Yeni Azərbaycan Partiyası oktyabr ayının 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raketlərdən atəşə tutması nəticəsində dinc sakinlərin həyatını itirməsi, coxlu sayda insanın yaralanması ilə nəticələnən hərbi təxribat ilə əlaqədar dünya ictimaiyyətinə, əməkdaşlıq etdiyi siyasi partiya bloklarına və siyasi partiyalara müraciət ünvanlayıb.
Partiyadan verilən məlumata görə, erməni terrorçularının dinc insanlara qarşı törətdiyi növbəti vəhşilik və onun ağır fəsadları haqqında məlumatların yer aldığı müraciətdə bildirilir:
“Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını “Toçka-U” raket sistemindən atəşə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Həmçinin, Ermənistan silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını növbəti dəfə hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb.”
Yeni Azərbaycan Partiyasının müraciətində daha sonra qeyd olunur: “Ermənistanın bu barbarlığı Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada 11 saat davam edən gərgin danışıqlarının nəticəsində əldə olunan və 10.10.2020-ci il saat 12:00-da qüvvəyə minən humanitar atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasıdır.
Atəşkəsin ilkin dəqiqələrindən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhər və kəndlərini, mülki obyektlərini, dinc əhalisini atəşə tutmaqda davam edir. Bununla da işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, insanlıq əleyhinə yeni cinayətlərə imza atmaqdadır.”
Yeni Azərbaycan Partiyası, erməni terrorunun insanlığa və bəşəriyyətə bir təhlükə olduğunu nəzərə çatdıraraq, dünya siyasilərini müraciətində daha sonra bildirib: “1990-cı illərin əvvəllərində birinci Qarabağ müharibəsində Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə həyata keçirən, minlərlə uşağı və qadını qətlə yetirən Ermənistan dinc sakinlərə qarşı sistemli terror əməllərini bu gün də davam etdirir. 1994-cü ildə əldə olunan və bu ilin 27 sentyabrınadək davam edən atəşkəs rejimi müddətində də Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisini hədəfə almış, onlarla uşağın ölümünə və yaralanmasına səbəb olan terror aktları həyata keçirmişdir.
Sentyabrın 27-də Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədilməsindən etibarən isə bu ölkə tərəfindən Azərbaycanın dinc əhalisinə, əhalinin sıx məskunlaşdığı şəhərlərə və yaşayış məntəqələrinə hücumlar yeni mərhələyə yüksələrək daha geniş miqyas almışdır. Ermənistanın bu cinayətkar hücumları nəticəsində aralarında məktəblilər də olmaqla 41 mülki şəxs öldürülmüş, 200-dən artıq yaralanmış, mindən artıq ev və digər mülki obyektlər dağıdılmışdır.”
Yeni Azərbaycan Partiyasının müraciətində sonda qeyd olunur: “Daim tərəfləri atəşkəsə çağıran beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq hüquqa və humanitar atəşkəs prinsiplərinə zidd olan bu əməllərinə öz münasibətini bildirməlidir. Humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə saat keçdikdən sonra Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin hədəfə alınması, eləcə də Azərbaycan silahlı qüvvələrinə olan son hücumlar Ermənistanın beynəlxalq ictimaiyyətə hörmətsizliyinin, eləcə də bu ölkə rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının göstəricisidir.
Ona görə də Yeni Azərbaycan Partiyası olaraq beynəlxalq ictimaiyyəti, o cümlədən tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını Ermənistanın humanitar atəşkəsi pozan əməllərini və dinc əhaliyə qarşı hücumlarını qəti şəkildə pisləməyə çağırırıq.”
Müraciət Avropa və Asiyanın 37 ölkədən 57 siyasi partiyalarına, eləcə də bir sıra beynəlxalq təşkilatlara ünvanlanmışdır..
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM