyi ilə görülən böyük işlərdə və aparılan mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə nizam-intizamın gücləndirilməsi, qanunçuluğun və qanunun aliliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətinin effektivliyini daim artırır. Təsadüfi deyildir ki, hərbi prokurorluğun və onun işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların minnətdarlığını ifadə edən məktubların sayı artır və təkcə ötən 9 ay ərzində bu məzmunlu 100-dən artıq müraciət daxil olmuşdur. 
Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində cari ilin birinci yarımilində qeydə alınmış cinayətlərin 99,5 faizi ­açılmışdır. 
Vurğulanmalıdır ki, 2020-ci ilin ­birinci yarısında qeydə alınmış cinayətlər ­2019-cu ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 37%, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 46,9% və qeyri-hərbi cinayətlər 24,4% azalmışdır. 
Ötən ilin birinci yarısı ilə müqayisədə, bu ilin eyni dövründə qeydə alınmış qulluğa səhlənkar yanaşma cinayətləri 54,5%, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 65,5%, rüşvət alma və rüşvət vermə cinayətləri 27,9%, mülkiyyət əleyhinə olan cinayətlər 61,7%, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 64,3%, xuliqanlıq cinayətləri 66,7%, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50%, həmçinin öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 50%, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri isə 45,1% azalmışdır.
Silahlı Qüvvələrdə baş vermiş ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunur. Cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq təşkilatın və ya vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, eləcə də iş üzrə əməlində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş bütün şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilir.
Hərbi Prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə də ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilir, vətəndaşların müraciət etmək, pandemiya ilə əlaqədar onlayn müraciət imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Cənab Prezidentin örnək davranışlarından daim ibrət götürən və dövlət başçısının məmurla vətəndaş arasındakı münasibətlərlə bağlı dəyərli tövsiyələrini fəaliyyətlərində hər zaman rəhbər tutan Hərbi Prokurorluq əməkdaşları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla, özlərinə isə nəzakətlə yanaşır, işçilər, o cümlədən rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata keçirilir, istər müraciətlərinə cavab verilərkən, istərsə də qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilir, hüquqları izah edilir və həyata keçirilməsi üçün hər cür şərait yaradılır.
 
Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə səmərəli əməkdaşlığı nizam-intizamı və qanunçuluğu daha da möhkəmləndirir
 
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və layiqli xələfi möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu strategiyasının və onun əsasında bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Təsadüfi deyildir ki, ötən illərdə olduğu kimi “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlamışdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər edərək hərbi qulluqçularla görüşməsi, onların qayğı və problemləri ilə maraqlanması, hərbçilərimizin mübarizə əzmini artıran qətiyyətli çıxışları və düşmənə ünvanlanmış tutarlı ismarıcları şəxsi heyətdə sarsılmaz ruh yüksəkliyi yaratmışdır. Qürur hissləri ilə vurğulamalıyıq ki, 2016-cı ilin aprel, 2018-ci ilin may və bu ilin iyul ayında, eləcə də 27 sentyabrdan başlayaraq düşmənin törətdikləri növbəti təxribatların qarşısının alınması zamanı gedən döyüşlərdə Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut etmişdir. Bütün bu uğurlar möhtərəm cənab Prezidentin müdrik siyasətinin və qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsidir. 
Hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial və məişət məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1500-dən artıq hərbçiyə mənzillərin verilməsi, bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr edən hərbi qulluqçular hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri vətən uğrunda, xalq yolunda öz qanını və canını əsirgəməyən, bu yolda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, həmçinin hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradaraq qələbə əzmini artırır. Aprel döyüşlərində yaralanan və yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbi qulluqçularla 3 aprel 2019-cu il tarixdə keçirilən görüşdə Mehriban xanım Əliyeva onlara “qardaşlarım” deyə müraciət edərək demişdir: “...Belə xalqla, belə əsgərlərlə biz Qarabağı mütləq qaytaracağıq...”. Qeyd olunanlar qəti əminliklə onu deməyə əsas verir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız tezliklə düşmənlərdən təmizlənəcək və doğma Azərbaycanımızın ərazi bütövlüyü bərpa olunacaqdır. 
Azərbaycan ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarının qorunmasını, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsini təmin etmək məqsədilə hər il aidiyyəti dövlət qurumları ilə birgə hazırlanmış “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hislərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunur, həmçinin onların fərdi qəbulları keçirilir. Eyni zamanda milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi hissələrin, xüsusən də cəbhəyanı zonada yerləşən bölmələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilir və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunur.
Yeri gəlmişkən, bir neçə gün əvvəl ön xətdə yerləşən hərbi hissə və bölmələrdə xidmət aparan hərbi qulluqçularla görüşmək məqsədilə Baş prokuror cənab Kamran Əliyevlə birlikdə cəbhə bölgəsinə uğurlu səfərimiz oldu. Qeyd edim ki, bu il mən həm də ötən illərdə olduğu kimi, Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevlə birlikdə Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının düşmənlə üz-üzə dayanan hərbi hissə və bölmələrinə, Müdafiə nazirinin müavini cənab Kərim Vəliyevlə birlikdə Müdafiə Nazirliyinin tabeliyində olan cəbhə xəttində yerləşən müvafiq hərbi hissələrə getməklə, orada şəxsi heyətlə, o cümlədən döyüş şəraitində xidmət aparan hərbi qulluqçularla görüşlər keçirmişik. Hər il olduğu kimi, cari ildə də Hərbi Prokurorluğun bütün rəhbər işçiləri, o cümlədən Respublika Hərbi prokurorunun müavinləri, böyük köməkçiləri, idarə, şöbə rəisləri, ərazi hərbi prokurorları da aidiyyəti dövlət qurumlarının müvafiq yüksək vəzifəli şəxsləri ilə birlikdə ön xətdə xidmət aparan hərbçilərlə görüşmək məqsədilə cəbhəyanı zonada yerləşən hərbi hissələrə səfər etmişlər. Bütün görüşlər zamanı hərbi qulluqçuların milli və döyüş ruhunun daha da yüksəldilməsi, onlarda vətənpərvərlik hisslərinin dərindən aşılanması, hüquqi biliklərin artırılması istiqamətində söhbətlər aparılmış, verilən suallar ətraflı cavablandırılmış, şəxsi heyətin hərtərəfli maarifləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin edilmiş, eyni zamanda xidməti vəzifələrini nümunəvi icra edənlər müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar. Səfərlər əsnasında, həmçinin hərbi qulluqçuların qayğı və problemləri, eləcə də yaşayış, məişət və xidmət şəraiti ilə maraqlanılmışdır.
Bütün bunlar, yəni Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnmişdir. Yuxarıda qeyd etdiklərimizdən də göründüyü kimi, uğurlu tendensiya bu il də davam etmişdir. Vurğulanmalıdır ki, son dövrlər, eləcə də cari ilin birinci yarımili ərzində hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti ümumiyyətlə qeydə alınmamış, fərarilik cinayətinin isə demək olar ki, kökü kəsilmişdir. 
Ulu öndər Heydər Əliyevin ideyalarına daim sadiq olan, cənab Prezident İlham Əliyevin tapşırıqlarını və müdrik tövsiyələrini hər zaman rəhbər tutan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi bundan sonra da bütün gücünü səfərbər edərək çalışmaqla Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, qanun pozuntularına və cinayətkarlığa, eləcə də dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir.
Sonda böyük sevinc və iftixar hissləri ilə vurğulamaq istərdim ki, hazırda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz şanlı tarix yazır. Son günlər işğal altında olan ərazilərimizin erməni qəsbkarlarından təmizlənməsi düşmənin zəbt etdiyi tarixi torpaqlarımızın ən qısa zamanda tam azad ediləcəyindən və ərazi bütövlüyümüzün bərpa olunacağından xəbər verir. Əminəm ki, ardıcıl zəfərlər əldə edən şücaətli hərbçilərimiz yaxın günlərdə Qarabağda Ali Baş Komandanımıza “Qələbə” raportu verəcəkdir. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM