“Novaya qazeta” nəşri Ermənistanı ifşa etdi

16:50 / 08.10.2020

Rusiyanın "Novaya qazeta” nəşri xüsusi müxbirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən reportajını dərc edib.

Reportajda deyilir ki, Şuşanın dumanlı küçələrində insanlar çox seyrəkdir. Bəziləri Ermənistana qaçıb, qalanların isə güzəranı çox ağırdır. Stepanakertdən (Xankəndidən-red.) fərqli olaraq burada hələlik elektrik işığı var, mağazalar açıqdır.

Artur Ohanesyan adlı könüllü cənub cəbhəsində baş verənlərdən danışır. Artur oradan təzə qayıdıb ki, ölən dostlarını doğma Gümrüdə dəfn eləsin. Amma bu da mümkündür ki, özü də ölmək istəmədiyi üçün qayıdıb.

Ohanesyan deyir: "Onlar (Ermənistan hakimiyyəti-red.) insanları aldadır! Onlar 18 yaşlı əsgərləri yalnız avtomatla cəbhəyə göndəriblər. Deyirlər ki, "bağışlayın, patron yoxdur, bağışlayın, tanklar yoxdur”. Zirehli jiletlər tamamilə yararsızdır. Orada heç nə yoxdur. "Kormuşka” (yemək daşıyan maşın-red.) gəlir, amma hər şeyi yolun yarısında boşaldıb qayıdır. Əgər yemək tapmaq istəyirsənsə, "Qrad” atəşləri altında 4 kilometr yol getməlisən. Biz səkkiz dost dörd gün ərzində gecələr yola çıxır, sağ qalanlar üçün yeməyə nəsə tapmağa çalışırdıq”.

Bizim şərh: Ermənistan ordusunun cəbhə bölgəsində rəzil durumunu erməni əsgərin dilindən eşitmək bir daha sübut edir ki, işğalçının müqavimət göstərməyə taqəti qalmayıb.

Müxbir yazır: "Artur çox gərgin və qəzəblidir. Ayağında çəkələk, başında qara papaq var, gödəkçəsinin ilgəyindən qumbara sallanır. "Cəbhəyə necə düşdünüz” sualına belə cavab verdi: "Sadəcə olaraq gəldim, heç bir sənəd vermədilər, avtomatı götürdüm və irəli! Mənim iki qardaşım orada idilər, mən də onların dalınca getdim və qaldım. Özüm Gümrüdənəm, amma Fransa vətəndaşıyam, iki həftə əvvəl oradan gəlmişəm. Bu müharibə insanlara qarşı yox, təyyarələrə, "Qrad”lara qarşı müharibədir”.

Bizim şərh: Bu, xaricdən gələn ermənilərin cəbhə bölgəsində Azərbaycan Ordusuna qarşı döyüşdüyünü əyani təsdiq edən çoxsaylı faktlardan biridir.

Ohanesyan daha sonra deyir: "Dünən biz Hadrutda idik, zabitlər gəldilər və dedilər ki, komandiri həbs ediblər, mühakimə edəcəklər. O, gecə bütün gənc əsgərləri yığıb və Cəbrayıldan çıxmağı əmr edib. O, yuxarıdan gələn əmrə tabe olmayıb. Həmin zabit özü dedi: "Bu uşaq-muşaqlar on gün əvvəl orduya çağırılıblar, amma əllərinə avtomat veriblər ki, döyüş”. Siz nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən xidmət keçmişəm, hərçənd bu xidmət də indi kömək eləmir. Avtomatla aviasiyaya və artilleriyaya qarşı döyüşürük. Mən orada canlı meyit kimiyəm”.

A.Ohanesyanın mənəvi düşkünlüyünü xüsusi qeyd edən müxbir yazır: "Artur "dqr” hərbi komandanlığından və Ermənistan hakimiyyətindən açıq-aşkar narazıdır. Arturun dostu olan digər könüllü də onun danışdıqlarını təsdiqləyir: "Orada hər şey çox pisdir. Biz Cəbrayıl ətrafındakı ön xətdən gəlirik”. Artur deyir ki, itkilərin sayının 200 nəfərə yaxın olması barədə Ermənistan hakimiyyətinin dedikləri ağ yalandır. O, əminliklə deyir: "200 adam təkcə mənim gözlərim önündə öldü, bizim dayandığımız xətdə. Orada ölənlər isə minlərlədir”. Əynində kamuflyaj gödəkçə və adi cins şalvar olan digər könüllü əlavə edir: "Bizim başda duranlarımız **** (söyüş söyür), Ermənistanda deyirlər: "Cəbrayıla, irəli”, amma Cəbrayıl artıq yoxdur”.

Jurnalist yazır: "Bəs nə düşünürsünüz, bundan sonra nə olacaq?, - deyə soruşuram. Artur cavab verir: "Mən bu müharibəni gördüm və başa düşdüm ki, əgər belə döyüşsək, bütün torpaqları əldən verəcəyik. Azərbaycanlılar Laçını götürmək istəyir, amma onlar o qədər cəsarətlidirlər ki, hətta Ermənistana da keçə bilərlər”.

Bizim şərh: Azərbaycan Ordusunun əzmini və qətiyyətini düşmənin dilindən eşitmək çox qürurvericidir!

Reportajda daha sonra yazılır: "Yaxınlıqdakı balaca mağazanın sahibi, siqaret çəkmək üçün küçəyə çıxmış 60 yaşlı Armenin sözlərinə görə, Laçın körpüsü dörd dəfə bombalanıb, Laçının özünə isə hələ dəyməyiblər. Deyir ki, qohumları ilə birlikdə yeddi gündür cəbhəyə getmiş bacısı oğlunu axtarır, lakin tapa bilmir. Atışma bir az səngisəydi, heç olmasa cəsədləri yığmaq olardı”. (AZƏRTAC)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM